• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Nizami Gəncəvi yaradıcılığında qadın surətlərinin səciyyəsi

E-mail Çap PDF

 

nizamigencevi

Dahi Azərbaycan şairi və mütəfəkkiri, böyük filosof Nizami Gəncəvinin yaradıcılıq meyarlarının əsasını qadın obrazları təşkil edir. Nizami Gəncəviyə qədər qadına bu qədər yüksək qiymət verən şəxs tapmaq mümkün deyil. Şairin yaradıcılığının ilk qəzəlindən tutmuş ta “Xəmsə”sinin bütün poemalarında bu məsələ öz əksini tapmışdır. Qəribə burasıdır ki, çox şair və yazıçıların həyat tərzi ilə yazdıqları üst-üstə düşmür, tamamilə əkslik, ziddiyət təşkil edir. Bu sahədə də Nizami Gəncəvi ən qabaqcıl yerlərdən birini tutur. Beləki, Dərbənd şahı Afaqı kəniz kimi Nizami Gəncəviyə hədiyyə edir. Nizami Gəncəvi Afaqın çox saf və təmiz olduğunu görür, ona nəinki qulluqçu kimi, onu özünə ömür-gün yoldaşı edir. Şair, Afaqla çox xoş günlər keçirdiyini daim öz əsərlərində xatırlayır. Oğlu Məhəmmədə də ananı, vətəni, qadını sevməyi tövsiyyə edir. Afaqın ölümü Nizami Gəncəvini çox sarsıdır. Şair bunu dönə-dönə etiraf edir. Nizami Gəncəvi sevgisinə sadiq qalaraq yazır:

Bircə arvad al ki, olasan əziz,

Çox arvadlı kişi qalar kimsəsiz.

Nizami Gəncəvinin özünün yazdığı kimi o, “Xosrov və Şirin” əsərini yazdıqda Afaqı nəzərdə tutmuşdur. İlk poeması “Sirlər Xəzinəsi”ndə qadın surəti və onun cəmiyyətin aparıcı qüvvəsi kimi öz haqq və hüququnu tələb etməsi “Sultan Səncər və dul qadın” mənzuməsində çox inandırıcı bir şəkildə verilmişdir:

Zülm edib bir dul qarıya çox uddurmuşdular qan,

O da Sultan Səncərin tutaraq yaxasından,

Dedi: “Səndə zülm az görməmişəm qulaq as,

Səndə gördüyüm zülm əsla hesaba sığmaz.

Bir kefli darğa gəlib evimdə məni döydü-döydü,

Salıb təpik altına məni doyunca söydü-söydü.

Mən günahsız qarının saçlarına atıb əl,

Üzü üstə sürüdü evdən çölə əlbəəl”.

Göründüyü kimi Nizami Gəncəvi dul və yaşlı qadının dili ilə hüquqlarını qorumaq üçün “məmur” özbaşınalığını, şahın ölkəni idarə etməyinin tərzi-hərəkətini söyləyir. Ölkəyə və qadına düzgün münasibətin bərqərar olacağına çağırır. Əlbəttə, bu şairin sözüdür.

Nizami Gəncəvinin ikinci poeması “Xosrov və Şirin”də qadın azadlığı, onun sevib-sevilməsi, haqqını tələb etməsi, ana kimi yüksək bir ada layiq olması və cəmiyyətin aparıcı qüvvə olması bəşəriyyətin onsuz yetim qalması ideyası çox bariz bir şəkildə göstərilmişdir. Əlbəttə, bu şairin öz amalından doğan ideyalarla bağlıdır. Nizami Gəncəvi bəşəriyyətin bütün təbəqələrini, o cümlədən qadını daim azad görmək istəmişdir. Əsərdə Şirinin bibisi Məhinbanunun dili ilə qardaşı qızına verdiyi nəsihətlər qadın qürurunun və onun sevgidə yanılmamasının əsas rolunu təşkil edir. Məhinbanu Şirinə belə tövsiyyə edir:

Əgər o aydırsa, biz də günəşik,

O Keyxosrovdursa, biz Əfrasiyabıq!

Bibisi, Şirini eşqində alçalmamağa və məğrurluğunu sındırmamağa çağırır. Əsərin sonunda eyş-işrətlə məşğul olub Şirinə qədər Məryəm və Şəkərlə evlənən Xosrov ölüm ayağında belə Şirini oyadıb ona bir içim su ver deməyə qıymır. Demək ki, qadın öz sevgi və dürüstlüyü ilə Xosrov kimi bir insanı öz ecazkar gücü ilə tərbiyələndirə bilmişdir. Bu, hər şeydən əvvəl şairin özünün arzusu kimi səciyyələndirilməlidir.

Nizami Gəncəvinin üçüncü poemasındakı Leyli surəti Şərq qadınının fədakarlığı, analıq qayğısı, onun evinə bağlılığı, məişətdəki rolunu, sevgiyə sədaqətini əks etdirir. Şair hər cür qadın zorakılığına son qoyulması ideyasını tərənnüm etdirir. Bu baxımdan da Nizami Gəncəvi, bəşəriyyətin yaşam tərzində qadının necə rol oynayacağını min il bundan əvvəl görüb onu qələmə almışdır.

Şair dördüncü əsəri “Yeddi Gözəl”də bir yerdə dayanmayaraq dünya arenasına çıxıb qadın problemini planetimiz çərçivəsində həll etməyə çalışmışdır. Onun əsərdəki çin, rus, fars, türk, hind, ərəb və s. qadın nümayəndələri öz milli adət və ənənələri ilə analıq qayğısı ilə yaşayırlar.

Şairin beşinci əsəri “İsgəndərnamə”dəki Nüşabə surəti xüsusilə diqqəti cəlb edir. Nizami Gəncəvi tarixdən hamıya yaxşı məlum olan hökmdar Makedoniyalı İsgəndəri gətirib o zaman Azərbaycanın paytaxtı olmuş Bərdə şəhərinə çıxarır. Görüş zamanı Nüşabə öz qadın müdrikliyini qarşıya qoyur. Beləki, boşqabda yemək əvəzinə ləl-cəvahirat gətizdirib İsgəndərin qarşısına qoydurur. İsgəndər təəccüblə boşqaba baxıb soruşur ki, bu nədir? Nüşabə xanım təmkinlə deyir ki, sən çörək üçün deyil, var-dövlət üçün gəlmisən. İsgəndər türk qadınının dəyanətini görüb bu qənaətə gəlir ki, “Aslanın erkəyi, dişisi olmaz”. Nəticə belədir:

Qadındır müqəddəs, qadındır yüksək,

Həyata anadır, ömürə bəzək.

Qadını sevməyib onu incitmək,

Duyğusuz insanın qəbahətidir.

Cahan Ağamirov

GDU-nun fars dili müəllimi, Nizamişünas

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort