• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Əhməd Cəfəroğlu

E-mail Çap PDF

 

Əhməd İsmayıl oğlu Cəfərzadə 1899-cu il aprel ayının 17-də Gəncənin Zərrabi məhəlləsində anadan olmuşdur. Əhməd üç yaşında olarkən atası İsmayıl kişi vəfat edib. 1905-ci ildə anası ilə birlikdə Əhməd Səmərqəndə köçür. İbtidai təhsilini Səmərqənddə alır. Bir müddət sonra Əhməd ailəsi ilə birlikdə Gəncəyə qayıdır və 1909-1916-cı illərdə Gəncə Gimnaziyasında oxuyur. 1916-cı ildə Kiyev Kommersiya İnstitutunun iqtisad fakültəsinə daxil olub, 3-cü kursdan sonra vətənə qayıdaraq 1919 cu ildə ADU-da oxumuşdur.

Rusiyadakı inqilabi hərəkatla bağlı Kiyevdə təhsilini yarımçıq saxlay

an Əhməd Cəfəroğlu Gəncəyə qayıdıb könüllü olaraq Qafqaz müsəlman ordusunda artilleriya zabiti kimi xidmət edir. 1918-ci il sentyabrın 15-də Bakını Azərbaycanın paytaxtı elan edənlərin arasında kiçik topçu zabiti Əhməd də var idi.

1920-ci ildə Bakıda kommunist rejimi qurulduqdan sonra Əhməd Cəfəroğlu Gürcüstana sonra Türkiyəyə getmiş, burada təhsilini davam etdirmişdir.

1925-ci ildə İstanbul Universitetinin dil və ədəbiyyat fakültəsini bitirmişdir. 1929-cu ildə əmək fəaliyyətinə İstanbul universitetində başlamışdır. Uzun illər türk dili tarixi kafedrasına rəhbərlik etmişdir. 50 monoqrafiyanın, 600-dən çox elmi işin müəllifidir.

Əhməd Cəfəroğlu Nizami Gəncəvi, Xaqani Şirvani, Məhəmməd Füzuli, İmaməddin Nəsimi, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Mirzə Cəlil Məmmədquluzadə, Məhəmməd-Əmin Rəsulzadə, Ömər Seyfəddin, Tofiq Fikrət, Rəşad Nuri Güntekin, Xalidə Edip, Aka Gündüz, Yaqub Qədri və başqa Azərbaycan, türk və fars yazıcılarının həyat və yaradıcılığını tədqiq etmişdir.

1932-ci ildə "Yurd bilgisi" jurnalını təsis edərək onun ilk redaktoru olmuşdur. O, öz əsərlərini mükəmməl bildiyi macar, Azərbaycan, alman, fransız, rus, ispan, fars, italyan, polyak və türk dillərində yazmışdır.

Türkiyədə 1942-1943-cü illərdə «Türk amacı» dərgisinin və «Türk dili və ədəbiyyatı məcmuəsinin» redaktoru olub.

Əhməd Cəfərzadə uzun illər Azərbaycan siyasi mühacirətinin fəallarından olub, yazdığı məqalələrin adları hər şeyi deyir: «Azərbaycanın böyük matəmi-27 nisan», «28 mayıs 1920», «Tarixin ilk Türk Cümhuriyyəti Azərbaycan» və s.
Əhməd Cəfəroğlu bu qədər işin içində imkan taparaq Azərbaycan ədəbiyyatı tarixini, folklorunu da araşdırıb. Cəmi 3 əsərinin adını çəkmək olar: «Azərbaycan Xalq ədəbiyyatında Aşıq Qərib dastanı», «XVII əsr Azəri şairi Məlik bəy Avçı», «Böyük Azəri türkçüsü Mirzə Fətəli Axundzadə» və s.
Əhməd bəyin Türk dili tarixi və türk dialektologiyasına dair araşdırmaları bu gün də Türkiyədə təkrar təkrar çap edilərək, dərslik kimi istifadə olunur.
Əhməd Cəfəroğlu bir sıra Avropa və Asiya yazıcı və şairlərinin əsərlərini turk dilinə tərcümə etmişdir.

Əhməd İsmayıl oğlu Cəfərzadə Macarıstanın və Polşanın Elmlər Akademiyalarının müxbir üzvü və bir sıra beynəlxalq türkoloji cəmiyyətlərin fəxri üzvü olmuşdur. O, İspaniyanın "De Alfonso Sabio" və Türkiyənin bir sıra yüksək ordenləri ilə təltif olunmuşdur.

Filologiya elmləri doktoru, professor, türkoloq Əhməd Cəfəroğlu vətən həsrəti ilə 1975-ci ilin yanvar ayının 6-da İstanbulda vəfat etmişdir.

Əhməd Cəfəroğlunun qızı Nazan xanım Ölçər hazırda İstanbuldakı Sabancı Muzeyinin rəhbəridir.

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort