“Nizami Gəncəvi irsinin dünya ədəbiyyatına təsiri”
“Nizami Gəncəvi irsinin dünya ədəbiyyatına təsiri”Şərq poeziyasının ecazkar qüvvəsi, onun müdrikliyindən söz düşəndə ilk növbədə dünya şeriyyatının aytək parlayan, günəştək nur saçan dahi Azərbaycan şairi Nizami Gəncəvi göz önünə gəlir. O hələ sağlığında özünə şeirdən əbədi bir mücəssəmə qoymuşdur. Ondan sonra yazıb-yaradan böyük sənətkarların hamısı Nizamini özlərinə müəllim, ustad kimi qəbul etmişlər.
Cahan Mirbaba oğlu Ağamirov Резюме Произведение Низами “пяать поэм” являемся шедевром мировой литературы. Потому влияние Низами на мировую литературу естественно. Его гуманные мысли актуальны и сегодня. Низами Гянджеви поэт мыслитель веего человечества. Jahan Agamirov Summary İstifadə olunmuş ədəbiyyat: Gəncəbasarda Almanlar
1804-cü ildə Rus imperiyasının işğalından sonra Gəncə xanlığı ləğv edilərək bir dairə kimi imperiyanın tərkibinə ilhaq olundu. Rus işğalından sonra çar hökumətinin tələbiylə Gəncə dairəsinə müxtəlif millətlərin köçürülməsinə başlandı. 19-cu əsrin 1-ci yarısında Gəncə şəhəri və Gəncəbasar əhalisinin tərkibi müxtəlif idi. Burada yerli əhaliylə yanaşı buraya köçürülmüş ruslar, ermənilər, yəhudilər, ləzgilər və almanlar da vardır. Gəncə mahalında Alman kolonistləri əsasən Gəncə çayının sağ sahili boyunca indiki Göygöl rayonuna kimi olan ərazidə və Şəmkir rayonunda yaşamışlar. 1818-ci ildə Şəmkirə köçürülən Vürtemberq almanlarına mahalın ən məhsuldar yeri hesab olunan torpaqlar verilmişdir ki, bu torpaqların da çoxu Şəmkir sultanlarının nəslindən olan Böyük ağaya mənsub idi. Şəmkirdə məskunlaşmış almanlar Gəncə şəhərinin 20 verstliyində, Şəmkir çayının sahilində Annenfeld koloniyasını salmışdılar. Həmin illərdə Gəncəyə köçürülmüş almanların digər bir qrupuna Gəncəbasarda ən məhsuldar yer sayılan, vaxtilə Cavad xana məxsus olmuş torpaqlar verilmişdi. Onlar Gəncənin 7 verst güneyində indiki Göygöl rayonunda koloniya salmışdılar və 1819-cu ildə koloniyanı böyük knyagina Yelenanın şərəfinə Yelenendorf adlandırmışlar. Gəncə almanları 1941-ci ilə kimi bu mahalda yaşamışlar. 1897-ci il məlumatına görə Gəncə vilayətində almanların sayı 4 min nəfərə çatırdı. Almanlar əsasən üzümçülüklə məşğul olmuşlar. Gəncə üzümündən hazırlanan şərablar Almaniyaya və digər Avropa ölkələrinə satılırdı. Öz işlərinin ustası olan almanlar az müddət ərzində öz nüfuzlarını qazanaraq, böyük mənfəət qazanmışlar. Eyni zamanda almanlar özlərinə məxsus yüksək mədəniyyətlərinin Gəncəyə inteqrasiya olunmasında böyük xidmət göstərmişlər. Gəncədə texniki tərəqqinin yüksəldilməsində və əhalinin maddi mədəniyyətinin inkişafında xidmətləri əvəzolunmazdır. Elektrik dəyirmanlarının qurulması, şəhər teatrının və sinematoqrafiya binalarının inşası Gəncədə böyük bir mədəni inqilabın əsasını qoymuş və sənət adamlarının yetişməsində böyük rol oynamışdır. Yaşadıqları dövr ərzində alman kolonistləri sənaye sahəsində də böyük işlər görmüşlər. Gəncəbasarın o vaxtki tarixini səhifələsək, Forer, Hummel və Simens qardaşlarının Gəncənin iqtisadiyyatında qazandıqları nailiyyətləri görə bilərik. 1883-cü ildə Gəncədə Forer qardaşları tərəfindən ikinci Buxar dəyirmanının əsası qoyuldu. 1902-ci ildə isə Forerlərin dəyirmanında İsveç maşınları yerləşdirildi. Bu dəyirmanda üç növdə istehsal olunmuş un nəinki şəhərin özündə, eyni zamanda başqa şəhərlərdə də satılırdı. 1905-ci ildə Forer qardaşları tərəfindən yeni bir sənaye müəssisəsinin, Rektifikasiya spirti istehsal edən zavodlardan birinin əsası qoyuldu. Yelenendorf alman koloniyasında fəaliyyətə başlayan “Forer və oğlanları” şirkətinin Gəncənin də iqtisadi həyatında böyük rol oynamışdı. 1913-cü ildə qardaşlar şirkətin əsasında “Forer qardaşları” ticarət evini yaratdılar. Qardaşların təkcə Gəncə şəhərində rektifikasiya spirti zavodunun 10-a yaxın anbar və zirzəmisi, eləcədə Gəncə Dəmiryol stansiyasında Forerlərin 6 şöbədən ibarət şərab satışı zirzəmisi var idi. O dövrdə Gəncədə Zərrabi məhəlləsində XIX əsrin ortaları üçün yeganə teatr binası olan “Forer” şəhər teatrı da fəaliyyət göstərirdi. Həmin teatr hazırda C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı kimi fəaliyyət göstərir və dövlət tərəfindən qorunur. Gəncədə burjuaziya formalaşdıqca böyük nüfuz qazanmış Forer qardaşları və Hummel qardaşları yeyinti məhsulları istehsalının müxtəlif sahələrini öz əllərinə almışdılar. 19-cu əsrin əvvəllərində Gəncə qəzasına köçmüş alman kolonistlərindən olan Hummel qardaşları 1900-cü ildə Yelenendorfda “Hummel qardaşları” ticarət evində fəaliyyət göstərirmişlər. Onların Gəncəbasarda və Rusiyanın bir sıra şəhərlərində şərab-konyak istehsalı ilə məşğul olan müəssisələri və istehsal sahələri vardır. Lakin sonradan “Hummel qardaşları” ticarət evinə məxsus sənaye müəssisələri və torpaq mülkləri 1916-cı ildə yaradılmış “Zaqafqaziya şərabçılığı” səhmdar cəmiyyətinə satılmışdır. Forer və Hummel qardaşları ilə yanaşı Gəncə dairəsinin sənaye tarixində Simens qardaşlarının da böyük izləri vardır. 19-cu əsrin 50-ci illərində Simens qardaşları öz şirkətlərini yaratdılar. Simens qardaşları şirkətinin əsas sənaye müəssisələri Gədəbəy rayonunda idi. Gədəbəydə kəşf edilmiş mis filizi əsasında yaradılan Gədəbəy Mis Əritmə Zavodu sonralar Simens qardaşlarının əlinə keçmişdir. 1883-cü ildə isə Qalakənd Mis Əritmə Zavodu yaradılmışdır. Gədəbəy-Qalakənd zavodlarında istehsal olunan mis məhsulları və qızıl-gümüş Rusiya bazarlarına çıxarılırdı.
1902-1920-ci illərdə alman mexanikləri olan Zinger qardaşlarının firmasının istehsal etdiyi, o zamanın texnoloji uğurlarından olan tikiş maşınlarının Gəncədə də satış dükanı olmuşdur. Həmin dükanın yerləşdiyi binanın fasadında Zinger tikiş maşınının forması belə həkk edilmişdir. Bina sanki tikiş maşınının görkəmini xatırladır. Qeyd etmək istərdim ki, bu bina hazırda Gəncə şəhərində Cavad xan küçəsində bir iaşə obyekti kimi fəaliyyət göstərir və tarixi əsər kimi dövlət tərəfindən qorunur. 1914-cü ildə I Dünya Müharibəsi başlayanda çar Rusiyasının tələbiylə alman kolonistləri Gəncədən köçürüldü. Köçürülmə zamanı almanlar hakimiyyət tərəfindən haqsızlıqla üzləşdi. Hər alman dəbdəbəli evini 40 qızıla və adi evini 20 qızıla dəyişərək, heç nə aparmamaq şərtiylə köçməliydi. Bu haqsız qərarı yerli əhali yaxşı qarşılamır və həmin xeyir duasız evləri almaqdan imtina edirlər. Lakin şəhərin erməni əhalisi bundan sui istifadə edərək, həmin evlərə yiyələnirlər. Təəssüflər olsun ki, ermənilər XX əsrin 90-cı illərinədək həmin evlərdə yaşamışlar. Alman kolonistlərinin vaxtilə yaşadığı Gəncə şəhərində, Şəmkir və Göygöl rayonlarında inşa etdirdiyi yaşayış evləri və dini abidələri bu günümüzədək qorunub saxlanılır. Gəncədə Gəncə çayının sağ sahilində yerləşən, qotik memarlıq üslubunda tikilmiş, vaxtilə dini mərkəzləri olmuş kilsə binası, hazırda “Kukla teatrı” kimi fəaliyyət göstərir. Göygöl rayonunda almanların dini mərkəzləri olmuş, hazırda Tarix Diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərən Müqəddəs Yelena kilsəsi Göygölün tarixi rəmzinə çevrilmişdir. Şəmkir rayonunda 1900-cü ildə tikilən alman kilsəsidə bu günümüzədək öz əzəmətini saxlayır. Sonda onu qeyd etmək istərdim ki, vaxtilə Gəncədə və Gəncə bölgəsində məskunlaşmış alman kolonistləri öz tarixi izlərini, mədəniyyətlərini və hazırda mahalın tarixi incilərinə çevrilmiş, avropa üslubunda inşa edilmiş əzəmətli binalarını miras qoyub getmişlər. Biz Gəncəbasarlılar isə öz mərdliyimizə sadiq qalaraq, almanların bizə miras qoyub getdiyi mədəniyyəti və mədəni abidələri yadigar olaraq qoruyub saxlamalıyıq. Günel Məmmədova Abutalıbov Şirvani Pirqələm oğlu
Şəhidlər ölməz, Vətən bölünməz!Şirvani Pirqələm oğlu Abutalıbov 1971-ci il may ayının 21-də Qərbi Azərbaycanın Amasiya rayonunun Düz-Kənd kəndində anadan olmuşdur. 1988-ci ildə baş verən məlum hadisələrdən sonra Şirvani ailəsi ilə birlikdə Gəncə şəhərinə köçmüşdür. Şirvani orta məktəbi Goranboy rayonunun Ağamalıoğlu kəndində bitirmişdir. Ş.Abutalıbov 1992-ci ilin aprel ayından Gəncə Dəmir-Yol Stansiyasında yol montyoru işləmişdir. Sonralar Azərbaycanın Milli Ordusu sıralarına çağırılmışdır. Şivani Abutalıbov 1992-ci il sentyabr ayının 16-da Füzuli rayonu Xaçaqedi kəndi ətrafında gedən qızğın döyüşlərin birində şəhid olmuşdur. Gəncə şəhər "Şəhidlər Xiyabanı"nda dəfn olunub. Subay idi. Valideynləri ilə birlikdə Gəncə şəhəri, Tbilisi küçəsindəki 5 N-li evdə yaşayırdı. Vaqif Vahid oğlu Əliyev
Şəhidi yoxdursa, şəhiddir Vətən!Qarabağ uğrunda gedən döyüşlərdə həlak olub, şəhidlik zirvəsinə ucalan döyüşçülərimizdən biri də Vaqif Əliyevdi. Vaqif Vahid oğlu Əliyev 1978-ci ildə Tərtər rayonunda anadan olub, sonradan ailəsi ilə birgə Gəncə şəhərinə köçübdür. 1985-ci ildə Gəncə şəhər 25 saylı orta məktəbin 1-ci sinifinə daxil olub, 5-ci sinfə qədər həmin məktəbdə oxuyub, sonradan 1989-cu ildən təhsilini Gəncə şəhəri 12 saylı orta məktəbdə davam etdirib. Hamımıza bəllidir ki, həmin il və ondan sonrakı illər vətənimizin ağır sınaq illəri olub. Cəbhədə qanlı döyüşlər gedirdi və hər an qara xəbərlər gəlirdi. Vətəninin bu məşəqqətli günləri Vaqifi də rahat buraxmırdı. Onun arzusu vuruşan qeyrətli oğullarımızın arasında olmaq, doğma Vətəni üçün əlindən gələni əsirgəməmək idi. 14 yaşında, orta məktəbi bitirməmiş, Vaqif cəbhəyə getmək fikrinə düşür. Dəfələrlə hərbi hissələrə yollansa da azyaşlı olduğu üçün onu geri qaytarırlar. Lakin Vaqifin inadkarlığı, vətənpərvərliyi və torpağına bağlılığı öz bəhrəsini verir. Vaqif hərbi hissəyə yazılaraq və könüllü cəbhəyə yollanır. Vaqifin döyüş yolu Ağdam bölgəsindən başlayıb. Lakin Vaqifin cəbhə yolu qısa olub. Ağır döyüşlərin birində amansız düşmənin atdığı mərmi Vaqifi ölümcül yaralayıb və həmin döyüş onun son döyüşü olub. 1993-cü ildə Vaqif gözlərini əbədi yumaraq 15 yaşında Vətən uğrunda həlak olub və şəhidlik zirvəsinə ucalıb. Allah rəhmət eləsin. Yeganə təsəllimiz odur ki, Vaqifin adı əbədiləşdirilib, oxuduğu Gəncə şəhər 12 saylı orta məktəb onun adını daşıyır. Məktəbin qarşısında qoyulmuş büstü sanki hər bir müəllimi və şagirdi məğrur baxışlarla salamlayır, hər kəsi Vətənini sevməyə və düşməndən azad etməyə çağırır. Qoy, Vaqifin qısa və şərəfli yolu bütün gənclərə örnək və bir məktəb olsun! Difai Hamisi.
"Difai Hamisi" sənədli-bədii, tarixi-araşdırma filmində XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatında mühüm qərarlara imza atmış, tanınmış ruhani və din xadimi, "Difai" Partiyasının Gəncə şöbəsinin sədri, xeyriyyəçi - Şeyxülislam Axund Molla Məhəmməd ağa Pişnamazzadənin keçdiyi şərəfli həyat və yaradıcılıq yolundan bəhs edilir. Filmdə Gəncə Dövlət Dram Teatrının aktyorları iştirak etmişlər. Filmin müəllifi Ayaz Əbülfəzoğlu, rejissoru Çinarə Hüseynzadə, elmi məsləhətçiləri Vüqar Həsənbəyli və Elnur Pişnamazzadə, quruluşçu operatoru Fuad Qulizadə, montajçı, dizayner isə Məhəmməd Hətəmli və Azər Nofəloğludur. Film 2011-ci ildə Kəpəz TV-nin Sənədli-Filmlər redaksiyasında hazırlanmışdır. Maşallah Abbasəli oğlu Məmmədov
Şəhidlərini unudan millət məhvə məhkumdur!“-Bağışlayın, bağışlayın məni! Bağışlayın cəbhə dostlarım. Söz vermişdim ki, qospitaldan yanınıza qayıdacağam. Sözümə xilaf çıxdım. Qayıda bilmədim. Vallah əcəl imkan vermədi... Yoxsa...Bağışlayın məni, bağışlayın cəbhə dostlarım!..” Maşallah Abbasəli oğlu Məmmədov 1974-cü ildə Gəncə şəhərində anadan olub. 27 saylı orta məktəbi bitirdikdən sonra, 1993-cü ildə hərbi xidmətə çağırılıb. Lakin Maşallah atası ilə birlikdə Biləcəri çağırış məntəqəsinə gedərkən Qazıməmməd yolunda avtomobil qəzasına düşüblər. Atası həlak olub, özü isə ağır xəsarət alıb. Bir müddət müalicə olunduqdan sonra həmin ilin iyul ayında Azərbaycan Milli Ordusunda həqiqi hərbi xidmətə başlayıb. 1994-cü il yanvarın 28-də Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən qızğın döyüşdə düşmən səngərinə daxil olarkən aldığı ağır yaradan qospitala göndərilən rəşadətli döyüşçü, dostlarına qayıdacağını vəd etsə də, ilk dəfə idi ki, vədinə xilaf çıxdı. Məmmədov Maşallah Abbasəli oğlu ölümündən sonra, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 24 iyun tarixli 859 nömrəli Sərəncamı ilə “AZƏRBAYCAN BAYRAĞI” ordeni ilə təltif edilmişdir. Bölük komandiri M.İ.Bəbirovun imzaladığı xidməti xasiyyətnamədən: Sıravi Məmmədov M. A. 1993-cü ilin iyulundan bizim taborun əsgəri idi. Fiziki cəhətdən müəyyən qüsuru olmasına baxmayaraq, qeyrətinə güvənən igid lazımi distansiyaları keçərək xüsusi təyinatlı hissədə xidmət etmək istəyi ilə bizim tabora gəlmişdi. Elə ilk günlərdən fədakarlığı, işbilənliyi bütün əsgər yoldaşlarına örnək idi. Döyüş bölgəsinə gəldiyimiz vaxtdan sıravi Məmmədov cəsur hücumçu, sərrast döyüşçü idi. Hamı ona oxşamağa, ondan öyrənməyə çalışırdı. Təxminən otuza yaxın döyüşdə iştirak etmişdi. Və hər dəfə də Maşallahın olduğu qrup ağılasığmaz manevrləri, taktiki gedişləri ilə hamını mat qoyurdu-cəsarətlə döyüşür, sarsıdıcı zərbələr endirirdilər. Döyüşdən qayıdanda əsgər yoldaşları fəxrlə ondan danışır, sərrast atəşlərlə neçə düşmən öldürdüyünü sadalayırdılar. Qranatomyotçu olsa da, hücumda rabitəni də özü götürür, lazım olanda başqa silahlarla da düşmənin başına od ələyir, hamıdan qabaq düşmən səngərinə girməyə tələsirdi və həmişə uğurla geri dönən Maşallah ona verilmiş adı bir daha doğrultduğunu qeyd edirdi. Dəfələrlə güllə yağışı altından yaralı daşımış, dəfələrlə dəqiq atəşi ilə yoldaşlarını xilas etmişdi. Belə uğurlu xidmətinə görə Taborun igid əsgər komandirləri tərəfindən təşəkkürnamələrə və fəxri fərmanlara layiq görülmüşdü. Son döyüşdə - 28 yanvar 1994-cü ildə Qaraxanbəyli kəndi uğrunda gedən döyüşdə düşmən səngərinə girərkən aldığı ağır yaradan qospitala göndərilən rəşadətli döyüşçü dostlarına qayıdacağını vəd elədi və xidmət etdiyi dövrdə birinci dəfə yanıldı... O, nümunəvi qiymətlərlə bitirdiyi 27 №-li orta məktəbin ilk şəhidi oldu. Taborumuz ən ləyaqətli döyüşçülərindən birini itirdi... Hərbi hissə komandanlığı hələ qeyd eləmədiyim çox çox qəhrəmanlıqlarına görə ölümündən sonra sıravi Məmmədov Maşallah Abbasəli oğluna ”Azərbaycan bayrağı” ordeni təqdim edib. Əsgər yoldaşlarının tələbinə əsasən Tabor komandanlığı Gəncə şəhər İcra Hakimiyyəti başçısından israrla xahiş edir; igid əsgər Vətənin ən yüksək mükafatına layiq olduğuna görə, həmyerliləri üçün tarix boyu bir qəhrəmanlıq nümunəsi olacağına görə və döyüş dostları üçün bir and, ziyarət yeri olacağına görə, ölməz döyüşçümüzün adının doğulub böyüdüyü Gəncə şəhərində əbədiləşdirilməsi üçün onun adının küçə, tərbiyə və təhsil müəssisələrindən birinə verilməsini vacib bir məsələ kimi həll edəsiniz! Biz Vətənin azadlığı uğrunda qəhrəmancasına həlak olmuş müqəddəs şəhidlərimizin ruhu qarşısında baş əyirik. N saylı h/h-nin II Taborunun III bölüyünün komandiri:Bəbirov M.İ. 17.04.94. Mehman Ələkbər oğlu Ələkbərov
MEHMAN ƏLƏKBƏROV KİM OLUB?(Arxiv materiallardan səhifələr).
“Sizi əmin edirəm ki, bütün qüvvəmi Azərbaycanın azadlığı, torpaqlarımızın qorunması uğrunda mübarizəyə sərf edəcəyəm.”Mehman Ələkbər oğlu Ələkbərov 1957-cı ildə Gəncə şəhərində anadan olub. M.Ələkbərov H.Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitutunun Tarix fakültəsini bitirib. Əvvəl Şamaxıda məktəb direktorunun müavini, sonra isə Gəncədə 1 saylı internat məktəbində və 36 saylı orta məktəbdə müəllim işləyib. 1990-cı ilin yanvar ayında Todan, Sarısu, Çaykənd kəndlərinə erməni quldurları ilə şiddətli döyüşlər gedən vaxt Mehman Əlkbərov özünün yaxın silahdaşları ilə birlikdə həmin kəndlərin müdafiəsində iştirak edib. Yaxın dostlarının həlakına və erməni qəsbkarlarının azğınlığına dözə bilməyən Mehmanın vuruşmaq əzmi daha da güclənib və Gəncə batalyonunun yaradılmasına nail olub. O, öz batalyonu ilə birgə Tərtərin, Ağdərənin, Goranboyun, Xanların (Göygöl) kəndlərinin müdafiəsində iştirak edib və şərəfli döyüş yolu keçib. M.Ələkbərovun qəhrəmanlığı sayəsində Həsənqaya adlı ərazidə, Gəncə batalyonu yüksək döyüş nümayiş etdirərək erməni silahlılarının əfsanəvi "Arabo" batalyonunun 170-dən çox canlı qüvvəsini məhv edib. O dövrdə Ermənistanda bu hadisə ilə bağlı 3 günlük matəm elan olunub və həmin əməliyyatdan sonra əks tərəfin komandanlığı Mehmanın başına 6 milyon məbləğində pul da qoyub. Amma təəssüf verici haldır ki, bizim tərəfin Mehmana verməli olan polkovnik rütbəsi bu günə qədər də sahibinə çatdırılmayıb. Bütün bunlara baxmayaraq, Mehman öz batalyonu ilə Ağdərənin Kasaped, Drambun, Aterk kəndləri ilə yanaşı, Şuşa, Laçın, Füzuli bölgələrindəki döyüşlərdə də iştirak edib. Bu döyüşlərdə Mehman üzərində 28 yara almasına baxmayaraq sarsılmayıb və həmişə özünü yeni vuruşlara hazırlayıbdır. Lakin 2-ci Marquşavan döyüşü uğursuzluqla nəticələnir, bunun səbəbi isə Mehmanın həmin döyüşdən yayındırılması olub. Lakin...1993-cü il iyun ayının 4-də, Gəncədə 709 saylı hərbi hissə dövlət qoşunları tərəfindən mühasirəyə alınarkən Mehman Ələkbərov qardaş qırğınının qarşısını almaq məqsədi ilə əlində ağ bayraq onlara tərəf gedib və silahları endirməyə çağırıb. Ancaq Mehmanın bu çağırışı onu ölümün girdabına itələyib, Mehmanın çağırışına güllə ilə cavab verən “qardaşlar ” onu amansızlıqla güllələyiblər. Sapı özümüzdən olan baltaların 18 gülləsiylə igid komandir 36 yaşında yerindəcə həlak olub. Mehman Ələkbərovun qeyd etdiyi dəftərçədən məlumatlar: -Mən 1992-ci il mart ayının 1-dən Birinci Gəncə Özünümüdafiə batalyonuna kəşfiyyat tağımının komandiri kimi getmişəm. Dörd gün sonra ilk kəşfiyyat əməliyyatını keçirmişəm. Nəticədə düşmənin 10 gizli məntəqəsi aşkarlanmış və iki quldur məhv edilmişdir. 18 martdan 29 martadək Qırmızıkənd və Üçüncü sovxoza tərəf hərəkət etmişik. 21 martda sursat üçün Gəncəyə qayıdarkən Kəpəz Hərbi Komissarlığı və Gəncədəki Fövqəladə Komitə batalyonda möhkəm nizam-intizam yaratmaq üçün mənə batalyon komandirinin müavini vəzifəsini təklif etdilər. Müdafiə Nazirliyi onu təsdiq etdi. 26 martda Tərtərdə olan dəyişikliklər zamanı məni müvəqqəti olaraq həmin bölgədəki “N” saylı hərbi hissəsinin qərargah rəisi təyin etdilər. Mən eyni zamanda Tərtərin hərbi komendantı, qərargah rəisi və batalyon komandiri vəzifəsini icra edirdim. 9 apreldə bizə komandir göndərdilər. Lakin əsgərlər onu qəbul etmədi. 10 apreldə Marquşevan uğrunda döyüşlərə atıldıq. İki düşmən PDM-ni məhv etdik, bir əl pulemyotu qənimət götürdük. İki əsgər və bir zabitimiz qəhrəmancasına şəhid olsa da, düşmənə canlı qüvvə sarıdan xeyli itki verdik. Mən sol budumdan ağır yaralandım. Bərdə rayon xəstəxanasında müalicə olundum. Həmin vaxt bizimkilər ermənilərin güclü müqaviməti ilə qarşılaşmışdılar. 11 mayda mənə həvalə olunmuş texnikanı gətirmək işi ilə məşğul olduğum üçün ikinci döyüşdə iştirak etmədim. İkinci döyüşdə Marquşevana hücum baş tutmamış və külli miqdarda itki verən qoşunlarımız geri çəkilməli olmuşdular. Bizim batalyonda səkkiz nəfər şəhid olmuş, iyirmi dörd nəfər yaralanmışdı. Az sonra mən 25 nəfərlə Dozuların geri qaytarılması əməliyyatında iştirak etdim. İyun ayında qərargah rəisi polkovnik-leytenant Şikar Şikarovla Torpaqtəpə əməliyyatını hazırlamağa başladıq. Əməliyyat uğurlu keçsə də bu zaman minamyot atəşinə düşdük və Şikarovu itirdik. Gözümdən və sinəmdən qəlpə yarası aldım. Bu döyüş zamanı bizə veriləcək əlavə qüvvə və texnika da döyüş meydanına gəlib çıxmadı. Torpaqtəpəni Şikarovsuz tutduq. İki dəfə Çaylı əməliyyatı baş tutmadı. Üçüncü dəfə isə hücuma hazırlaşan qüvvələr günortayadək hücum etmədi. Mən məcbur olub texnikasız hücuma keçmək haqqında öz batalyonuma əmr verdim və irəli yeridik. Yuxarı və Aşağı Çaylını biz tutandan sonra yerdə qalan qüvvələr hücuma keçdilər. Ümumi hücumla Həsənqayanı da düşməndən təmizlədik. Ertəsi gün Qnep düşməndən azad edildi. Bir nəfər əsgərimiz şəhid oldu. Leninavanı azad etdikdən sonra yolları minadan təmizlədik. 50-dən artıq tank əleyhinə minanı zərərsizləşdirdik. İyunun ortalarında düşmən Həsənqayaya üç dəfə hücum etsə də, hər dəfə geri oturuldu. İyunun axırında polkovnik Abramyanın batalyonunu Həsənqaya ilə Çabrat arasında mühasirəyə alıb məhv etdik. Tərtər, Bakı, Xanlar (Göygöl) və polis batalyonları da bizə köməyə gəlmişdilər. 84 nəfər quldur məhv edilmiş, 15 ədəd avtomat, 1 ədəd pulemyot, 56 ədəd bir dəfə istifadə edilən qranatomyot (Muxa) qənimət götürülmüşdü. Sonra üçüncü Sovxoza, Cabrat və Ağdərəyə hücum təşkil edildi. 3-4 iyulda biz Ağdərə və Drambona qədər ərazini düşməndən təmizlədik. Ağdərə döyüşündə sağ çiynimdən də ağır yaralandım. Biz düşmənin 4 topunu da ələ keçirmişdik... Azərbaycan Respublikası Müdafiə Nazirinə Mehman Ələkbərovun 21 aprel 1992-ci ildə yazdığı təqrirdən: Yazıb Sizə bildirirəm ki, silahların qeydiyyatı və paylanması işi çox pis vəziyyətdə olduğu üçün yeni qeydiyyat kitabı açdım və yoxlama zamanı aydın oldu ki, 25 avtomat və 2 ədəd tapança çatışmır. Mən Gəncədən xüsusi yoxlama komissiyası tələb etdim. Batalyonda külli miqdarda yeyinti halları da olduğu aşkara çıxdı. Məlum oldu ki, 392 əsgər adı ilə gətirilən ərzaq və sursat müxtəlif gizli əllərdə satılıb-yeyilirmiş. Halbuki batalyonda yüzdən artıq əsgər yox idi. Sonra “Qurtuluş”u bizim batalyona qarşı qoydular. Əgər qəti tədbir görməsəydik qardaş qanı töküləcəkdi. Gördüyümüz tədbirlər nəinki qarşıdurmanı aradan qaldırdı, həm də batalyonları daha da yaxınlaşdırdı. Sonra biz Şahinlə birlikdə oğurlanmış silahların axtarılmasına başladıq. Nəticədə dörd silah oğurlayan tutulub əvvəlcə Gəncə şəhər Kəpəz rayon DİŞ-nin əməkdaşları tərəfindən dindirildi. Sonra isə Tərtər şəhər DİŞ-nin sərəncamına göndərildi. Dörd ədəd avtomat silah hissəyə qaytarıldı. Hazırda mafiyaçı qrupların əlində oğurluq silahlar çoxdur. Onlar da gecələr talançı və hərbi hissələrə basqınçılıqla məşğuldurlar. Sizin əraziyə gəlişiniz zamanı baş vermiş faciəli hadisənin özünüz şahidi oldunuz. Qruplaşmış silahlı bandalarla yalnız ordunun gücü ilə mübarizə aparmaq olar. Sizi əmin edirəm ki, bütün qüvvəmi Azərbaycanın azadlığı, torpaqlarımızın qorunması uğrunda mübarizəyə sərf edəcəyəm... Lakin Mehman bütün qüvvəsini Vətən uğrunda sərf edə bilmədi. Namərd qardaş gülləsi onun döyüş yolunu yarı yolda kəsdi. Mehman Qarabağda yox, erməni gülləsiylə yox, öz sevdiyi şəhərində, “qardaş” gülləsiylə şəhid oldu. ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN, RUHUN ŞAD, YERİN BEHİŞT OLSUN, ƏZİZ KOMANDİR! Rüstəmov Siyavuş Qiyas oğlu
Siyavuş Qiyas oğlu Rüstəmov 1973-cü il avqust ayının 11-də Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Orta təhsilli idi. 1990-cı ilin fevral ayında Gəncə şəhər Dəmir Yol Stansiyasında işə qəbul olunmuşdur. Stansiyada fəhlə işləyirdi. Azərbaycan Milli Ordu sıralarında olmuşdur. 1993-cü il dekabr ayının 14-də Füzuli rayonunun Bala-Bəhmənlı kəndində gedən qızğın döyüşlərin birində şəhid olmuşdur. Gəncə şəhər "Şəhidlər Xiyabanı"nda dəfn edilmişdir. Subay idi. Valideynləri ilə birlikdə Gəncə şəhəri, Sədi küçəsində 36 N-li evin 24-cü mənzilində yaşayırdı. |
|