• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Qulubəyov Mikayıl Rəhim bəy oğlu

E-mail Çap PDF

 

Mikayıl Rəhim bəy oğlu Qulubəyov 1915-ci il noyabr ayının 30-da Mollavələdli (Goranboy r. Şəfəq kəndi) kəndində ziyalı ailəsində anadan olmuşdur. Mikayıl Qulubəyovun atası Rəhim bəy Yusif bəy oğlu Qori Müəllimlər Seminariyasını qızıl medalla bitirmiş, Mollavələdli kəndində məktəb açmış (hazırda məktəb Rəhim bəyin adını daşıyır), Azərbaycanın görkəmli maarif xadimi olmuşdur. 

Mikayıl Qulubəyov ilk təhsilini atasından aldıqdan sonra, Quba Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. Texnikumu bitirdikdən sonra Mikayıl müəllim 1934-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinə daxil olaraq, 1939-cu ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Bir müddət Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun üzvi kimya kafedrasında işləmişdir.

1942-ci ildə könüllü olaraq cəbhəyə getmiş, həmin ilin avqust ayında Stalinqrad uğrunda gedən döyüşlərdə ayağından yaralanmış və almanlar tərəfindən əsir götürülmüşdür. Əsirlikdən İtaliyaya, daha sonra Yuqoslaviyaya sürgün olunmuşdur.

Mehdi Hüseynzadə ilə birlikdə İtaliya və Yuqoslaviyada almanlara qarşı mübarizədə fəal iştirak etmişdir. Mikayıl Qulubəyov döyüş dostu Mehdi Hüseynzadəni cəbhədə yaralanarkən kimyaçı həkim kimi onu ölümdən xilas etmişdir. Partizanlıq göstərdiyinə görə Yuqoslaviya höküməti tərəfindən üç dəfə “Qəhrəmanlıq ordenləri” ilə təltif olunmuşdur. Həmçinin, Yuqoslaviyanın qızıl medalına layiq görülmüşdür.

Müharibədən sonra 1945-ci ildə Gəncəyə qayıtmış və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda çalışmışdır.

Mikayıl Qulubəyov 100-ə yaxın elmi əsərin, 13 ədəd müəlliflik şəhadətnaməsinin, metodik göstərişin və bir neçə dərs vəsaitinin müəllifidir. O, uzun müddət Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Elmi Şurasının üzvü və Mendeleyev adına Kimyaçılar Cəmiyyətinin Gəncədə sədri olmuşdur. Mendeleyev Cəmiyyətinin fəxri fərmanı və birinci dərəcəli mükafatına layiq görülmüşdür.

Mikayıl Qulubəyov 1964-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək, 1965-ci ilin iyun ayında kimya elmləri doktoru alimlik dərəcəsi və 1967-ci ilin mart ayında isə professor elmi adına layiq görülmüşdür.

Mikayıl Qulubəyov ömrünün sonunadək institutda kafedra müdiri işləmiş, müxtəlif orden və medallarla təltif olunmuşdur.

Mikayıl Rəhim bəy oğlu Qulubəyov 1983-cü il iyun ayının 20-də Gəncə şəhərində vəfat etmişdir.

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort