• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Cahan Mirbaba oğlu Ağamirov

E-mail Çap PDF

 

Gəncənin Nizamişünas mütəxəssisi

cahan_001

Gəncənin tanınmış Nizamişünas, Şərqşünas və fars dili mütəxəssisi Ağamirov Cahan Mirbaba oğlu 1945-ci ildə Gəncə şəhərinin İmamlı məhəlləsində ziyalı ailəsində anadan olub. Babası Hacı Seyyid Ağabala ağa Gəncədə dövrün tanınmış din xadimi olmuşdur. Atası Mirbaba Ağamirov isə Stalin repressiyasına məruz qalmış, bir müddət Cənubi Azərbaycanın Təbriz şəhərində yaşamışdır.

Cahan Mirbaba oğlu Ağamirov 1965-ci ildə Mirzə Ələkbər Sabir adına 5 saylı orta məktəbi bitirərək, 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakultəsinə daxil olaraq, 1971-ci ildə həmin Universiteti müvəffəqiyyətlə bitirmişdir.

C.Ağamirov 1971-1972-ci illərdə ordu sıralarında xidmət edərək, hərbi tərcüməçi vəzifəsini icra etmişdir.

1973-cü ildə C.Ağamirov Gəncə şəhər 4 saylı orta məktəbində hərbi dərsi demişdir.

1975-ci ildə Bakı şəhəri 5 saylı Texniki-Peşə məktəbində tərbiyəçi - müəllim vəzifəsində işləyib.

Cahan Ağamirov 1979-cu ildən 1989-cu ilə qədər Leninqrad (indiki Sankt-Peterburq) şəhəri Şərqşünaslıq İnstitutunda tərcüməçi, inturistə tərcüməçi-bələdçi, Jdanov adına Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Gimnaziyasında türk və fars dili müəllimi vəzifələrində çalışmışdır.

1989-cu ildə Cahan müəllim vətənə dönüb doğma Gəncə şəhərində 24 saylı orta məktəbdə fars dili müəllimi kimi fəaliyyətini davam etdirir.

2002-ci ildən bu günə qədər isə Gəncə Dövlət Universitetində fars dili müəllimi vəzifəsində fəaliyyət göstərir.

2007-ci ildən 2011-ci ilə kimi A.M.E.A. Gəncə Regional Elmi Mərkəzinin «Nizamişünaslıq» şöbəsində böyük elmi işçi olub.

Cahan Mirbaba oğlu Ağamirovun elmi mövzu və məqalələrinin siyahısı:

1. Nizami yaradıcılığında türk sözləri, Azərbaycan zərbi-məsəlləri kitabı. Gəncə 2005-ci il.

2. Nizami və türklük. Gəncə 2008-ci il monoqrafiya.

3. Fars dili dərslik kitabı. Bakı 2009-cu il.

4. Nizami və Heydər Əliyev 2009-cu il konfrans materialı.

5. Nizami yaradıcılığında qadın surətləri. A.M.E.A. G.R.E.M 2008-ci il.

6. Dahi Azərbaycan şairi Nizami Gəncəvi. Qazaxıstan Respublikası, Astana 2009-cu il, Hüquq və Filologiya Universiteti.

7. İran ədəbiyyatşünaslığında Nizami irsinin öyrənilməsi. Gəncə 2010-cu il, G.D.U-nun xəbərlər məcmuəsi.

8. İran ədəbiyyatında Nizaminin tədqiqi. Bakı 2010-cu il, Beynəlxalq elmi nəzəri jurnalı.

9. Nizami əsərləri yenidən tərcümə edilməlidir. Bakı 2010-cu il. A.D.U-nun elmi xəbərləri.

10. Gəncədə fəaliyyət göstərən “Difai”, «Gəncənin səsi», «Gəncəbasar», «Yüksəliş» və s. qəzet və jurnallarda bir çox sayda məqalələri dərc olunub.

Hal-hazırda elmi işi kimi yazdığı «Nizami irsinin İran Ədəbiyyatşünaslığında öyrənilməsi və tədqiqi» mövzusunda filologiya üzrə fəlsəfə doktoru, elmi dərəcəsi almaq üçün dissertasiyasını tamamlayıb.

Evlidir, bir oğlu var.

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort