• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

İsgəndərov Adil Rza oğlu

E-mail Çap PDF

 

Azərbaycanın görkəmli teatr və kino xadimi, SSRİ xalq artisti (1959-cu il), Azərbaycanın əməkdar incəsənət xadimi (1938-ci il), SSRİ Dövlət mükafatı laureatı (1948-ci il), Azərbaycanın xalq artisti, (1943-cü il) Adil Rza oğlu İsgəndərov 1910-cu ildə Gəncə şəhərində anadan olmuşdur. Gəncə Gimnaziyasında oxuyarkən teatra, incəsənətə böyük həvəs göstərirdi. Bir müddər Gəncə Dram Teatrının səhnəsində çıxış etmişdir.

1931-ci ildə Bakı Teatr Texnikumunu daxil olaraq, ilk əmək fəaliyyətinə Azərbaycan Dövlət Dram Teatrında başlamışdır. 1936-cı ildə Moskva Dövlət Teatr İncəsənəti İnstitutunu bitirmişdir. 1932-1936-cı illərdə Adil İsgəndərov oxumaqla bərabər, E.Vaxtanqov adına Moskva Teatrında rejissorluq təcrübəsində olmuşdur.

1936-1960-cı illərdə Adil İsgəndərov Azərbaycan Dövlət Dram Teatrında rejissor, baş rejissor və direktor olmuşdur. 1966-1974-cü illərdə isə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktor olmuşdur.

Adil İsgəndərovun ilk quruluş verdiyi A. Korneycukun "Platon Krecet" və M.İbrahimovun "Həyat" pyesi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Azərbaycan Dövlət Dram Teatrında işlədiyi 25 il ərzində Səməd Vurğunun "Fərhad və Şirin", "Vaqif", Cəfər Cabbarlının "Aydın", "1905-ci ildə", Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz", Məmmədxanlının "Şərqin şəhəri", Vilyam Şekspirin "Otello", M. Hüseynin "Cavanşir" və başqa əsərlərə quruluş vermişdir.

Adil İsgəndərovun teatrda Səməd Vurğunun "Vaqif" dramına verdiyi quruluş yaradıcılığının zirvəsi olmuşdur. Adil İsgəndərov Azərbaycan Opera və Balet Teatrında və Rus Dram Teatrında da əsərlər tamaşaya qoymuşdur. Adil İsgəndərovun aktyor kimi kinoda da xidmətləri çox böyükdür. “O olmasın bu olsun”, “Bir məhəlləli iki oğlan”, “Qanun naminə”, “Axırıncı aşırım”, "Qara daşlar", "Uzaq sahillərdə", "Məhəbbət dastanı", "Romeo mənim qonşumdur", "Dərviş Parisi partladır", "Məhəbbətim mənim, kədərim mənim" filmlərində yaddaqalan və əvəzolunmaz obrazlar yaratmışdır. Quruluşçu rejissor kimi, "Əhməd haradadır" filmini çəkmişdir. Adil İsgəndərov 1937-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunda işləmiş, 1956-cı ildə professor elmi adına layiq görülmüşdür.

Adil Rza oğlu İsgəndərov dəfələrlə Azərbaycan SSRİ Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur.

İsgəndərov Adil Rza oğlu 1978-ci ildə Bakıda vəfat etmişdir.

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort