• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt
Ana səhifə

Xəlil bəy Xasməmmədovun məzarı.

E-mail Çap PDF

 

Türkiyə Cümhuriyyətinin İstanbul şəhəri, Fəri-Köy məzarlığı. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Ədliyyə və Daxili İşlər naziri olmuş Xəlil bəy Hacıbaba oğlu Xasməmmədovun (1870-1945) qəbri.

xelil_xasmemmedov_mezar

xelil_xasmemmedov_mezar2

 

Gəncə xanlığının Qarabağ xanlığı ilə münasibətləri tarixindən

E-mail Çap PDF

 

genceden_shushaya

XVIII əsrin ortalarından Azərbaycanda müstəqillik uğrunda mübarizə gücləndi. Məhz bu mübarizə nəticəsində Azərbaycan torpaqlarında 18-ə qədər müstəqil və yarımmüstəqil feodal dövlətlər, xanlıqlar yarandı. Məhz bu dövrdə maraqlı tarixi olan xanlıqlardan Qarabağ və Gəncə xanlığı idi. Yaranmış xanlıqlar arasında iqtisadi və siyasi əlaqələr zəif olsa da, aralarında tez-tez müharibələr baş versə də bu mahiyyət etibarilə itirilmiş Azərbaycan dövlətçiliyinin bərpası idi.

Gəncə xanları əslən türk tayfası olan Qacar nəslindən idilər, onlara Ziyadoğlu da deyirdilər. Xanlığın əsasını Şahverdi xan Ziyadoğlu qoymuşdu. Gəncə xanlığının əlverişli hərbi strateji mövqedə yerləşməsi, bəzi xanlıqları o cümlədən Qarabağ xanlığının və Kartli-Kaxetiya hakimiyyətlərinin diqqətini özünə çəkirdi. Gəncə xanlığına göz dikənlər onun iqtisadi təsərrüfat zənginliyini Şərq ticarətinin aparıldığı mühüm mərkəz olmasını nəzərdən qoymurdu.

XVIII əsrin II yarısından başlayaraq hərbi siyasi və böyük ticarət-iqtisadi əhəmiyyətə malik olan Gəncə xanlığına iddia edən Quba xanlığı və Kartli-Kaxetiya çarı ilə birgə hərəkət edən Qarabağ hakimi arasında başlanan kəskin mübarizənin obyektinə çevrilir.

Gəncə xanlığının hakimi Məhəmməd-Həsən xan 1778-ci ildə qardaşı Məhəmməd xan tərəfindən öldürülür. Xanlıqda, o qardaşını əvəz edir. Məhəmməd xanın dövründə Gəncə xanlığı hərbi-iqtisadi cəhətdən xeyli zəifləyir ki, bundan da II İrakli və onunla ittifaqda olmuş Qarabağ hakimi istifadə edir. Müttəfiqlər 1780-ci ildə Gəncə qalasını mühasirəyə aldılar. Məhəmməd xan ciddi müqavimət göstərə bilmədi. Bundan sonra Məhəmməd xan İbrahimxəlil xan tərəfindən kor edilərək, qardaşı Rəhim xanla birlikdə Şuşa qalasına salınır. Qaliblər eyni vaxtda iki hakim-Həzrətqulu bəyi və Key-Xosrov Andronikaşini Gəncəyə hakim təyin etdilər. Gəncədə 6 ilə yaxın iki hakimiyyətlilik hökm sürdü.

II İrakli və İbrahimxəlil xanın münasibətlərinin kəskinləşməsi nəticəsində, yerli feodalların köməyi ilə Qarabağ xanı qələbə çaldı və II İraklinin nümayəndəsi şəhərdən qovuldu. Gəncə əhalisi 1783-cü ildə Hacı bəy Ziyadoğlunun başçılığı ilə üsyan etdi və Qarabağ xanının nümayəndəsini şəhərdən çıxardı. Gəncəli Məhəmməd xanla birlikdə İbrahimxəlil xan tərəfindən Şuşa qalasına salınan Rəhim xan əsirlikdən qaçdı və hakimiyyəti ələ aldı. Kartli-Kaxetiya çarı ilə Qarabağlı İbrahim xan arasında yaranmış ittifaq nəticəsində Gəncə xanı tabe edilsə də, bu asılılıq nominal xarakter daşıyırdı. Gəncə hakimləri onların hücumlarını həmişə mərdliklə dəf etmişdir. Yalnız illik xərac ödəməklə kifayətlənmişdir. Bəzən də Gəncə xanları öz öhdəliklərini yerinə yetirməyərək tələb olunan məbləği ödəməkdən imtina edirdilər. Bu isə son nəticədə tez-tez baş verən toqquşmalara və bir xanın digəri ilə əvəz edilməsinə gətirib çıxarırdı.

Qarabağ xanı İbrahimxəlil xan Gəncə xanlığını özündən asılı vəziyyətə salmaq fikrindən daşınmamışdır. O, II İrakli ilə birlikdə Gəncəyə hücum etdi. Cavad xan II İrakliyə bac verməli idi. Çox keçmədi ki, xan bundan imtina etdi. Nəticədə şəhərə ciddi ziyan dəydi.

Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza yürüşü zamanı Qarabağlı İbrahimxəlil xan və II İraklidən çox ziyanlar və təzyiqlər görən Gəncəli Cavad xan şahla həmrəy olduğunu bildirdi. Hətta Qacarın Tiflisə hücumu zamanı qoşun ilə ona yardım etdi. Bu hərəkətinə görə Qacar Cənubi Qafqazı tərk etdikdən sonra II İrakli və İbrahimxəlil xan Cavad xanı cəzalandırmağı qərara aldılar və Gəncəni mühasirəyə aldılar. Cavad xan 1000 gürcü əsiri azad etdikdən və bac verəcəyini bildirdikdən sonra təbii ki, Gəncəni dağılmaqdan xilas edə bildi və öz müstəqilliyini qorudu.

Gəncə xanlığı ilə Qarabağ xanlığının münasibətlərinə aid yuxarıda qeyd edilən fakt və məlumatlar bir daha bu qənaətə gəlməyə əsas verir ki, Rusiya imperiyasının Şimali Azərbaycan ərazisini işğalının ən böyük səbəbi Azərbaycanda mövcud olan xanlıqların xarici təhlükələrə qarşı birləşmək əvəzinə, daima bir-biri ilə ədavət aparmaları olmuşdur.

 

Şeyx Nizami Gəncəvi.(1982-ci il)

E-mail Çap PDF
 

Rifat Mir-Əhməd oğlu Hüseynov

E-mail Çap PDF

 

İqtisadiyyat elmləri doktoru, Rusiya Federasiyasının əməkdar iqtisadçısı, Novosibirsk Dövlət Memarlıq və İnşaat Universitetinin professoru Rifat Mir-Əhməd oğlu Hüseynov 16 may 1946-cı ildə Gəncə şəhərində ziyalı (həkim) ailəsində anadan olmuşdur.

R.Hüseynov orta təhsilini doğma şəhərində aldıqdan sonra Azərbaycan Dövlət Universitetinə daxil olmuşdur. Universitet təhsilini başa vurduqdan sonra R.Hüseynov Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasını və Mərkəzi Komitənin yanında İctimai Elmlər Akademiyasının doktoranturasında təhsilini davam etdirmişdir.

R.Hüseynov 1976-cı ildə təyinat üzrə Novosibirsk şəhərinə gəlmiş və şəhərin müxtəlif ali məktəblərində çalışmışdır.

Rifat Mir-Əhməd oğlu 1990-cı ildən Novosibirk Dövlət Memarlıq və İnşaat Universitetində iqtisadi-nəzəriyyə kafedrasında professor, 2000-ci ildən RF-nın Sibir Federal dairəsinin aparatında elm şöbəsinin rəisi, iqtisadi və sosial proqramlar üzrə məsləhətçi və maliyyə-iqtisadiyyat şöbəsində rəis müavini, həmçinin Rusiya Federasiyasının Həmkarlar Şurasında rəhbər vəzifələrdə çalışmışdır. Bir müddət Rusiyadakı "Yabloka" partiyasının region üzrə təmsilçisi olmuşdur.

Rifat Hüseynovun iqtisadiyyat-nəzəriyyəsi üzrə 300-dən artıq elmi-publisistik məqalələri və tədris vəsaitləri çap olunmuşdur. Ən yüksək nailiyyətlərindən biri isə "Rusiya iqtisadiyyatının tarixi" (1999) və "Dünya iqtisadiyyatının tarixi, Qərb-Şərq-Rusiya" (2004) əsərləri olmuşdur.

R.Hüseynov bir neçə monoqrafiyanın və 9 tədris vəsaitinin müəllifidir. Onun elmi işləri Amerika, Almaniya və Çində nəşr olunmuşdur. İqtisadi tarix üzrə böyük mütəxəssis olan Rifat Mir-Əhməd oğlu Rusiya dövlətinin iqtisadi siyasətinin həllində səmərəli və fədakar işlər görmüşdür. Onun elmi işinin əsas nəticələri Rusiya iqtisadiyyatının tarixi özünəməxsusluğu ilə ölkədə bazar münasibətlərinin bağlılığı olmuşdur. R.Hüseynovun digər elmi konsepsiyasının əsas məqsədi: "Rusiya-geridə qalmış Qərb yox, qabaqcıl Şərq"dir. R.Hüseynov mütəmadi olaraq yerli və mərkəzi mətbuatda çıxışlar edirdi. Onun elmi-publisistik işləri, həmçinin radio-televiziyadakı çıxışları Sibir ictimaiyyətinin böyük marağına səbəb olmuşdur.

Rifat Hüseynov hələ 1989-cu ildə Ümumittifaq "Bilik" Cəmiyyətinin "Aktiv işinə görə" mükafatı ilə təltif olunmuşdur.

Yüksək biliyə və təşkilatçılıq qabiliyyətinə malik olan Rifat Mir-Əhməd oğlu Hüseynov Rusiya prezidentinin fərmanı ilə Rusiya Federasiyasının 3-cü dərəcəli həqiqi dövlət müşaviri dərəcəsinə layiq görülmüşdür.

R.Hüseynovun elmi rəhbərliyi altında 16 namizədlik və bir doktorluq dissertasiyası müdafiə olunmuşdur.

2004-cü ildə professor Rifat Hüseynova Rusiya Federasiyasının "Əməkdar iqtisadçısı" fəxri adı verilmişdir.

İstedadlı və parlaq araşdırmaçı, məşhur publisist, yaradıcı insan olan Rifat Mir-Əhməd oğlu Hüseynov 8 may 2012-ci ildə 66 yaşında vəfat etmişdir.

 

Xan Bağı

E-mail Çap PDF
 

Nazim Rza İsrafiloğlu

E-mail Çap PDF

 

Kino, televiziya rejissoru, kinodramaturq, Beynəlxalq və Ümumittifaq kino-festivallarının laureatı Nazim İsrafil oğlu Rzayev 1941-ci il yanvar ayının 11-də Gəncə şəhərinin Zərrabi məhəlləsində ziyalı ailəsində anadan olmuşdur. Nazim Rza İsrafiloğlunun ata babası Rza Əsədullayev Gədəbəy bölgəsində tanınmış xeyriyyəçilərdən biri olmuşdur. Ana babası isə "Difai" partiyasının Gəncə şöbəsinin katibi, ilk nizamişünas Mirzə Məhəmməd Axundzadə olmuşdur. Nazim Rzanın atası İsrafil Rzayev və anası Hafizə Axundzadə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunu (indiki ADAU) bitirərək, uzun illər baytarlıq sahəsində çalışmışlar.

Nazim Rza 1945-ci ildə ailəsi ilə birlikdə Bakıya köçür. Nazim Rza Bakı şəhər 1 saylı orta məktəbdə oxumuş, lakin həmin tədris ocağının hərbi-təmayüllü məktəbə çevrilməsi ilə bağlı təhsilini öncə 44, sonra 7 və 14 saylı məktəblərdə davam etdirmişdir. Orta məktəbdə oxuyarkən, eyni zamanda 1 saylı şəhər Musiqi məktəbində də təhsil almış və 1956-cı ildə fortepiano ixtisası üzrə kursu müvəffəqiyyətlə bitirmişdir. Nazim Rza orta məktəbi bitirdikdən sonra istehsalatın müxtəlif sahələrində çalışmış, 1959-64-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) mədəni-maarif fakültəsində təhsil almışdır. 1964-cü ildə Bakının Suraxanı bölgəsindəki S.Orconikidze adına Mədəniyyət Sarayında bədii rəhbər vəzifəsində çalışmış, elə həmin ilin axırlarından 1965-ci ilin sonuna kimi hərbi xidmətdə olmuşdur.

Nazim Rza 1966-cı ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinomatoqrafiya İnstitutunun (hazırda Sankt-Peterburq İncəsənət Akademiyası adlanır) televiziya rejissorluğu fakültəsinə daxil olmuş və 1971-ci ildə həmin İnstitutu müvəffəqiyyətlə bitirmişdir. Nazim Rzanın diplom işi "İnsan Xəzəri xilas edir" televiziya filmi artıq Beynəlxalq və Ümumittifaq kinofestivallarında mükafat və xüsusi diplomlar almışdır.

Nazim Rza İsrafiloğlu televiziya sahəsində ilk işinə dublyaj şöbəsində başlamış, eyni zamanda musiqi, kinoproqram, sənaye redaksiyaları ilə də əməkdaşlıq etmişdir. 1969-cu ildə təşkil olunmuş "Ekran" yaradıcılıq birliyində kinorejissor vəzifəsinə dəvət olunmuş və Nazim Rzanın yaradıcılıq fəaliyyəti o vaxtdan bu birliklə sıx bağlı olmuşdur. Nazim Rza İsrafiloğlu 2000-ci ilin sonuna qədər 45-dən artıq sənədli film çəkmiş, 1978-1993-cü illərdə iqtisadi problemlərə həsr edilmiş 200-ə yaxın televiziya proqramının müəllifi, rejissoru və aparıcısı olmuşdur. Nazim Rza Azərbaycan tarixi, xüsusilə də Bakı nefti və dünya neft tarixinin tədqiq edilib öyrənilməsi sahəsində geniş elmi araşdırmalar aparmışdır. Azərbaycan mətbuatında müntəzəm olaraq publisistik yazılarla çıxış edir.

Nazim Rza 1992-97-ci illərdə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin televiziya rejissorluğu fakültəsində "Rejissorluq və aktyorluq sənəti" fənni üzrə kurs rəhbəri vəzifəsində çalışmışdır.

Nazim Rza eyni zamanda Azərbaycan televiziyasında müəllif filmlərinin yaradıcısıdır. 7 müstəqil filmi özündə birləşdirən və 12 seriyadan ibarət olan Azərbaycan elmi-publisistik kinoserialının müəllifi və quruluşçu rejissorudur.

Nazim Rza İsrafiloğlu 1974-cü ildən Azərbaycan Kinomatoqrafçılar İttifaqının və 1991-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Ailəlidir, bir övladı və bir nəvəsi var.

Kitabları:

Odlu Məmləkət (Bakı, 2002-ci il).

Neft və Cahan Savaşı (Bakı, 2005-ci il).

M.M.Axundzadə (Bakı, 2006-cı il).

Neft. Qlobal münaqişələr mənbəyi (Bakı, 2009-cu il).

 

Gizli Azərbaycan (Gəncə)

E-mail Çap PDF
 

Naqi bəy Şeyxzamanlının məzarı.

E-mail Çap PDF

 

Türkiyənin İstanbul şəhərinin Fəri-Köy məzarlığı. Naqi bəy Şeyxzamanlı, həyat yoldaşı Səlimə xanım və oğlu Yavuz Şeyxzamanlının qəbirləri.

naqi.mezari_2

 

naqi.mezari_3

 

naqi.mezari

 

Şeyx Nizami Gəncəvinin məzarı.

E-mail Çap PDF

1-ci hissə

 

2-ci hissə

 

"Difai"nin Borçalı qolu

E-mail Çap PDF

 

XX əsrin əvvəlləri.... Azərbaycan türkləri öz ərazilərində qətliama və ermənilər tərəfindən törədilən qırğınlara məruz qalır. Azərbaycan Türkü əzilir, alçaldılır, onun torpaqlarından özgələr üçün dövlət yaradılması planlaşdırılırdı. Çar Rusiyası tərəfindən silahlandırılan ermənilər Bakı, Qarabağ, İrəvan, Naxçıvan, Gəncə və Şirvanda yaşayan silahsız Azərbaycan xalqına, dinc əhaliyə hücumlar edir, vəhşiliklər törədirlər...

1905-ci il.... Bakı şəhərində Azərbaycanın görkəmli türkçü-ziyalısı Əhməd bəy Ağaoğlu tərəfindən "Fədai" adlı gizli bir cəmiyyət yaradılır. Bu, Azərbaycan Türkünün özünü müdafiə instinkti, illərdən bəri toplanmış passionar enerjinin vulkantək püskürməsi demək idi. Türk həmişə olduğu kimi bu dəfə də hücumda olmalı idi. Böyük türkçü-publisist Yusif bəy Akçuralı 1928-ci ildə nəşr etdirdiyi "Türk ili" kitabında Əhməd bəy Ağaoğlunun tərcümeyi-halını yazarkən qeyd edir: "Türklərin ermənilərə qarşı mübarizə aparmaq üçün bir təşkilata böyük ehtiyacları vardı. Bu ehtiyacı təmin etmək üçün Əhməd bəy Ağaoğlu 1905-ci ildə Bakıda "Fədai" adlı gizli bir cəmiyyət təşkil etməyə müvəffəq oldu".

Əhməd bəy Ağaoğlu 1869-cu ildə Şuşa şəhərində zadəgan ailəsində anadan olmuşdur. Tiflisdə Gimnaziyanı bitirdikdən sonra o, Peterburqa üz tutaraq orada Universitetə daxil olur. O burada bir çox Azərbaycanlı ziyalılarla tanış olur. Bunlar arasında Tiflisli Əlimərdan bəy Topçubaşov (Azərbaycan Xalq Cumhuriyyətinin Xarici işlər Naziri), Əli bəy Hüseynzadə (Siyasi ideoloq, jurnalist, rəssam, Azərbaycan Xalq Cumhuriyyətinin bayrağının təsisçisi) və Borçalılı İsrafil ağa Borçalinski (Hacıəliyev, Acalov: hüquqşunas, sonralar Borçalı türklərinin əsas dayağına çevrilmişdir) diqqəti cəlb edir.

Daha sonra Əhməd bəy Parisə gedərək orada Sorbonna Universitetinə daxil olur. Parisdə oxuduğu müddətdə Əhməd bəy beş dilə mükəmməl şəkildə yiyələnərək həm yerli, həm də əcnəbi mətbuatda maraqlı məqalələrlə çıxış etməyə başlayır.

Universiteti qurtarıb Azərbaycana dönən Əhməd bəy burada fransız dilini tədris etməklə yanaşı cəhalət dənizində üzən Azərbaycan xalqının milli özünüdərketmə ideyalarının yayılması işinə başlayır. Bir çox qəzetlərdə yazılar yazdıqdan sonra Azərbaycan dilində gündəlik “İrşad” qəzetini təsis edərək milləti maarifləndirməklə oyatmağa çalışır.

Bakının aşıb-daşan qara qızılı bütün dünyanın nəzərini indiki paytaxtımıza yönəldir. Uzaq İsveçdən Nobel qardaşlarından tutmuş Simenslərə qədər bütün burjua övladları Bakının misilsiz zənginliyindən pay almağa yönəlmişdilər. Bunlar azmış kimi Osmanlı və İrandan qovulmuş ermənilər də Bakıya sürətlə axışırdılar. İrəvan qəzasının ən ucqar kəndindən belə ermənilər ev-eşiklərini atıb sürətlə Bakıya yerləşirdilər. Dünənə kimi Bakı dalanlarında ayyaqqabı təmiri edən Adamovlar, Mantaşyanlar, Lalayanlar Çar Rusiyası məmurları ilə əlbir olub yerli milləti talayır, onların ata-baba torpaqlarını zorla əllərindən alırdılar. Etiraz edənlərin bir sonu vardı - ölüm. Bakı və onun ətrafında böyük torpaq hissələrinə sahib olan ermənilər orada olan neft buruqlarından küllü miqdarda pul qazanırdılar. Azğınlaşan ermənilər Azərbaycanın hər yanında ağalıq edirdilər. Bakıda, Qarabağda, Tiflisdə onlarla ermənicə qəzetlər və jurnallar buraxdıran ermənilərin Daşnakstün partiyası hər yerdə azərbaycanlı ovuna çıxmışdılar. Ən çox qətliamlar isə, Qarabağ və İrəvan qəzalarında baş verdi.

1906-cı ildə yazmaqla milləti gec oyadacağını anlayan Əhməd bəy Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin də xeyir-duası ilə Əlimərdan bəy Topçubaşov və Əli bəy Hüseynzadə ilə Gəncəyə gələrək buradakı tanınmış vətənsevər millətçi ziyalıların öndə gələn ismləri ilə Ələkbər bəy Rəfibəyli (görkəmli ictimai və siyasi xadim, Azərbaycan xalqının milli istiqlal hərəkatının fəal mübarizlərindən biri), Ələsgər bəy Xasməmmədli (görkəmli ictimai və siyasi xadim), Ədil xan Ziyadxanov (görkəmli dövlət xadimi, alim, diplomat), Nəsib bəy Yusifbəyli (siyasi və dövlət xadimi), Həsən bəy Ağayev (ictimai-siyasi xadim, jurnalist, həkim, müəllim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədr müavini) və Axund Molla Məhəmməd ağa Pişnamazzadə (Azərbaycan Xalq Cümhuriyyəti dini idarəsinin rəhbəri) görüşərək “Difai” (Müdafiə) Partiyasını yaradır (“Difai Fədailəri”). Sonradan Difainin Şuşa (Qarabağ Müdafiə Komitəsi), Dərbənd, Borçalı, Naxçıvan, Cavanşir, Qazax, Tərtər, Qaryagində (Cəbrayıl) şöbələri açılır.

“Difai”nin fəaliyyəti çox keçmir ki, öz bəhrəsini verir. Artıq ermənilər Azərbaycan Türklərinin nəyə qadir olduqlarını anlamağa başlayırlar. Hüseyn Baykaranın yazdığı kimi, "Difai” partiyasının fəaliyyəti nəticəsində ermənilərin türklərə qarşı törətdikləri qırğının qarşısı müəyyən dərəcədə və müxtəlif vasitələrlə alınmışdı. "Hələ Şuşada məktəbdə işləyərkən ermənilərlə mübarizə aparan Əhməd bəyin "Fədai" təşkilatı vasitəsilə onlara qarşı böyük miqyasda müqavimət göstərdiyinin şahidi oluruq..." (Y.Akçuraoğlu, "Türk ili", səh. 441).

“Difai” Azərbaycan tarixində misli görünməmiş qeyrət səhifələri yazır, millətinin və vətəninin qarşısında duran hər bir kəsi məhv etməklə...

Difai fəaliyyəti dövründə, əli məzlum azərbaycanlı qanına batmış hər kəsin cəzasını verirdi. Minlərlə  rus və erməni məmurları, satqın yerli məmurlar və milləti cəhalətə sürükləyib vicdanını pula satan mollalar bu partiyanın qurbanına çevrilirdi.

"Difai"nin Borçalı qolu

Difai azərbaycanlıların hər yerində olduğu kimi Borçalıda da özünə dayaqlar axtarırdı. Əhməd bəy Ağaoğlu 1906-cı il 20 fevralında Tiflisə gələrək burada ÜmumZaqafqaziya qurultayında iştirak edir. Daha sonra o bu qurultayda Borçalını təmsil edən İsrafil ağa Borçalinski, Rəhim bəy Axundov və Əbdürrəhman Haqverdi oğlu ilə görüşür. Əhməd bəy Qazax və Tiflisdə Difainin təşkilatlanma məsələsini hərbi topoqraf Vəkilova tapşırsa da onun Borçalı və Tiflisdə tək ümidi və dayağı Peterburqdan tanıdığı İsrafil ağa idi.

İsrafil ağa Tiflis və Borçalıda dönəminin nadir ziyalı şəxsiyyətlərindən idi ki, dövlətdə təmsil olunurdu və yerli əhali arasında böyük nüfuza malik idi.

Peterburq Universitetinin hüquq bölümünü bitirmiş İsrafil ağa həmin ərəfədə Tiflisdə məhkəmə sədri vəzifəsində çalışırdı və bütün Borçalıların dayağına çevrilmişdi (Ş.Məmmədli, “Parçalanmış Borçalı”). Tiflis Seyminin ilk azərbaycanlı üzvi kimi tarixə düşən İsrafil ağa Tiflisdə Çar Rusiyası höküməti elitasında böyük nüfuza malik idi. Zaqafqaziya elitasının üzvi kimi qəbul edilən İsrafil ağa Tiflisdə nəşr olunan Azərbaycan dilli qəzetlərə dəstəyi ilə tanınırdı. Onun millətini sevən, erməni və rus haqsızlıqlarına dözməyən biri olduğu hamıya məlum idi. Ehtiyatı əldən verməyən İsrafil ağa ata yurdu Ağalıq kəndində silah anbarı tikdirib, oranı daima hazır və dolu vəziyyətdə saxlayırdı. Erməni-müsəlman qarşıdurmasının qaçılmaz olduğunu öncədən hiss edən İsrafil ağa Borçalıdakı Kəpənəkçidə yaşayan əmisi oğlu Emin ağa Borçalı (dövlət xadimi) başda olmaqla bütün Borçalı igidlərini ayıq-sayıq saxlayırdı.

1905-ci ildə ermənilər azərbaycanlıların yaşadığı digər bölgələrdə olduğu kimi Tiflis və Borçalıda da silahsız müsəlman xalqına qarşı hücumlara başlayır. Ermənilər ilk öncə Tiflisdə yaşayan Cənubi Azərbaycandan gəlmiş müsəlman hamballara (həmşərilərə) divan tutmağa başladılar. Ahısqalı görkəmli ictimai və siyası xadim, böyük millətçi “Cənubi Qərbi Türk Cumhuriyyəti”nin (dövlətin başçısı Emin ağa Borçalı idi) nazirlər şurasının 1-ci sədri Ömər Faiq Nemanzadə öz xatirələrində bu barədə yazıb. O, Tiflisdə ermənilərin türk-müsəlman əhalisinə qarşı vəhşiliyini gerçək bir surətdə təsvir etmişdir. Ömər Faiq özü gördüyü erməni vəhşiliyini qələmə alaraq yazmışdır ki, Tiflisin Vorontsov körpüsündən keçən türk hamballarını (iranlı həmşəriləri) erməni silahlıları sürüyüb körpünün kənarına gətirir və buradan çaya tullayırdılar. “Reskavorontsov məhəllələrindəki mazutlarda işləyən türk fəhlələrini gizləndikləri yerdən çıxarıb xəncərlə yaralaya-yaralaya Kür çayının kənarındakı dəyirmanların hündür yerinə gətirir və oradan aşağıya tullayırdılar. Suya atılan biçarələr boğulmamaq üçün var-gücü ilə çalışır, kənara doğru yaxınlaşır, lakin kənardakı erməni daşnaklarının onlara yağdırdıqları güllələrlə yaralanır təkrar suya batırdılar. Bir az sonra isə çıxıb əl-ayaq çarpır, üzməyə çalışırdılar.

Lakin yenə güllə yağışına tutularaq batır və axırda görünməz olurdular. Kür çayı sularının qanlı dalğaları arasında qarışıb axaraq gedən cansız, hərəkətsiz türk-müsəlman meyidləri görünürdü”.

Azğınlaşan ermənilər daha sonra Azərbaycan Türklərinin yaşadığı Meydan və Hallovar məhəllələrinə saldırırdılar. Belə savaşların birində görkəmli dramaturq və dövlət xadimi Nəriman Nərimanovun anası qətlə yetirilir.

İlk öncə Borçalıda (Şüləverdə) erməni quldurlarını tərksilah edən Borçalılar daha sonra Tiflisə doğru hərəkət etdilər (Gürcüstan Azərbaycanlıları. 2010). İsrafil və Emin ağaların sayəsində Borçalı süvariləri Tiflisə erməni qəsbkarları üzərinə yürüş edir.

...İki mindən artıq Borçalı süvarisinin Tiflisə, şəhərə gəldiklərini eşidəndə yerli türklər bir az da ürəkləndi. Şayiə gəzirdi ki, guya borçalılar gürcü kəndlərindən mal-qaranı qovur, qadınları girov götürürdülər. Halbuki Borçalıdan gələn yol üstündə belə bir gürcü kəndi yox idi. Bu xəbərlər Tiflisdə savaşın genişlənməsinin qarşısını aldı. Borçalıların yaxınlaşdığını bilən gürcü, rus, hətta erməni ziyalıları ağ bayraqlarla şəhəri dolaşmağa başladılar (“Difai Fədailəri”).

Ömər Faiq Nemanzadə (1919-cu ildə Emin ağa Borçalı ilə Metex qalasında birlikdə cəza çəkib) daha sonra yazır: “Cənubi Qafqaz üzrə canişin kəndlərdən gələn köməkdən xəbərdar olan kimi əmr verdi ki, atla şəhərə girmək qadağan olunsun. Türk-müsəlman igidləri şəhərin ətrafından atlarını kəndlərə geri qaytararaq özləri piyada Tiflis şəhərinə daxil oldular. Erməni silahlı dəstələrinin üzərinə hücuma keçən türk-müsəlman silahlıları cəmi bir gün vuruşduqdan sonra erməni daşnak silahlılarını məğlub etdilər”.

Məhz, İsrafil ağa 1905-ci ildən 1918-ci ilə kimi Borçalı və Tiflisdə quduzlaşmış ermənilərin qəniminə çevrilir. Bu müddət ərzində o, dəfələrlə azğınlaşmış ermənilərin layiqli cavabını verir. 1917-ci ildə isə İsrafil ağanın başçılığı ilə Borçalı süvariləri sadə müsəlman xalqa divan tutan yerli Lüksemburq (indiki Bolnisi) almanlarını darmadağın edir.

1909-cu ildə Çar Rusiya höküməti “Difai” partiyasına təzyiqləri artırdıqdan sonra partiyanın fəaliyyəti dayanır və Əhməd bəy məcburən Osmanlıya getməli olur. İstanbulda olduğu müddət ərzində Əhməd bəy keçmiş silahdaşları ilə əlaqəni kəsmir.

Borçalıda daşnak qətliamı

1918-ci ildə ermənilər azərbaycanlılar yaşayan hər yerdə Bakıda, Qubada, Şamaxıda, Göyçədə, Naxçıvanda, Lənkəranda, Urmiyyədə, Salmasda, Xoyda və digər şəhərlərdə sadə xalqa qarşı qətliamlara başlayırlar. Azərbaycanın hər yerində qan tökən daşnaklar Borçalıya üz tuturlar. Lakin burada onların mənfur niyyətləri baş tutmur.

Qaniçən daşnaklar Andronik və general Nazarbekyan 800 silahlı ilə zamanında ulu türk yurdu Borçalıya İran və Osmanlıdan qaçqın kimi köçən ermənilərin məskunlaşıb yurd saldıqları, sonralar Xaçın adlandırdıqları kəndə gəlirlər. Daşnakların məqsədi Borçalıda da böyük qətliamlar törətmək idi.

Bu olaylara hazır olan İsrafil ağa bu işdən xəbər tutan kimi yerli igidlərlə birlikdə daşnaklara pusqu qurub onarın 90%-ni məhv edir, general Nazarbekyanın isə şəxsən başını kəsir.

Artıq “Azərbaycan Xalq Cümhuriyyəti” öz müstəqilliyini elan etmişdi. Bakını ermənilərdən azad etməyə gələn Qafqaz Türk-İslam Ordusunu və ordunun komandanı Nuru Paşanı İsrafil ağa, Emin ağa ilə birlikdə şəxsən Calaloğlunda (Osmanlı sərhəddi) qarşılayıb Borçalıya gətirir, orada qonaqlayır daha sonra isə Qazağa qədər müşayiət edir.

Məhz 1918-ci ildə Qafqaz Türk-İslam Ordusu Bakını ermənilərdən azad etdikdən sonra şəhərə girən ordunun önündə dayanan Nuru Paşanın yanında addımlayanlardan biri Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə idi.

Anar Məsimov

 


AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort