• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Gəncə haqqında deyilənlər...

E-mail Çap PDF

 

cumhurriyyet_gencede_1918

Gəncə böyük və səfalı şəhərdir. Əhalisi ağ üzlü və gözəldir. Türkcə danışırlar. Gəncədən çoxlu mərifət sahibi çıxmışdır.

Hacı Zeynalabdin Şirvani


Gəncədən çoxlu mərifət sahibləri çıxmışdır. Onlardan biri də Şeyx Əxi Fərrux Zəncaninin müdiri , ”Xəmsə” sahibi Şeyx Nizamidir.

Hacı Zeynalabdin Şirvani


Türk-müsəlman Şərqində qədimdən formalaşmış ümumi rəyə görə, üç şəhərdə doğulan oğlan uşaqları əli qılınclı, yəni qəhrəman doğulur. Bu şəhərlərdən biri Gəncədir.

Akademik Ziya Bünyadov

 

Bəndər daim iftixarla yad edilməyə, adı əbədi yaşamağa layiq bir igid olub. Bəndər öz qeyrəti, hünəri və bir də nakam taleyi ilə Gəncənin tarixinə həmişəlik daxil olub.

Akademik Ziya Bünyadov


Məndən inciməsin anamız Bakı,

Şerimin Məkkəsi yalnız Gəncədir.

Şair Tofiq Bayram


Çox yerdə vardı məscidi-came zəmanədə,

Heç yerdə yoxdu məscidinin tayı Gəncənin.

Şair Hacı Molla Abbas


Cavad xan son dərəcə fəndgir və qisasçı, həmçinin ağıllı, hazırcavab, sərt, sözü ötən, çevik siyasəti, hər məqamda çətin vəziyyətdən çıxmağı bacaran bir şəxs idi.

N.Dubrovin. XIX-əsr


Gəncə Arran şəhərlərinin anası idi. Əhalisi qoçaq və mərd...qalaları möhkəmdir.

İbn Əl-Əsir. XIII-əsr

Gəncə gözəl, bərəkətli, abad və cəmiyyəti çox olan bir şəhərdir. Onun əhalisi comərddir. Bəyənilmiş və pak adətlərə yiyələnmişlər. Davranışları xoşdur. Alimləri dost tuturlar.

İbn Hövqəl.X-əsr


“Gəncə yaşıllıq və gül-çiçək imperiyasıdır”.

Fransız yazarı Avrel Filipp


 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort