• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Məmmədov Abbasqulu Əzim oğlu

E-mail Çap PDF

 

Abbasqulu Əzim oğlu Məmmədov 1965-ci il fevral ayının 21-də Gəncə şəhərində anadan olmuşdur. Gəncə şəhər 5 saylı orta məktəbi bitirmişdir. 1983-1985-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Gəncə mexaniki-quraşdırma idarəsində işləmişdir.

1988-ci ildə Gəncədə Milli Azadlıq hərəkatına qoşulub.

Abbasqulu Məmmədov dəfələrlə Nüvədi kəndinin müdafiəsində fəal iştirak edib. Buna görə də Nüvədi kəndinin fəxri vətəndaşı adına layiq görülüb.

1990-cı il yanvar ayının 11-də Ruzigar, Bəxtiyar və Abbasqulu Məmmədov keşikci dəstə ilə Çaykənd-Todan ətrafına gedirlər. Yanvar ayının 12-də döyüş başlayır. Todan-Çaykənd ərazisinin müdafiəsi qurbansız keçməyir.

Abbasqulu Məmmədov həmin günü gərgin keçən döyüşdə odlu silahla yaralanır və həlak olur.

Məzarı Gəncədə fəxri xiyabandadır.

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort