• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Məhsəti Gəncəvi

E-mail Çap PDF

 

mehseti_gencevi

Azərbaycanın böyük şairəsi, Şərq ədəbiyyatı və musiqisinə yaxından bələd olan Məhsəti (əsl adı Mənicə) Gəncəvi XI-ci əsrin sonunda (təxminən 1096-cı ildə) Gəncənin Xərabət məhəlləsində doğulmuşdur. İlk təhsilini Gəncədə almış, yüksək düşüncə qabiliyyəti istedadı və bacarığı ilə poeziyada və musiqidə şöhrət tapmışdır. Məhəbbət lirikası yaradıcılığında əsas yer tutur. Məhsəti Gəncəvi həmçinin gözəl şahmat bilicisi olmuşdur.

Böyük Azərbaycan şairəsinin həyatı barədə əlyazma nüsxələri Əlyazmalar İnstitutunda, İstanbul və London şəhərlərində saxlanan XIII əsrə aid olan "Məhsəti Gəncəvi və Əmir Əhməd" dastanından götürülür.

Məlumdur ki, o, Səlcuq sultanının, Sultan Mahmud Səncərin saray şairəsi və müğənnisi olmuşdur. Fars dilində 200-dən artıq rübaisi və bir neçə lirik şeirləri bizə gəlib çatmışdır. Məhsəti Gəncəvinin şeirləri əsasında yaradılmış Cövhərinin poeması qorunub saxlanılmışdır. Poema əsasında demək olar ki, Məhsəti Gəncəvi istedadlı şairə olmuşdur. Azad fikirli şeirlər yazaraq qadın azadlığını vəsf etmişdir.

Məhsəti Gəncəvinin əsərləri içərisində Gəncənin Xərabat məhəlləsində yaşayan gənc sənətkarlara, dərzilərə və başqalarına həsr etdiyi şerlər silsiləsi daha çox məşhurdur.

Xərabatın sənətkar məhəlləsi kimi təsvir olunmasına və Məhsəti Gəncəvinin öz şerlərində Allaha deyil, müxtəlif sənət sahibi olan (dərzi, zərgər, papaqçı və s.) gənc sənətkarlara eşq elan etməsinə gəlincə, bu faktlar şairənin hansısa sənətkarlar məktəbinə mənsubluğundan irəli gəlir.

Məhsəti Gəncəvi XII əsrin ortalarında Gəncə şəhərində vəfat etmişdir. Tarixçilər qeyd edirlər ki, Məhsəti Gəncəvinin qəbri Şıx düzü deyilən yerdə Nizami Gəncəvinin qəbrinin yanındadır.

Şairəyə çoxlu şeirlər, pyeslər, monoqrafiyalar və başqa ədəbi əsərlər həsr olunmuşdur. Onun haqqında E.Bertels, Frits Meyer və başqaları əsərlər yazmış, Azərbaycanda adına mədəni-maarif müəssisələri verilmişdir. Sovet dövründə Gəncə şəhərinin “Xatirə” parkı deyilən yerdə Məhsəti Gəncəviyə həykəl ucaldılmışdır.

Qeyd: 1923-cü ilin noyabr ayında Tiflisdə nəşr olunan "Yeni fikir" qəzetinin 206-cı sayında Mir Abbas Bağırzadənin "Nizami Gəncəvinin qəbri" adlı məqaləsi işıq üzü görür. Məqalədə bir qrup Gəncə ziyalısının (Mirzə Məhəmməd Axundzadə, müəllim Cavad bəy, tarixçi Rəfibəyov, müəllim MirKazım MirSüleymanzadə və s.) xüsusi komissiya təşkil etmələri və 1923-cü ilin aprel ayında Nizami Gəncəvinin qəbri yanında qazıntı işləri aparmalarından, məzarı şəhərin daxilində - Şah Abbas məscidinin qarşısına köçürmək istədiklərindən bəhs edilir.

Qazıntı zamanı Nizami Gəncəvinin məzarının yanında bir qadın qəbrinin olduğu da üzə çıxır. "Bu kimin məzarı ola bilər" məsələsi başında da müxtəlif fikirlər söylənib. Vəhid Dəstgerdi belə güman edib ki, bu, Nizami Gəncəvinin sevimli ömür-gün yoldaşı Afaqın məzarıdır. Bunu dahi şairin qızının qəbri hesab edənlər də tapılıb. Halbuki, Nizaminin qızı olması barədə etibarlı məlumat yoxdur. "Məhsəti Gəncəvi və Əmir Əhməd" adlı əlyazmada isə Məhsəti Gəncəvinin məzarının Nizami məqbərəsinin yanında olması barədə məlumat öz əksini tapır.

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort