Axund Hacı Məhəmməd-Tağı Ərəszadə

15.03.2012 02:06 ŞƏXSİYYƏTLƏR - İctimai-siyasi xadimlər
Çap

Dövrünün görkəmli din xadimi, tərcüməçi və publisist Axund Hacı Məhəmməd-Tağı Ərəszadə 1867-ci ildə Gəncə şəhərində ruhani ailəsində anadan olmuşdur. Məhəmməd-Tağı Ərəszadə Nəcəf şəhərində təhsil almışdır. Hacı Məhəmməd-Tağı Ərəszadə zəmanəsinin mükəmməl təhsilli alim-ruhanilərindən biri idi. Axund Hacı Məhəmməd-Tağı Zaqafqaziya Şiə Ruhani İdarəsinin üzvü olmuşdur. O, dövri mətbuatda dini-əxlaqi, şəriət məsələləri ilə bağlı mütəmadi olaraq yazılarla çıxış edirdi. Onun ərəb dilindən etdiyi bəzi tərcümələr və yazdığı “Vəşrihi-fəraiz” adlı kitab bu gündə alimin şəxsi kitabxanasında qorunub saxlanılır. “Vəşrihi-fəraiz” kitabı 1907-ci ildə Tiflis mətbəəsində çap olunmuşdur.

Axund Hacı Məhəmməd-Tağı gəncəli Dürrübəyim xanım ilə ailə qurmuşdu. Dürrübəyim xanım çox savadlı qadın olmuş və daim xalq yaradıcılığına dərin maraq göstərmişdir.

Hacı Məhəmməd-Tağı Ərəszadə açıq fikirli din xadimi olduğu üçün dəfələrlə təqib-təzyiqlərə məruz qalmışdır.

O, 1911-ci ildə Gəncədə vəfat etmişdir.

 
ankara escort