• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Ələkbər Məmməd-Bağır oğlu Adıgözəlov

E-mail Çap PDF

 

(Ələkbər Məmməd-Bağır oğlu Adıgözəlov 1930-cu il)

Gəncənin tanınmış həkimlərindən biri Adıgözəlov Ələkbər Məmməd-Bağır oğlu 1896-cı ildə Gəncə şəhərinin Bağbanlar məhəlləsində anadan olmuşdur. Atası Məmməd-Bağır Adıgözəl oğlu Gəncənin tanınmış Tatoğulları nəslinə mənsub olub, 1905-ci ildə Gəncədə baş verən erməni-müsəlman münaqişəsi zamanı həlak olmuşdur. Anası 28 yaşlı Məsmə xanım isə təkbaşına 9 yaşlı Ələkbəri və qardaşı 4 yaşlı İsgəndəri çətinliklə də olsa ali təhsil verərək cəmiyyət üçün nüfuzlu bir şəxs yetişdirməsinə nail olmuşdur.

Ələkbər Məmməd-Bağır oğlu ilk təhsilini Gəncə Kişi Gimnaziyasında almışdır. O, 1915-ci ildə Gimnaziyanı əla qiymətlərlə bitirərək, Tibb İnstitutuna daxil olur. Ələkbər Adıgözəlov institutu yüksək səviyyədə bitirdikdən sonra, doğma şəhəri Gəncəyə qayıdır və qısa zaman ərzində burada həkimlik peşəsi ilə məşğul olmağa başlayır.

Ələkbər Adıgözəlov 1920-ci ildə Badi-Səfa xanımla ailə həyatı qurur. Və bu evlilikdən Ə.Adıgözəlovun - Rəsmiyyə (Görkəmli kinorejissor, xalq artisti, professor Eldar Quliyevin anası), Almaz və Cəmilə adlı üç qız övladı olur.

1930-cu ildən etibarən Ələkbər Məmməd-Bağır oğlu Bakı şəhərində tibb sahəsində müxtəlif yerlərdə çalışmışdır. Sonuncu iş yeri isə 1 saylı şəhər Klinik Xəstəxanasında (Semaşka) olmuşdur. Belə ki, 1937-ci ildə bir çox Azərbaycan ziyalıları kimi Ələkbər Adıgözəlovda repressiyaya məruz qalaraq 12493 nömrəli iş üzrə ona saxta cinayət işi açılmışdır. Ə.Adıgözəlov təxminən 2 il yarımlıq həbs müddətindən sonra bəraət almışdır.

Ə.Adıgözəlov demək olar ki, Böyük Vətən Müharibəsinin ilk vaxtlarından hərbi hissələrdə həkimlik vəzifəsini yerinə yetirirdi. Ə.Adıgözəlov hətta bir çox əməliyyatlarda hərbi həkim kimi ön cəbhədə iştirak etmişdir. Ələkbər Məmməd-Bağır oğlu sonuncu çəkdirdiyi foto şəklini məhz, 1942-ci ildə ön cəbhədən ailəsinə yollamışdır.

1943-cü ildə qızğın döyüşlərin birində Ələkbər Adıgözəlov həlak olmuşdur. Ölümündən sonra ailəsinə mayor Vilskiy tərəfindən göndərilən məktubda qeyd olunurdu ki, Ələkbər Adıgözəlov 29 aprel 1943-cü ildə döyüş zamanı qəhrəmancasına vəfat etmiş və Rastov şəhərindəki Kirov adına Damazlıq fabrikinin yanında dəfn olunmuşdur.

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort