Makeyev İqor Vladimiroviç

11.03.2012 02:10 ŞƏHİDLƏR VƏ QAZİLƏR - Gəncə Şəhidləri
Çap

Azərbaycan Respublikasının Milli Qəhrəmanı

Makeyev İqor Vladimiroviç 27 oktyabr 1971-ci ildə Gəncə şəhərində fəhlə ailəsində anadan olub. Qardaşı Çernobil qəzasında vəfat edib. İqor 1987-ci ildə 39 saylı orta məktəbdə təhsil almışdır. 1987-1990-cı illərdə isə 9 saylı texniki-peşə məktəbində avtomobil çilingəri vəzifəsinə yiyələnmişdir. İqor Rusiyanın Rostov vilayətində 6 ay çavuş məktəbində təhsil alaraq, baş çavuş rütbəsi almışdır. İqor hərbi xidmətdən sonra 1992-ci ildə həyatını cəbhəyə bağlayır.

1992-ci il iyun ayının 5-də erməni quldurları Naxçıvanik kəndinə qəflətən hücuma keçir, burada İqor qurduğu postu möhkəmləndirir. Ağdam, Tərtər, Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərir. 708 nəfər, o cümlədən bölük komandiri də ağır yaralanır.   

Ağdərə uğrunda gedən döyüşlərdə İqor əsil qəhrəmanlıq göstərir. 1992-ci ilin avqust ayının 2-də “Nikulin” ləqəbli dostu ilə birlikdə 28 əsgərin həyatını xilas edir. "Vışka" yüksəkliyi uğrunda gedən döyüşdə isə qəhrəmancasına həlak oldu.

İqor subay idi.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı Fərmanı ilə Makeyev İqor Vladimiroviçə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Gəncənin Sadıllı qəsəbəsində adına küçə var.

 
ankara escort