• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt
Ana səhifə

Nigar xanım Rəfibəyli

E-mail Çap PDF

 

Azərbaycan Respublikasının xalq şairi, əməkdar mədəniyyət işçisi, tərcüməçi Nigar xanım Xudadat bəy qızı Rəfibəyli (1913-1981).

Film 2009-cu ildə hazırlanmışdır.

 

Pişnamazzadə Mirzə Əli Axund Molla Məhəmməd oğlu

E-mail Çap PDF

 

(Mirzə Əli Pişnamazzadə ailəsi ilə birgə)

Gəncənin tanınmış ziyalılarından biri, kənd təsərrüfatı elmləri namizədi, professor Mirzə Əli Axund Molla Məhəmməd oğlu Pişnamazzadə 1901-ci il may ayının 21-də Gəncə şəhərinin Ozan məhəlləsində ruhani ailəsində anadan olmuşdur. Atası Zaqafqaziya Şeyxülislamı olmuş Axund Molla Məhəmməd ağa Pişnamazzadə eyni zamanda "Difai" Partiyasının Gəncə şöbəsinin sədri olmuşdur. Məhəmməd ağa həmçinin Gəncədə öz vəsaiti hesabına kasıb təbəqənin övladları üçün orta təhsilli məktəb açmışdır.

Mirzə Əli Pişnamazzadə ilk təhsilini atasından aldıqdan sonra 1907-ci ildə Gürcüstan Respublikasının Qori şəhərindəki Müəllimlər Seminariyasında rus dilində təhsil almışdır. Seminariyada oxuyarkən Mirzə Əli Pişnamazzadə ilə birlikdə Gəncənin görkəmli ailəsinin nümayəndəsi Hacı Poladzadə və dövrün bir çox görkəmli şəxslərinin övladları təhsil almışlar.

1917-ci ildə Mirzə Əli Pişnamazzadə Gəncə şəhərində Təhsil sistemində ibtidai sinif müəllimi kimi fəaliyyətə başlamışdır.

Mirzə Əli Pişnamazzadə 1922-ci ildə Azərbaycan Politexnik İnstitutunun aqronomiya fakültəsinə qəbul olunmuş və müvəffəqiyyətlə institutu bitirmişdir. 1927-ci ildə Mirzə Əli müəllim Gəncə şəhərində yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda aqronomluq fakültəsində dərs demişdir.

Mirzə Əli müəllim həmin ili 1918-20-ci illərdə Bakı şəhər Polismeystri olan və 1920-ci ildə repressiyaya məruz qalmış Rüstəm bəy Mirzəzadənin qızı Minaxanımla ailə həyatı qurmuşdur. Və bu evlilikdən Pişnamazzadə ailəsinin altı övladı olmuşdur.

1948-ci ildə Sovet bürokratiyası Mirzə Əli Pişnamazzadənin soyadının ruhani nəslə mənsubluğunu və atası Axund Məhəmməd Pişnamazzadənin Azərbaycan milli hərəkatının fəal iştirakçılarından biri olduğunu bilərəkdən kənd təsərrüfatı elmləri namizədlik dissertasiyasını müdafiə etməkdən imtina etmişdir. Çox əzablar, çətinliklərdən sonra nəhayət, 1954-cü ildə Mirzə Əli Pişnamazzadə dissertasiyasını müdafiə edərək, kənd təsərrrüfatı elmləri namizədi adına layiq görülür.

Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun bünövrəsini qoyanlardan biri olan Mirzə Əli Pişnamazzadənin 200-dən çox elmi məqalələri, 40-dan çox dərslik kitabları çap olunmuşdur.

Mirzə Əli Pişnamazzadə 1970-ci ildə doktorluq dissertasiya işini yekunlaşdırmış və İrəvan şəhərində üzdən iraq qonşularımıza öz müdafiə etdiyi elminin incəliklərini tutarlı arqumentlərlə sübut etmiş və elmi işinin tam mahiyyətini, kənd təsərrüfatı sahəsinə vacib olmasını konkret dəlillərlə isbat etmişdir. Mirzə Əli müəllimin müdafiə etdiyi mövzu isə "Şəkər çuğundurunun heyvandarlıqda yem üçün istifadəsi" işi olmuşdur.

Gəncə və Gəncəbasarda elə bir kənd təsərrüfatı işçisi, mütəxəssisi yoxdur ki, Mirzə Əli Pişnamazzadəni tanımasın. Mirzə Əli müəllim şəxsən eks prezident Heydər Əliyevin böyük qardaşı Həsən Əliyevə dərs demişdir.

Mirzə Əli müəllimin elmi işlərini və dərs vəsaitlərini nəzərə alaraq ona doktorluq dissertasiyası monoqrafiyasına görə çalışdığı institutun elmi şurası professor elmi adına layiq görmüşdür.

1971-ci ildə Mirzə Əli müəllim təqaüdə çıxmışdır. Hətta, təqaüddə olarkən institut müəllimləri ondan təhsil, elm və digər sahələr üzrə məsləhətlər və tövsiyyələr almışlar.

Mirzə Əli Axund Molla Məhəmməd oğlu Pişnamazzadə 1988-ci ilin dekabr ayının 22-də Allahın rəhmətinə qovuşmuş və Gəncənin İmamzadə qəbristanlığındakı ailə türbəsində dəfn olunmuşdur.

 

Karvansaray.

E-mail Çap PDF
 

Gəncə, (Şəhərimizə həsr olunmuş mahnı)

E-mail Çap PDF

    Sözləri   : Fəridə Əliyarbəyli

Musiqisi  : Əntiqə Əlizadə

 İfa edən : Zaur Nəğməkar

 

Heydər Əli oğlu

E-mail Çap PDF

 

Bayraqdar Qara Heydər

Qara Heydər Əli oğlu Gəncənin Şahsevənlər məhəlləsində anadan olmuşdur. Şimali Qafqaz xalqlarından biri olan əslən avar Şeyx Şamilin naibi Hacı Muradın bacısı Fatmanın nəvəsidir. Gəncə Müsəlman Milli Komitəsinin üzvü olmuşdur. 1918-ci ildə Nuru paşanın rəhbərliyi ilə Azərbaycana köməyə gələn Qafqaz Türk-İslam Ordusunun əsgəri olmuşdur. Bayraqdar Qara Heydər eyni zamanda Türk-İslam Ordusunun bayrağını Gəncədən Bakıyadək apararaq döyüşlərin içərisindən çıxarmış, Bakıda qələbə rəmzi olaraq dalğalandırmışdır. Və şərəfli tariximizdə adını "Bayraqdar Heydər" olaraq möhürləmişdir. Bayraqdar Qara Heydər 1918-ci ilin sonunda Nuru paşanın təsis etdiyi Hərbi Komendantlığın rəis müavini vəzifəsini icra etmişdir. Bayraqdar Heydər və qardaşı Abbas Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra 1920-ci ildə baş verən Gəncə Üsyanın fəal iştirakçıları olmuşlar. Böyük qardaşı Abbas üsyanda mərdliklə döyüşmüş və qəhrəmancasına həlak olmuşdur.

 

Zamana sığmayan Nizami Gəncəvi

E-mail Çap PDF

Film 2011-ci ildə hazırlanmışdır.

 

Cəfər Qəmbər oğlu Əhmədov

E-mail Çap PDF

 

Cəfər Qəmbər oğlu Əhmədov 1890-cı ildə Gəncə şəhərinin Şahsevənlər məhəlləsində anadan olmuşdur. 1905-ci ildə Gəncədə baş verən erməni-müsəlman münaqişəsində iştirak etmişdir. Gəncə Müsəlman Milli Komitəsinin üzvü olmuşdur. Cəfər Qəmbər oğlu Şərqdə ilk müsəlman-demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında şərəfli tarixə imza atan Qafqaz Türk-İslam Ordusunun əsgəri olmuşdur. 1973-cü ildə Allahın rəhmətinə qovuşmuşdur. Qəbri Gəncənin İmamzadə qəbristanlığındadır.

Əhmədov Cəfər Qəmbər oğlunun 1918-ci ildə çəkdirdiyi bu foto-şəkli Azərbaycanın foto tarixində Qafqaz Türk-İslam Ordusu əsgərinin qiyafətinin təsviri baxımından aydın bir örnəkdir. 

 

Nizami Gəncəvi 870.

E-mail Çap PDF

Dahi Azərbaycan şairi Şeyx Nizami Gəncəvinin 870 illiyi münasibətilə həyat və yaradıcılığı haqqında hazırlanan çarx.

 

Ələkbər Məmməd-Bağır oğlu Adıgözəlov

E-mail Çap PDF

 

(Ələkbər Məmməd-Bağır oğlu Adıgözəlov 1930-cu il)

Gəncənin tanınmış həkimlərindən biri Adıgözəlov Ələkbər Məmməd-Bağır oğlu 1896-cı ildə Gəncə şəhərinin Bağbanlar məhəlləsində anadan olmuşdur. Atası Məmməd-Bağır Adıgözəl oğlu Gəncənin tanınmış Tatoğulları nəslinə mənsub olub, 1905-ci ildə Gəncədə baş verən erməni-müsəlman münaqişəsi zamanı həlak olmuşdur. Anası 28 yaşlı Məsmə xanım isə təkbaşına 9 yaşlı Ələkbəri və qardaşı 4 yaşlı İsgəndəri çətinliklə də olsa ali təhsil verərək cəmiyyət üçün nüfuzlu bir şəxs yetişdirməsinə nail olmuşdur.

Ələkbər Məmməd-Bağır oğlu ilk təhsilini Gəncə Kişi Gimnaziyasında almışdır. O, 1915-ci ildə Gimnaziyanı əla qiymətlərlə bitirərək, Tibb İnstitutuna daxil olur. Ələkbər Adıgözəlov institutu yüksək səviyyədə bitirdikdən sonra, doğma şəhəri Gəncəyə qayıdır və qısa zaman ərzində burada həkimlik peşəsi ilə məşğul olmağa başlayır.

Ələkbər Adıgözəlov 1920-ci ildə Badi-Səfa xanımla ailə həyatı qurur. Və bu evlilikdən Ə.Adıgözəlovun - Rəsmiyyə (Görkəmli kinorejissor, xalq artisti, professor Eldar Quliyevin anası), Almaz və Cəmilə adlı üç qız övladı olur.

1930-cu ildən etibarən Ələkbər Məmməd-Bağır oğlu Bakı şəhərində tibb sahəsində müxtəlif yerlərdə çalışmışdır. Sonuncu iş yeri isə 1 saylı şəhər Klinik Xəstəxanasında (Semaşka) olmuşdur. Belə ki, 1937-ci ildə bir çox Azərbaycan ziyalıları kimi Ələkbər Adıgözəlovda repressiyaya məruz qalaraq 12493 nömrəli iş üzrə ona saxta cinayət işi açılmışdır. Ə.Adıgözəlov təxminən 2 il yarımlıq həbs müddətindən sonra bəraət almışdır.

Ə.Adıgözəlov demək olar ki, Böyük Vətən Müharibəsinin ilk vaxtlarından hərbi hissələrdə həkimlik vəzifəsini yerinə yetirirdi. Ə.Adıgözəlov hətta bir çox əməliyyatlarda hərbi həkim kimi ön cəbhədə iştirak etmişdir. Ələkbər Məmməd-Bağır oğlu sonuncu çəkdirdiyi foto şəklini məhz, 1942-ci ildə ön cəbhədən ailəsinə yollamışdır.

1943-cü ildə qızğın döyüşlərin birində Ələkbər Adıgözəlov həlak olmuşdur. Ölümündən sonra ailəsinə mayor Vilskiy tərəfindən göndərilən məktubda qeyd olunurdu ki, Ələkbər Adıgözəlov 29 aprel 1943-cü ildə döyüş zamanı qəhrəmancasına vəfat etmiş və Rastov şəhərindəki Kirov adına Damazlıq fabrikinin yanında dəfn olunmuşdur.

 


AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2021. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort