• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

İsmət İsmayıl oğlu Qayıbov

E-mail Çap PDF

 

“Biz ordunu da, qrupları da, OMON-u da yalnız erməni yaraqlıları ilə mübarizə aparmaq üçün yaradırıq. Xalqımızın erməniləri tam məhv etməyə gücü çatacaq” (İ.Qayıbov).

Müstəqil Azərbaycan Respublikasının ilk Baş prokuroru, Azərbaycan Respublikası Prezidenti yanında Milli Təhlükəsizlik Şurasının üzvü, III dərəcəli dövlət ədliyyə müşaviri İsmət İsmayıl oğlu Qayıbov 1942-ci il oktyabr ayının 8-də Gəncə şəhərinin Zərrabi məhəlləsində ziyalı ailəsində anadan olub.

İ.Qayıbov Gəncə şəhərində hazırda adını daşıdığı 1 saylı orta məktəbdə təhsilini bitirdikdən sonra, 1967-ci ildə hüquq fakültəsində təhsilini başa vurur. Əmək fəaliyyətinə 1963-cü ildə Elmi-Tədqiqat Neft Maşınqayırma İnstitutunda, sonra isə İslah Əmək Müəssisələrində çalışıb. İ.Qayıbov 1971-ci ildə respublika prokurorluq orqanlarına işə qəbul edilir. İlk öncə rayon prokurorunun köməkçisi, Bakı şəhər prokurorluğunun şöbə prokuroru və şöbə rəisi, İsmayıllı və Əli Bayramlı rayonlarında şəhər prokuroru vəzifəsində çalışmışdı. 1982-ci ildə Respublika prokurorluğu aparatında şöbə rəisi vəzifəsində irəli çəkilib və 1987-ci ildən 1990-cı ilədək Sumqayıt şəhər prokuroru vəzifəsində çalışıbdır. 1990-cı ilin avqust ayında Azərbaycanın Baş prokuroru vəzifəsinə təyin edilir. Daha sonra isə Müstəqil Azərbaycan Respublikasının ilk Baş prokuroru adına layiq olur.

Müstəqil Azərbaycan Respublikasının ilk Baş prokuroru olan İsmət İsmayıl oğlu Qayıbov 1991-ci il noyabr ayının 20-də Qarabağda Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində bir sıra Azərbaycanın digər dövlət xadimləri ilə birlikdə içərisində olduğu “Mİ-8” helikopterinin erməni hərbi yaraqlıları tərəfindən vurulması nəticəsində şəhid olur. Azərbaycanın Respublikasının ilk Baş prokuroru İ.Qayıbovun rəsmi dəfn mərasimi Bakıda keçirilir və mərhum Şəhidlər Xiyabanında dəfn olunub.

Hazırda Bakı şəhəri Bakıxanov qəsəbəsindəki yerləşən stadion, eləcə də neft tankeri, Gəncədə 1 saylı orta məktəb və şəhərin ən böyük küçələrindən biri İsmət İsmayıl oğlu Qayıbovun adını daşıyır. Eyni zamanda Gəncədə doğulub boya-başa çatdığı evin qarşısında mərhumun xatirə barelyefi vurulmuşdur.

Qara duman. İsmət Qayıbov (film, 2011)

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort