• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Pişnamazzadə Mirzə Əli Axund Molla Məhəmməd oğlu

E-mail Çap PDF

 

(Mirzə Əli Pişnamazzadə ailəsi ilə birgə)

Gəncənin tanınmış ziyalılarından biri, kənd təsərrüfatı elmləri namizədi, professor Mirzə Əli Axund Molla Məhəmməd oğlu Pişnamazzadə 1901-ci il may ayının 21-də Gəncə şəhərinin Ozan məhəlləsində ruhani ailəsində anadan olmuşdur. Atası Zaqafqaziya Şeyxülislamı olmuş Axund Molla Məhəmməd ağa Pişnamazzadə eyni zamanda "Difai" Partiyasının Gəncə şöbəsinin sədri olmuşdur. Məhəmməd ağa həmçinin Gəncədə öz vəsaiti hesabına kasıb təbəqənin övladları üçün orta təhsilli məktəb açmışdır.

Mirzə Əli Pişnamazzadə ilk təhsilini atasından aldıqdan sonra 1907-ci ildə Gürcüstan Respublikasının Qori şəhərindəki Müəllimlər Seminariyasında rus dilində təhsil almışdır. Seminariyada oxuyarkən Mirzə Əli Pişnamazzadə ilə birlikdə Gəncənin görkəmli ailəsinin nümayəndəsi Hacı Poladzadə və dövrün bir çox görkəmli şəxslərinin övladları təhsil almışlar.

1917-ci ildə Mirzə Əli Pişnamazzadə Gəncə şəhərində Təhsil sistemində ibtidai sinif müəllimi kimi fəaliyyətə başlamışdır.

Mirzə Əli Pişnamazzadə 1922-ci ildə Azərbaycan Politexnik İnstitutunun aqronomiya fakültəsinə qəbul olunmuş və müvəffəqiyyətlə institutu bitirmişdir. 1927-ci ildə Mirzə Əli müəllim Gəncə şəhərində yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda aqronomluq fakültəsində dərs demişdir.

Mirzə Əli müəllim həmin ili 1918-20-ci illərdə Bakı şəhər Polismeystri olan və 1920-ci ildə repressiyaya məruz qalmış Rüstəm bəy Mirzəzadənin qızı Minaxanımla ailə həyatı qurmuşdur. Və bu evlilikdən Pişnamazzadə ailəsinin altı övladı olmuşdur.

1948-ci ildə Sovet bürokratiyası Mirzə Əli Pişnamazzadənin soyadının ruhani nəslə mənsubluğunu və atası Axund Məhəmməd Pişnamazzadənin Azərbaycan milli hərəkatının fəal iştirakçılarından biri olduğunu bilərəkdən kənd təsərrüfatı elmləri namizədlik dissertasiyasını müdafiə etməkdən imtina etmişdir. Çox əzablar, çətinliklərdən sonra nəhayət, 1954-cü ildə Mirzə Əli Pişnamazzadə dissertasiyasını müdafiə edərək, kənd təsərrrüfatı elmləri namizədi adına layiq görülür.

Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun bünövrəsini qoyanlardan biri olan Mirzə Əli Pişnamazzadənin 200-dən çox elmi məqalələri, 40-dan çox dərslik kitabları çap olunmuşdur.

Mirzə Əli Pişnamazzadə 1970-ci ildə doktorluq dissertasiya işini yekunlaşdırmış və İrəvan şəhərində üzdən iraq qonşularımıza öz müdafiə etdiyi elminin incəliklərini tutarlı arqumentlərlə sübut etmiş və elmi işinin tam mahiyyətini, kənd təsərrüfatı sahəsinə vacib olmasını konkret dəlillərlə isbat etmişdir. Mirzə Əli müəllimin müdafiə etdiyi mövzu isə "Şəkər çuğundurunun heyvandarlıqda yem üçün istifadəsi" işi olmuşdur.

Gəncə və Gəncəbasarda elə bir kənd təsərrüfatı işçisi, mütəxəssisi yoxdur ki, Mirzə Əli Pişnamazzadəni tanımasın. Mirzə Əli müəllim şəxsən eks prezident Heydər Əliyevin böyük qardaşı Həsən Əliyevə dərs demişdir.

Mirzə Əli müəllimin elmi işlərini və dərs vəsaitlərini nəzərə alaraq ona doktorluq dissertasiyası monoqrafiyasına görə çalışdığı institutun elmi şurası professor elmi adına layiq görmüşdür.

1971-ci ildə Mirzə Əli müəllim təqaüdə çıxmışdır. Hətta, təqaüddə olarkən institut müəllimləri ondan təhsil, elm və digər sahələr üzrə məsləhətlər və tövsiyyələr almışlar.

Mirzə Əli Axund Molla Məhəmməd oğlu Pişnamazzadə 1988-ci ilin dekabr ayının 22-də Allahın rəhmətinə qovuşmuş və Gəncənin İmamzadə qəbristanlığındakı ailə türbəsində dəfn olunmuşdur.

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort