• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Əli Razi Şəmçizadə

E-mail Çap PDF

 

Şəmçizadə Əli Məşədi Yəhya oğlu (Əli Razi) 1880-ci ildə Gəncə şəhərinin Əttarlar məhəlləsində anadan olmuşdur. Ata-baba sənətinə görə özünə Şəmçi təxəllüsünü götürüb. Əli Razi ilk təhsilini Gəncə mədrəsəsində aldıqdan sonra Gəncə Rus-Tatar məktəbini bitirmişdir. Əli Razi 1906-cı ildə “Molla Nəsrəddin” jurnalında müxtəlif imzalarla yazılar və şerlər dərc etdirmişdir. Bir müddət Dağıstanda sürgün həyatı yaşamışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə kəşfiyyat xidmətində fəaliyyət göstərmişdir.

Əli Razi Sovet hakimiyyəti illərində «Yeni Gəncə», «Mədəni hücum (Bakı) qəzet və jurnallarında məsul katib, redaktor işləmişdir. Firdovsinin «Şahnamə»sindən tərcümələr etmişdir.

1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqının Gəncə şöbəsinin məsul katibi seçilmişdir.

«Dabanıçatdax xala və heyvərə» (1912-ci il), «Dabanıçatdax xala» (1936-cı il), «Seçilmiş əsərləri» (1936-cı il) və s. kitablarının müəllifi olmuşdur.

Şair, publisist, dramaturq, mühərrir Şəmçizadə Əli Razi Məşədi Yəhya oğlu SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 7 yanvar 1938-ci ildə I kateqoriya ilə həbs edilərək, 8 yanvar 1938-ci ildə Nargin adasında güllələnmişdir.

Həyat yoldaşı Şəmçizadə Zümrüd Məhəmməd qızı 28 yanvar 1938-ci ildə vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək, 3 fevral 1938-ci ildə yaşayış yerini tərk etməmək barədə ondan iltizam alınmışdır. Şəmçizadə Zümrüd Məhəmməd qızı hamilə olduğu üçün ona qarşı repressiya dayandırılmışdır.

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort