• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Rifat Mir-Əhməd oğlu Hüseynov

E-mail Çap PDF

 

İqtisadiyyat elmləri doktoru, Rusiya Federasiyasının əməkdar iqtisadçısı, Novosibirsk Dövlət Memarlıq və İnşaat Universitetinin professoru Rifat Mir-Əhməd oğlu Hüseynov 16 may 1946-cı ildə Gəncə şəhərində ziyalı (həkim) ailəsində anadan olmuşdur.

R.Hüseynov orta təhsilini doğma şəhərində aldıqdan sonra Azərbaycan Dövlət Universitetinə daxil olmuşdur. Universitet təhsilini başa vurduqdan sonra R.Hüseynov Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasını və Mərkəzi Komitənin yanında İctimai Elmlər Akademiyasının doktoranturasında təhsilini davam etdirmişdir.

R.Hüseynov 1976-cı ildə təyinat üzrə Novosibirsk şəhərinə gəlmiş və şəhərin müxtəlif ali məktəblərində çalışmışdır.

Rifat Mir-Əhməd oğlu 1990-cı ildən Novosibirk Dövlət Memarlıq və İnşaat Universitetində iqtisadi-nəzəriyyə kafedrasında professor, 2000-ci ildən RF-nın Sibir Federal dairəsinin aparatında elm şöbəsinin rəisi, iqtisadi və sosial proqramlar üzrə məsləhətçi və maliyyə-iqtisadiyyat şöbəsində rəis müavini, həmçinin Rusiya Federasiyasının Həmkarlar Şurasında rəhbər vəzifələrdə çalışmışdır. Bir müddət Rusiyadakı "Yabloka" partiyasının region üzrə təmsilçisi olmuşdur.

Rifat Hüseynovun iqtisadiyyat-nəzəriyyəsi üzrə 300-dən artıq elmi-publisistik məqalələri və tədris vəsaitləri çap olunmuşdur. Ən yüksək nailiyyətlərindən biri isə "Rusiya iqtisadiyyatının tarixi" (1999) və "Dünya iqtisadiyyatının tarixi, Qərb-Şərq-Rusiya" (2004) əsərləri olmuşdur.

R.Hüseynov bir neçə monoqrafiyanın və 9 tədris vəsaitinin müəllifidir. Onun elmi işləri Amerika, Almaniya və Çində nəşr olunmuşdur. İqtisadi tarix üzrə böyük mütəxəssis olan Rifat Mir-Əhməd oğlu Rusiya dövlətinin iqtisadi siyasətinin həllində səmərəli və fədakar işlər görmüşdür. Onun elmi işinin əsas nəticələri Rusiya iqtisadiyyatının tarixi özünəməxsusluğu ilə ölkədə bazar münasibətlərinin bağlılığı olmuşdur. R.Hüseynovun digər elmi konsepsiyasının əsas məqsədi: "Rusiya-geridə qalmış Qərb yox, qabaqcıl Şərq"dir. R.Hüseynov mütəmadi olaraq yerli və mərkəzi mətbuatda çıxışlar edirdi. Onun elmi-publisistik işləri, həmçinin radio-televiziyadakı çıxışları Sibir ictimaiyyətinin böyük marağına səbəb olmuşdur.

Rifat Hüseynov hələ 1989-cu ildə Ümumittifaq "Bilik" Cəmiyyətinin "Aktiv işinə görə" mükafatı ilə təltif olunmuşdur.

Yüksək biliyə və təşkilatçılıq qabiliyyətinə malik olan Rifat Mir-Əhməd oğlu Hüseynov Rusiya prezidentinin fərmanı ilə Rusiya Federasiyasının 3-cü dərəcəli həqiqi dövlət müşaviri dərəcəsinə layiq görülmüşdür.

R.Hüseynovun elmi rəhbərliyi altında 16 namizədlik və bir doktorluq dissertasiyası müdafiə olunmuşdur.

2004-cü ildə professor Rifat Hüseynova Rusiya Federasiyasının "Əməkdar iqtisadçısı" fəxri adı verilmişdir.

İstedadlı və parlaq araşdırmaçı, məşhur publisist, yaradıcı insan olan Rifat Mir-Əhməd oğlu Hüseynov 8 may 2012-ci ildə 66 yaşında vəfat etmişdir.

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort