• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Əliyev Qəzənfər Kərim oğlu

E-mail Çap PDF

 

1

Əliyev Qəzənfər Kərim oğlu 1927-ci ilin may ayının 26-da Gəncə şəhərində anadan olub. Q.Əliyev orta məktəbi başa vurduqdan sonra Gəncə dəmir yol peşə məktəbinə daxil olub və 1945-ci ildə həmin məktəbi bitirib.
1945-ci ildən Gəncə Lokomotiv Deposunda əvvəlcə parovoz köməkçisi, sonradan 1948-ci ildən maşinist kimi əmək fəaliyyətini davam etdirib. Ömrünün sonuna qədər Gəncə Lokomotiv Deposunda maşinist kimi fəaliyyət göstərib.
Onun çalışdığı zaman parovozlar və teplovozlar normativ olaraq 1800 tona qədər yük daşımağa malik idi, ancaq bəzən 2500-3000 tona da catdırmaq mümkün idi. Lakin belə halda qatara yedəkçi lokomotiv də qoşulurdu. İlk dəfə, məhz Qəzənfər Əliyev öz təşəbbüsü və bacarığı nəticəsində, yedəkçi lokomotivlərdən imtina edərək, peşəkarlığı sayəsində normadan artıq  yük daşınmasını təmin edərək,  külli miqdarda yanacağa və dövlət vəsaitinə qənaət etmiş oldu. Bunun nəticəsi olaraq, SSSR-nin bütün güşələrindən lokomotiv işçiləri onun iş prinsiplərini və təçrübəsini öyrənmək ücün Gəncəyə gəldilər.
1 avqust 1959-cu ildə bu nailiyyətə görə, Qəzənfər Əliyevə SSSR-nin yüksək ordenlərindən biri “Lenin ordeni” ilə təltif edildi və “Fəxri Dəmiryolçu” adına layiq görüldü. Başçılıq etdiyi kollektivə “Kommunist əməyi briqadası” adı verildi.
70-ci illərin əvvəlində Gəncə Lokomotiv Deposunda parovozları elektrovozlar əvəz etdi və yük daşıma qabiliyyəti 1800 tonnan 3000 tonadək yüksəldi. Bu illər ərzində, Q.Əliyev yenədə təşəbbüs irəli sürərək, normadan artıq yük daşınması  təşəbbüsünü irəli sürdü və sözünün üstündə durdu. 1971-ci ilin may ayının 4-də daşınma yükünü 5000 tona çatdırdığına görə SSSR-nin yüksək mükafatı olan “Oktyabr İnqilabı” ordeni ilə təltif edildi.

2_2

1978-ci ildə Q.Əliyev yeni rekorda imza atmağa nail oldu. Həmkarı, Moskva Lokomotiv Deposunun maşinisti 2 dəfə Əmək Sosialist Qəhramanı Fyodor Fadeyevic Sokolov 10 min ton yüklü qatarı iki lokomotivlə 235 km sürmüşdü, Qəzənfər Əliyev isə bir lokomotivlə 10 min 100 ton yüklü qatarı 267 km sürərək SSSR-ri Dəmir yol məkanında yeni rekorda imza atmış oldu. Bu günə qədər bu rekordu təzələyən olmayıb. Bu nailiyyətinə görə ona Azərbaycan SSR-nin Dövlət Mükafatı Laureyatı adı verildi. Bir beşillikdə iki beşilliyin planlarını yerinə yetirdiyinə görə, 3 oktyabr 1980-ci ildə SSSR-i Ali Sovetin Rəyasət Heyətinin fərmanı ilə Sənayə və Kənd Təsərrüfatı məhsulları istehsalına dair onuncu beşillik tapşırıqlarının vaxtından əvvəl yerinə yetirilməsində qazandığı diqqətəlayiq müvəffəqiyyətlərə görə, Qəzənfər Kərim oğlu Əliyev SSSR-nin ən Ali mükafatı olan “Lenin ordeni” və “Oraq və çəkiç” qızıl medalı təqdim etməklə Sosialist Əməyi Qəhramanı adı verildi.
Bundan əlavə, əmək fəaliyyəti dövründə SSSR-nin bir cox müxtəlif medalları və diplomları ilə təltif edilib. 1967-ci ildən Azərbaycan SSR-nin siyasi-ictimai sahəsində aktiv fəaliyyətə başladı. O, 1967-ci ildən 1971-ci ilədək Gəncə şəhər Sovetinin Deputatı, 1971-ci ildən etibarən 3 dəfə ardicil VIII, IX və X çağırış Azərbaycan SSR-i Ali Sovetinin Deputatı olmuşdur. 1980-ci ildən isə Azərbaycan SSR-i Ali Soveti Rəyasət Heyətinin üzvü seçilib.
Q.Əliyev dəfələrlə partiya orqanlarına, o cümlədən 1979-cu ildə Gəncə şəhər Partiya Komitəsi plenumu üzvlüyünə namizəd, dəfələrlə Azərbaycan KP MK-nə üzv seçilib. 23 fevral 1981-ci ildə keçirilən Sovet İttifaqı Kommunist Partiyasının XXVI Qurultayının nümayəndəsi olub. Gəncə Lokomotiv Deposunun maşinisti Respublikada böyük nüfuza və ehtirama sahib idi.
Ulu Öndərimiz cənab Heydər Əliyev şəxsən peşəkarlığına, Vətəninə baş ucalığı gətirməsinə, Gəncə sakinləri arasında hörmət sahibi olmasına görə,  Qəzənfər Əliyevə xüsusi hörmət bəsləyirdi. 17 iyul 1984-cü ildə Qəzənfər Kərim oğlu Əliyev 57 yaşında vəfat etdi. Gəncə şəhər Fəxri Xiyabanında dəfn edilib. Ailəli idi, 10 övlad sahibi idi.
Mərhum  Qəzənfər Əliyevin  adını əbədiləşdirmək üçün,Gəncə şəhərində mövcud olan kücələrdən biri, onun adı ilə adlandırılıb.


                                                                                                                                                                                                                                                   Müəllif:Ramil Əliyev
                                                                                                                                                                                                                                                                Redaktor:Orxan Gəncəsoy

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort