• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Fikrət Süleyman oğlu Verdiyev

E-mail Çap PDF

 

Gəncəli tarzən

Musiqi - musiqi insan ruhunun qidasıdır deyirlər. Səslər, ritmlər, notlar bu aləmin ahəngdarlığını təşkil etməklə yanaşı eyni zamanda bu mədəniyyət sahəsinə xüsusi bir gözəllik bəxş edir. Xalqımızın qədimdən bəri öz çalğı alətləri olmuş zaman-zaman onlar unudulsada sonradan bərpa edilmiş və gələcək nəsillərə çatdırılmışdır. Belə alətlərə bərbət, rud, çəng, kos, çanaq və s. göstərmək olar. Dədə-babalarımızdan bizə miras qalan bu mədəniyyət sahəsi özünəməxsus ifaçılığını kamança, tulum, tütək, saz, balaban, nağara, dəf və s. alətlərlə yaşadaraq bu günkü günümüzə kimi qoruyub saxlamağı bacarmışdır. Musiqi dünyasında özünəməxsus fərqliliyi ilə seçilən bir alətdə var ki, bu tardır. Azərbaycanda tar deyiləndə ilk öncə məşhur tarzənlər Mirzə Sadıq, Məşədi Cəmil Əmirov, Mirzə Mansur Mansurov, Tarzən Bəylər, Məmmədağa Muradov və s. görkəmli əvəzedilməz tarzənlərin adları xatırlanır.

Çağdaş mədəniyyətimizdə öz dəsti xətti ilə seçilən bir tar ifaçımızda var. Bu tarzən Fikrət Verdiyevdir.

Verdiyev Fikrət Süleyman oğlu 1947-ci il sentyabr ayının 2-də Gəncə şəhərinin Tapqışlaq məhəlləsində anadan olub. Əslən Balçılı kəndindən olan atası Süleyman Məşədi Məmməd oğlu Gəncədə dəyirmançı olub. Ailələrində musiqiçi olmamasına baxmayaraq, Fikrətin uşaq yaşlarından tara olan həvəsi onun 1957-ci ildə Gəncə şəhər 1 saylı musiqi məktəbinin tar sinfinə getməsi ilə başlayır. 1962-ci ildə məktəbi bitirərək Q.Hüseynli adına Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olur. Təhsil aldığı müddətdə Gəncə Pioner və Məktəblilər Sarayında, Mədəniyyət evində özfəaliyyət kollektivlərinə rəhbərlik edir. F.Verdiyev 13 yaşında olarkən səhnədə həm solo, həm də ansamblla çıxışlar edərək və bu istiqamətə olan marağını sınayaraq müstəqil ansambl yaratmaq qərarına gəlir. Və 1961-ci ildə Bakıda respublika üzrə pioner və məktəblilər sarayı kollektivləri arasında keçirilən festivalda rəhbərlik etdiyi kollektiv qalib gəlir. İlk uğurlu imzasını beləcə atan gənc tarzən bir-birinin ardınca yeni nailiyyətlərə doğru irəliləyir.

1967-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar-dirijor, xalq ifaçısı fakültəsinə daxil olur və Adil Gərayın sinfində təhsil almağa başlayır. Gənc tarzənin yaddaşlarda qalan ən böyük xidməti isə doğma Gəncəsi üçün 1969-cu ildə “Göy-göl” xalq çalğı alətləri ansamblını yaratması olur. Qısa zamanda ansamblın şöhrəti bütün Azərbaycana, hətta ölkə hüdudlarından kənara yayılır. Xarici ölkələrdə konsertlərə dəvət alan ansambl fəxri-fərman, diplom və mükafatlara layiq görülür. Ansamblda məşhur sənətçilərdən Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rübabə Muradova, Nəzakət Teymurova, Flora Kərimova, Səkinə İsmayılova, Kəmalə Rəhimli, İslam Rzayev, Canəli Əkbərov, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Baba Mahmudoğlu və başqa tanınmış sənətçilər çıxış ediblər.

"Göy-göl" ansamblının şöhrətinin daha da artmasının ikinci bir səbəbi isə 1972-ci ildən etibarən ansamblın müşayiətilə Zeynəb Xanlarovanın konsertlər verməsi olur. 1982-ci ildə isə Zeynəb Xanlarovanın dəvətilə Fikrət Verdiyev onun ansamblına konsertmeystr təyin edilir. Bu ansamblla dünyanın 40-dan çox ölkəsində musiqi mədəniyyətimiz təbliğ edilir. Bir-birinin ardınca onu izləyən uğur 1987-ci ildə onun əməkdar artist adına layiq görülməsi ilə nəticələnir.

1990-cı ildə “Göy-göl” ansamblının bazasında Gəncə Dövlət Filarmoniyasını yaradan F.Verdiyev, ardınca notlu xalq çalğı alətləri orkestrini və kamera orkestrini yaradır. Və 1994-cü ildə müəyyən səbəblərə görə ansambldan və filarmoniyadan ayrılır.

2001-ci ildə Bakı Neft-Emalı Zavodunun nəzdində "Neftçi" mahnı və rəqs ansamblını təşkil edir. Teyyub Aslan, Aygün Bayramova, Rövşən Behcət, Cabir Abdullayev və s. bu kimi sənətçiləri bir yerə yığaraq zəngin repertuar yaradır.

Mədəniyyət sahəsində böyük xidməti olan Fikrət Verdiyev hazırda Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsində çalışır.

Fikrət Verdiyevin tara olan marağı musiqi duyğusu danışdıqca bitməyən xidmətləri sanki insanı xəyal dünyasına aparır. Dahi alman bəstəkarı Lüdviq van Bethoven musiqi haqqında belə demişdir: "Musiqinin əsl gücü insanı bəstəkarın xəyal dünyasına aparmasıdır".

Xalqımızın musiqiyə, incəsənətə olan marağı buna əyani sübutdur.

Onu da qeyd etmək istəyirəm ki, Fikrət Verdiyev 2014-cü il fevralın 13-də ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "xalq artisti" adına layiq görülmüşdür.
Fikrət Verdiyev dahi muğam ustadı Xan Şuşinskinin qızı ilə ailə həyatı qurub. İki qızı, bir oğlu və 3 nəvəsi var.
Sonda qeyd edək ki, millətinin incəsənətini, mədəniyyətini dünyada təbliği üçün çalışan, xidməti keçən belə sənətkarları gəlin sağlığında qiymətləndirək.

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort