• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

İmamzadə türbəsi

E-mail Çap PDF
İmamzadə, yaxud Göy İmam türbəsi VIII əsrə aid tarixi abidədir. Gəncə şəhərinin ən maraqlı memarlıq abidələrindən biri, xalq arasında Göy Günbəz və Göy məscid (Göy İmam) kimi tanınan İmamzadə kompleksidir. Kərpicdən tikilmiş türbənin ətrafında kiçik məscidlər, təkyələr, karvansara tipli evlər, alaqapı və köməkçi binalardan ibarət dini kompleks yaradılmış, kompleksin ətrafına daş və kərpicdən hasar.
imamzade turbe

 

Türbə bu kompleksin ən qiymətli abidəsidir. İmamzadə türbəsinin tikildiyi tarix dəqiq müəyyən edilməmişdir. Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu - XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Türbənin hündürlüyü 12 m, günbəzin hündürlüyü 2,7 m, diametri isə 4,4 m-dir.

Günbəzə mavi kaşıdan üzlük çəkilmişdir ("Göy İmam" adı da bununla əlaqədardır). Bərdə və Naxçıvan İmamzadə məscidlərində olduğu kimi İmamzadə türbəsi ilə Bərdə türbəsi, həmçinin Axsadanbaba türbəsi arasında memarlıq cəhətdən üslub yaxınlığı var. Türbə sonralar (XVII əsrdə) bir ziyarətgah şəklini almış və onun ətrafında dini mahiyyət daşıyan binalar inşa edilmişdir. Gəncə İmamzadə piri memarlıq abidəsi kimi orta əsrlərə aid edilir. İmamzadə türbəsi kərpicdən tikilib, rəngarəng kaşılı, kərpic örtüklü günbəzə malikdir. Ətrafında isə məscid, sərdabə və digər türbələr tikilib. Müxtəlif vaxtlarda aparılan təmir-bərpa işləri onun görkəminin müəyyən qədər dəyişməsinə səbəb olub.

 

 

İmamzadə bir vaxtlar Gəncənin əsilli-nəcabətli nəsillərindən sayılan Şeyxzamanlılara məxsus olub. Öz soy-kökləri ilə həmişə fəxr edən Şeyxzamanlılar özlərini Şeyx Nizaminin nəslindən sayırlar. Din xadimi Hacı Əlisəftər Səfərəliyev bildirir ki, 1901-ci ildə Gəncə Xeyriyyə Cəmiyyəti ilə İmamzadə mütəvəlliləri, yəni baxıcıları arasında narazılıq yaranıb. Xeyriyyə cəmiyyətinin üzvləri təkid ediblər ki, İmamzadəyə yığılan nəzirlər onların ixtiyarına verilsin, bunları yetimlər üçün açılan yerlərə, xeyriyyə işlərinə sərf etsinlər. İş o yerə çatıb ki, Tiflisdə Qafqaz Canişinliyinin dəftərxanasında bu məsələyə baxılıb. O vaxt 1586-cı ildə İkinci Şah Təhmasibin verdiyi fərmanın sənədi üzə çıxarılıb. Sənəddən məlum olub ki, həmin torpaqlar, o cümlədən, Gəncə İmamzadə pirinin yerləşdiyi ərazi Şeyxzamanlıların irsi malı olub. Yəqin, buna görə o yerlərə gəncəlilər bugünədək «Şıxın düzü və ya Şıx düzü» deyirlər. Sovet hakimiyyəti dövrünədək Gəncə İmamzadə pirinə nəsil-nəsil Şeyxzamanılılar baxıcılıq ediblər. Bu nəslin nümayəndələrinin bir çoxunun məzarı da məhz oradadır.
 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort