• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Nürəddin bəy Seyidzadə

E-mail Çap PDF

 

(sağda Nürəddin bəy, ayaqüstə qardaşı Mirİsmayıl bəy Seyidzadə və bibisioğlu Abdulla bəy

Seyidzadə Nürəddin bəy Hacı Seyyid Hüseyn oğlu (Gəncə, 8.I.1896-14.IV.1968, Gəncə).

Atası Hacı Seyyid Hüseyn Seyyid İsmayıl oğlu bir müddət Gəncədəki Çökək hamamı işlətmişdir. Şah Abbas məscidində pişnamaz olmuşdur.

Anası Zərnişan xanım Məşədi Hidayət bəy qızı Bakı polismeysteri Rüstəm bəy Mirzəyevin və Müsavatçı Astan bəy Mirzəyevin bacısıdır.

Nürəddin bəy Seyidzadə Gəncədəki Gimnaziyanı bitirmişdir. “Türk Ədəmi-Mərkəziyyət” firqəsinin, sonradan isə Müsavat partiyasının fəal üzvü olmuşdur.

1918-1920-ci illərdə Bakı şəhəri, Səbail rayonunun pristavı işləmişdir.

Nürəddin bəy Sovet hakimiyyəti qurulduqdan sonra daim təqib və təzyiqlərlə üzləşmiş və heç bir yerdə işləyə bilməmişdir.

Qardaşı Mirİsmayıl bəy 1915-ci ildə 16 yaşında olarkən Gəncədə ermənilər tərəfindən qətlə yetirilmişdir. İsmayıl bəydə həmçinin, Gəncədəki Gimnaziyanı bitirmişdir.

Əsli Gəncənin Zərrabi məhəlləsindən olan Nürəddin bəyin qəbri Səbiskar qəbristanlığında yerləşir.

Hazırda Nürəddin bəyin 2 mərtəbəli mülkü Gəncə şəhərində Firuz Məlikov küçəsində yerləşir. 

Vüqar Həsənbəyli

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort