• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Şəmsəddin Abbas oğlu Səfərov

E-mail Çap PDF

 

Fitopatologiya elminin mütəxəssisi

Şəmsəddin Abbas oğlu Səfərov

23

İnsan həyatının mənası çox yaşamaqda, uzun ömür sürməkdə deyil, necə yaşamaqdan, hansı məqsədlər, amallar uğrunda mübarizə aparmaqdan ibarətdir.

Məhz, həyatının mənasını xalqa xidmət etməkdə görən təfəkkür şəxslərimizdən biri də Fitopatologiya elminə dair çoxsaylı əsərlərin müəllifi, kənd təsərrüfatı elmləri namizədi Şəmsəddin Abbas oğlu Səfərovdur.

Şəmsəddin Abbas oğlu Səfərov 1915-ci ildə Gəncə şəhərinin Zərrabi məhəlləsində anadan olmuşdur. Atası Abbas Səfər oğlu Gəncənin Sofulu məhəlləsinin ərazisində yerləşən bir neçə dükana sahiblik etmişdir. Abbas Səfər oğlu Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra başlanan repressiyalara görə öz dədə-baba yurdu olan Cənubi Azərbaycanın Təbriz şəhərinə köçmüşdür.

Şəmsəddin Səfərov 1936-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tarlaçılıq fakültəsinə daxil olmuş və 1941-ci ildə həmin institutu bitirərək, aqranom adına layiq görülmüşdür.

Böyük Vətən müharibəsinin (1941-1945) başlanması ilə əlaqədar olaraq gənc mütəxəssis institutu bitirən kimi cəbhəyə yollanır. Müharibə bitdikdən sonra Şəmsəddin Səfərov Gəncəyə qayıdaraq əmək cəbhəsində çalışmağa başlayır.

Şəmsəddin Səfərov 1946-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun fitopatologiya şöbəsinə elmi işçi vəzifəsinə dəvət olunur. 1950-ci ildə isə Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutunun Şirvan zona təcrübə stansiyasında direktor, 1952-ci ildə isə Pambıqçılıq İnstitutunun fitopatologiya şöbəsində müdir vəzifələrində çalışmışdır.

31

1959-cu ildə Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutunun yenidən təşkil olunması ilə əlaqədar olaraq Şəmsəddin Səfərov Pambıqçılıq İnstitutundan Bitki Mühafizəsi İnstitutunun pambığın xəstəlikləri şöbəsində çalışmağa başlayır.

Qısa zaman ərzində Şəmsəddin Səfərov Azərbaycan ETBMİ-nun nəzdində pambığın xəstəlikləri, fitopatologiya və bitkilərin immuniteti adlı şöbəsində müdir vəzifəsini icra edir.

Şəmsəddin Səfərov kənd təsərrüfatı kadrlarının hazırlanmasında da yaxından iştirak etmişdir.

Elmi-pedaqoji fəaliyyəti dövründə o, fitopatologiya elmini zənginləşdirən 50-ə qədər elmi-tədqiqat əsərinin və tədris vəsaitinin müəllifidir. Şəmsəddin Səfərovun yetirmələri arasında elmlər doktoru və namizədləri vardır.

Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutunun fitopatologiya şöbəsinin müdiri, kənd təsərrüfatı elmləri namizədi Şəmsəddin Abbas oğlu Səfərov uzun sürən ağır xəstəlikdən sonra 1974-cü il iyul ayının 23-də həyata gözlərini əbədi olaraq yumur.

36

Bu gün Respublikamızda öz işinə böyük əmək sərf etmiş Şəmsəddin Abbas oğlu Səfərovun xastirəsi onu tanıyanların qəlbində yaşayır və daim yaşayacaqdır.

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort