• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Gəncənin Çaylı məhəlləsi

E-mail Çap PDF

 

Gəncənin Çaylı məhəlləsi Gəncə çayının sağ sahilində keçmiş Yerevanskaya naberejnaya və Uçiliş küçələrində, indiki N.Nərimanov prospektindəki 10 saylı məktəbin ətrafında və prospektin VI -VII-VIII-IX dölmələrində və Ə.Cəmil küçəsində yerləşir. Çaylı camaatının Gəncəyə nə vaxt və haradan gəlməsi haqqında dəqiq məlumat azdır. 1736-cı ildə muğanda şah seçilən Nadir Gəncə bəylərbəyliyinin torpaqlarının bir qismini Kaxet çarı II Teymuraza verdi. Verilən elatlardan biri də Çaylı idi.

Çaylının tarixi təxminən XVII-XVIII əsrlərdən başlayır. Kəndin yeri çaylaq, meşəlik və bataqlıq olmuşdur. Kənd adını da buradan almışdır. Kəndə köç XVII əsrin əvvəllərindən başlamışdır. Köç edənlərin əksəri indiki Ağstafa rayonunun Kəsəmən kəndindən olmuşdur. Bunun səbəbi çar rusiyasının öz xidmətlərinə görə bu torpaqları hərbiçilərindən birinə vermək idi. Kəndə əvvəlcə üç nəsil - Bənnalar (Bənayevlər), Qocalar (Qocayevlər), çarçılar (Çarçıyevlər) gəlmişlər.

Hazırda, Çaylı kəndi Qazax rayonunun Daş Salahlı kəndindən sonra ikinci böyük kənddir. Kənddə 14 min nəfərdən artıq əhali yaşayır.

Nadir şahın öldürülməsindən sonra İranda vahid stabil hökumət dağıldı. Hər kəs iri və güclü feodal hakimiyyətə sahib olmağa çalışdığı bir vaxtda Gürcüstanın İrandan uzaqlaşmaq meyli daha da gücləndi.

Atası II Teymurazın yerinə keçən II İrakli 1744-1762 -ci illərdə Kaxet çarı oldu. Sonra isə Kartli çarlığına (1762-1798) sahib çıxdı.

Əslən Baqration nəslindən olan bu şəxsdə millətçilik hissi çox güclü idi. O, hakimiyyəti illərində bir neçə gürcü feodallarını öz ətrafında birləşdirib vahid dövlət qurmaq fikrinə düşdü. 1783-cü ildə Rusiya imperiyası ilə Georgiyev traktı imzaladı. Daimi qoşun saxlamaq və Rusiyanın təbəsi olmaq hüququ qazandı.

Həmin ilin noyabrında rus qoşunları Tiflisə daxil oldu. Şimali Qafqazla Gürcüstan arasında sonralar hərbi Gürcüstan yolu salındı. Elə həmin il ermənilərdə Rusiyanın Qafqazdakı nümayəndəsinə məktub göndərib, rus qoşununun gəlməsini istədilər.

Bu dövrdə Azərbaycan xanlarının bəziləri də Rusiyanın Azərbaycana gəlməsini istəyirdi.

Qubalı Fətəli xan, Qarabağlı İbrahimxəlil xan rus qoşununun onların ərazisinə gəlməsinə meyilləri var idi. Bu xanların Rusiyaya yaxınlaşmaqda məqsədləri İran və Osmanlı əsarətindən qurtulmaq idi. Çox təəssüf ki, onlar Rusiyanın daha təcavüzkar bir dövlət olduğunu anlamırdılar. XVII əsrin sonlarında Qubalı Fətəli xan, II İrakli ilə ittifaqa girdi. Bu ittifaqda Fətəli xanın məqsədi Azərbaycanın qeyri xanlıqlarını öz hakimiyyəti altına almaq idi. II İrakli bu ittifaqdan sonra 1788-ci ildə Fətəli xanla birləşib Gəncəyə hücuma keçdilər və Gəncəni taladılar.

Ağa Məhəmməd xanın II İrakliyə dəfələrlə məktub göndərib Rusiyaya birləşmək fikrindən əl çəkməsini tələb etməsinə baxmayaraq o, fikrindən nəinki dönmədi, hətta Qarabağ xanı İbrahimxəlil xanında Rusiyanın himayəsinə keçməsinə razılığını almışdı. İbrahimxəlil xan Tiflisə Rus nümayəndəsi ilə danışıq üçün nümayəndələrini göndərdi. "Rusiyaya meyl siyasətinin görkəmli nümayəndələrindən biri də şair və dövlət xadimi Molla Pənah Vaqif idi. Rusiya-Türkiyə müharibəsinin başlanması ilə əlaqədər olaraq polkovnik  S.D.Burnaşev Qarabağa gələ bilmədikdə Vaqif  kədərlə deyirdi:

Fələk bir özgə dövr etdi,

Dolandı tərsinə gərdun.

Yetişdi Gəncəyə Burnaş,

Niçin bietibar oldu.

Bu hadisədən sonra Ağa Məhəmməd xan Qacar 11 sentyabr 1795-ci ildə "...şiddətli vuruşmadan sonra Tiflisə soxuldu. Şəhər tamamilə dağıdıldı. II İrakli Ağa Məhəmməd xan Qacardan bu dağıntılara son qoymağı xahiş edəndə o, cavab verdi ki, bu xahiş yalnız Tiflis əhalisinin köməyinə gələn şuşalı dəstələr ona təslim edildiyi təqdirdə yerinə yetirə bilər".

İran qoşunlarının Tiflisə hücumunda Gəncə xanı Cavad xanda iştirak edirdi.

Rus çarından aldığı hədiyyələrə və xoş vədlərə uyan II İrakli ölkəsində yaşayan müsəlmanlara ögey münasibət bəsləyirdi. Bu münasibətlərə dözməyən Borçalı, Qazax, Şəmşəddil elatları Gəncənin müxtəlif bölgələrinə köçdülər. Köçənlərdən biri də "Çaylı" camaatı idi. Onlar Gəncəyə pənah gətirdilər və Gəncə çayının sağ sahilində məskən saldılar.

1905-ci il erməni-müsəlman qırğınından sonra məhəllə qonşuları Hacı Məlikli, Molla Cəlilli məhəlləsinin sakinləri kimi Çaylılarda Gəncə çayının sol sahilinə köçdülər və müxtəlif məhəllələrdə yerləşdilər. Onların əvvəllər yerləşdiyi məhəllədə Kərbəlayi Həsən ağanın üzüm bağı var idi. 1930-cu illərdə həmin bağın yerində "Spartak" stadionu salındı. 1905-ci ildə məhəllədə "Zaraznıy lazaret" təşkil olundu.

Çaylı məhəlləsinin camaatı Gəncədə qəssablıq, əkinçilik, dabbaqlıq, dulusçuluq və arabaçılıqla güzəran keçirirdilər.

Hamlet Əli oğlu Allahverdiyev

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort