• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Vahid Zaman oğlu Əliyev

E-mail Çap PDF

 

Fotoqraf Vahid

_Vahid_Zaman_olu_liyev

Əliyev Vahid Zaman oğlu 1955-ci il mart ayının 5-də Şəmkir rayonunun Zəyəm qəsəbəsində anadan olmuşdur. 1972-ci ildə Zəyəm qəsəbə kənd orta məktəbini bitirmişdir. Elə həmin ilin oktyabr ayında Zəyəm qəsəbə Kənd-Təsərrüfatı Maşınqayırma Zavodunda əmək fəaliyyətinə başlamışdır. 1974-cü ildə Azərbaycan Kommunist Partiyasının sıralarına qəbul olunmuşdur. V.Əliyev 1974-cü ildə Sumqayıt Kimya-Texnologiya Texnikumuna qəbul olunmuşdur. Texnikumda təhsil almaqla yanaşı Sumqayıt Kimya Birliyi Müəssisəsinin nəzdindəki Təmir Zavodunda çalışmışdır. Vahid Əliyev 29 noyabr 1974-cü ildən 1976-cı ilin dekabr ayına qədər Uzaq Şərqdə hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra Vətənə qayıdan V.Əliyev Texnikumda və işlədiyi müəssisədə fəaliyyətini davam etdirmişdir. 1977-ci ilin aprel ayından 1978-ci ilin aprel ayına qədər çalışdığı müəssisədə partiya təşkilatının katibi olmuşdur.

Vahid Əliyev Texnikumda təhsilini başa vurduqdan sonra müəyyən səbəblərə görə Rusiyanın Orenburq vilayətinə getmişdir. Və Orenburqda bir müddət müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1982-ci ildə vətənə dönən Vahid Əliyev elə həmin ili ailə həyatı qurmuşdur. V.Əliyev 1982-ci ildə ilk öncə Gəncə şəhər Tikinti İdarəsində, sonra Gəncə şəhər Çini qablar Zavodunda çalışmışdır.

Vahid Əliyev 1985-ci ilin aprel ayının 20-də Gəncə şəhər Nizami rayon Hərbi Komissarlığının göndərişi ilə Özbəkistan Respublikasının Səmərqənd şəhərində Gizirlər məktəbində oxumuşdur. Gizirlər məktəbini bitirdikdən sonra 1985-ci ilin noyabr ayında hərbi xidməti davam etdirmək üçün Çexiya Respublikasının Praqa şəhərinə təyinatla göndərilmişdir.

Vahid Əliyev 1990-cı ilin dekabr ayında öz yazılı xahişi ilə Çexiyadan Qafqaz Hərbi Dairəsinə təyinat almışdır. Və 1991-ci ildə V.Əliyev Gəncə şəhərində yerləşən 23-cü diviziyanın tərkibində hərbi xidmətini davam etdirmişdir.

_Vahid_Zaman_olu_liyev_2

Sovet İmperiyası süqut etdikdən sonra Azərbaycanın Milli Ordusu yaranmağa başlandı. Və Vahid Əliyev də hərbi xidmətini Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə davam etdirir.

Vahid Əliyev Gəncə şəhərində xidmət etdiyi N saylı hərbi hissənin tərkibində 1993-cü ilin fevral ayından Ağdərə, Dronbon (Sərsəng Su anbarı) əməliyyatında, 1993-cü ilin aprel ayında Murovdağda yerləşən Güzgü deyilən yüksəklik uğrunda, 1993-cü ilin oktyabr ayında Tərtər istiqamətində yerləşən Talış kəndi, Madaqez yüksəkliyi ümumiyyətlə Tərtərin bir çox istiqamətlər uğrunda gedən döyüşlərində, 1994-cü ildə isə Goranboy ərazisində yerləşən Gülüstan, Qaranlıq Meşə deyilən yüksəklikdə uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına vuruşmuşdur.

Müharibədə Fotoqraf Vahid ləqəbi ilə tanınan Vahid Zaman oğlu Əliyev müharibədən sonra Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə qulluq etmişdir.

Vahid Əliyev 05 iyun 2000-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə təqaüdə çıxmışdır. Müharibə veteranı olan V.Əliyev hazırda ehtiyatda qalan zabitdir. Ailəlidir. Beş övladı, 2 nəvəsi var.

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort