• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt
Ana səhifə

Gəncənin Tuyuqçu məhəlləsi

E-mail Çap PDF

 

Gəncənin yeni yerdə salınması zamanı qədim şəhərdən bir neçə ailənin yenidən bir yerdə məhəllə salıb birgə yaşaması təbii idi. Çox güman ki, bu məhəllələrdən biri bu gün “Toyuqçu” adlandırdığımız məhəllə idi. Məhəllə haqqında danışmazdan öncə onun əsl adının doğruluğunu aydınlaşdıraq. 

Təbiidir ki, toyuq saxlamaq hər bir məhəllədə mövcuddur. Bu işə görə məhəllənin belə adlanması inandırıcı görünmür. Bizim apardığımız tədqiqatlara əsasən deyə bilərik ki, qədim zamanlardan keçən əsrədək “Türküstanda, türk dövlətlərində böyük bir payaya bağlanmış qotaz şəklində müxtəlif rəngli (ağ, qara, mixəyi, sarı və s.) at quyruğu tükündən hörülməmiş (dağınıq) saçaqlı qotaza tuğ” deyilərdi. Tuğu gəzdirən əsgər isə “tuğçu” idi. Sultan Səncər ibn Məlik şah (1118-1157) Osman qaziyə hədiyyə göndərdiyi tuğ da bu qəbildən idi. Tuğ günümüzdə böyük rütbə sahiblərinə verilirdi. (Osmanlı tarixi 1328 h/q. İstanbul), (Tuğ-bayraq, dövlət bayrağıdır), (Faruq Sümər, Oğuzlar kitabı).                  

Tuğu sərkərdə qoruyardı, müharibələrdə, hərbi bayramlarda tuğçu onu əlində yelləyir və hərbi musiqi sədaları altında onu havada oynadardı. Çox güman ki, döyüşdə qəhrəmanlıq göstərmiş əsgərlərdən biri “tuğçu” məhz, bu məhəllədə yaşamışdır. Elə onun şərəfinə də bu məhəllə “tuğçu” adlanmışdır. Əlimizdə olan 1913-cü ildə verilmiş bir sənəddə həmin məhəllə rus dilində “Tavuqçi” kimi qeyd olunub. Dilçilik elminin qanunlarında tuğçu tuyuqçu-toyuqçu şəklində düşə bilər.                                                                                                                

Gəncənin Tuyuqçu məhəlləsi Nizami küçəsinin Ordubadi küçəsi ilə kəsişdiyi ərazidən sola doğru, Qəmbər Hüseynli küçəsi ilə Hacı Əli Hüseynzadə küçəsinin VI dalanı daxil olan hissələrdə yerləşir. Məhəllə quzeydən “Su tökülən”, gün çıxandan “Səfərabad”, “Dəmirçilər”, güneydən “Qaramanlı”, gün batandan isə “Şahsevənlər” məhəllələri ilə dövrələnib. 1804-cü ilin may ayında məhəllədə 43 ev olub. Bu evlərdə 134 nəfər şəxs yaşayıb. 1916-cı ilin məlumatlarına görə, məhəllədə 960 ailə yaşayıb. XIX əsrin əvvəllərində məhəllənin yüz başısı Paşa İsa oğlu olmuşdur. Zeynalabdin Məşədi Məmməd oğlu, Rüstəm ağa Cəfər oğlu, Cəlil Hacı Məmməd oğlu, Məmməd Əli Məşədi Əsgər oğlu, Haqverdi Məşədi Cabbar oğlu, Hacı İsa Hacı Şeyx Həsən oğlu bu məhəllənin sayılan-seçilən ağsaqqalları olublar.                                       

Məhəllənin ərazisində 1885-ci ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına “Haxlı” məhəlləsinin sakini olmuş usta Cavad Məhəmməd oğlu və Behbud adlı şəxs “Aleksandr Nevski” adına rus pravoslav kilsəsini tikmişdir.                                                      

Tuyuqçu məhəlləsində XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycandan kənarda da tanınan mücdəhid Hacı Mir Bağır ağa (1855-1920) yaşamışdır. Gəncə üsyanı yatırıldıqdan sonra şəhərdə ciddi axtarış və həbslər başlayır. Camaat evindən bayıra çıxa bilməyirdi. Hacı Mir Bağır ağa günorta Zöhr namazı vaxtı evinin damına çıxıb azan verir. Məhəllənin sakinlərini namaza dəvət edir. Bu zaman şəhərdə gəzən silahlı patrul yanındakı erməni dilmanca bu qocanın evin üstə çıxıb bağırmasının səbəbini soruşur. Dilmanc erməni seyidin xalqı ibadətə dəvət etdiyini bildiyi halda, patrula bildirir ki, bu qoca əhalini üsyan edib rusları qırmağa çağırır. Bu fitnəyə inanan rus kazakı seyidi yerindəcə güllələyir. Hacı Mir Bağır ağanı məhəllə qəbristanlığında dəfn edirlər. Türbəsi hal-hazırda yol kənarında durur.                                                                       

Məhəllədə üstü günbəzsiz məscid 1915-ci ildə məhəllə sakinlərinin vəsaiti hesabına və zəhməti ilə tikilib. Məscid hal-hazırda kitabxana kimi fəaliyyət göstərir. Məscidin axundu Hacı Yaqub Baratzadə olmuşdur. Onun məhəllədə yerləşən iki mərtəbəli evi şəhərin ən yaraşıqlı mülkü hesab olunur. Məhəllədən həmçinin Cavad xan kəhrizi də keçirmiş. 1912-ci ildə bu məhəllədə Əsgər ağa Adıgözəlovun şəxsi hesabına açdığı qız məktəbi də fəaliyyət göstərib.                                                                                                                                                            

Bu məhəllədə tanınmış şəxslərdən biri də Abuzər bəy İrzayev olmuşdur. O, 30 iyun 1906-cı ildə yaradılmış Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin Nəzarət-Təftiş Komissiyasının üzvü olmaqla bərabər, ayda 5 manat ödəməklə cəmiyyətin həqiqi üzvü idi. Elmi sevən, maarifpərvər Abuzər bəy İrzayevin “Dəmirçilər” məhəlləsində elektrik dəyirmanı, əkin yerləri olmuşdur. Abuzər bəy İrzayevin 2 mərtəbəli evi ADAU-nun kitabxanası kimi fəaliyyət göstərir.     

“Mülkədarlı”lar basalağı                                                                                                                                                      

“Tuyuqçu” məhəlləsində yerləşən “Mülkədarlı” basalağı Hacı Əli Hüseynzadə küçəsi və bu küçənin VI-dölməsini əhatə edir. Adından göründüyü kimi, bu məhəllədə Gəncənin tanınmış mülkədarlılarından Hacı Ağa Əli Hacı Rza oğlu XIX əsrin ortalarında şəhərin ən zəngin şəxslərindən biri olmuşdur. Onun şəxsi dəyirmanı, əkin yerləri, mal-qarası və s. əmlak və mülkləri olmuşdur. Oğlu Hacı Usub (1886-1933) da xeyirxahlığı ilə Gəncədə ad qazanmışdır. İndiki Qəmbər Hüseynli küçəsində yerləşən evinin həyətində ev xidmətçiləri üçün ayrıca yaşayış evləri tikdirmişdir. Ev qulluqçularının əksəriyyəti isə İrandan gəlmələr olmuşdur. Səbəb kimi deyərmiş ki, qəribdirlər, bir parça çörəyə gəliblər və bizlər onlara kömək etməliyik. Vaxtilə onun xidmətçisi olmuş iranlılardan ikisi 90-cı ilin əvvəllərində Gəncəyə gəlib onun qəbrini ziyarət etmiş və Hacının xeyirxahlığından danışarmışlar. İranlı ağsaqqallardan birisi söyləyirdi ki, qonşuda bir kasıb Hacının qapısına gəlib deyir ki, qonaqlığa gedirəm, Hacı mənə bir at ver, axşama qaytararam. Hacı Usub qulluqçularına qonşuya bir yaxşı minik atı verməsini tapşırır. Qonşu qonaqlığa gedir, axşam atı Hacıya qaytarmaq istəyərkən, qulluqçu deyir ki, Hacı o atı sənə bağışladı, mən geri ala bilmərəm, Hacının tapşırığıdır. Mərhumun Atatürk prospektindəki tikdirdiyi 245 №-li iki mərtəbəli evi hazırda da qalmaqdadır. Göy-göl rayonunda iki mərtəbəli “Göy-göl” pioner düşərgəsi Hacının yay istirahət evi olmuşdur. Onun Qəmbər Hüseynli küçəsindəki evi bolşeviklər tərəfindən müsadirə olunub, Yanğından Mühafizə İdarəsi, Kirovabad şəhər Kənd Təsərrüfatı Texnikumu, 50-ci illərdə bu günə qədər isə uşaq bağçası kimi fəaliyyət göstərir.                          

Mərhum Hacı Usub Hacı Ağa Əli oğlu 1933-cü ildə 47 yaşında Gəncədə vəfat edib. “Mülkədarlı”da XIX əsrin sonu XX əsrin əvvəllərində Hacı Tutu və Hacı Xanım bacıları da yaşamışdır. Mülkləri Hacı Əli Hüseynzadə küçəsi I-dölmədə yerləşir.                                

“Mülkədarlı”da İdris və İlyas Məlikov qardaşlarının atası Məmməd Cəfər bəy (əslən Hacı Məliklidəndir) keçən əsrdə məhəllədə varlı və hörmətli bir şəxs olmuşdur. İdris Məmməd Cəfər oğlu (1890-1978) 1923-cü ildə Gəncə şəhər Bankının müdiri olmuşdur. 1930-cu ildə mülkədarlara qarşı repressiya başlayanda Türkiyəyə mühacirət edir. 1970-ci ildə isə vətənə qayıdır. 1918-ci ildə 88 yaşında Gəncədə vəfat etmişdir.          

“Mülkədarlı”da həmçinin zəmanəsinin tanınmış şəxslərindən biri də Xosrov bəy və Cahangir bəy Böyük bəy oğlanları olmuşdur.

Hamlet Əli oğlu Allahverdiyev

 

Milli Liderlər

E-mail Çap PDF

Gəncənin Səbiskar qəbristanlığındakı "Milli Liderlər"imizin xatirə büstləri 

 

    

 

Büstlər Hacı Adil Məşədi Polad oğlunun şəxsi təşəbbüsü ilə ucalmışdır (28 may 2011-ci il).

Allah ondan razı olsun! 

 

Hacı Qayıb Ocağı

E-mail Çap PDF

 

Bu ocaq Azərbaycanın dilbər güşələrindən biri olan Müqəddəs İmam Hüseyn şəhəri Qədim Gəncədə, hazırki Bağbanlar küçəsi I dölmə ev 17-də yaşayan Qasımov Valeh Mehdi oğlunun həyətində yerləşir. Ev sahibi ilə görüşümdə “HACI QAYIB” ocağı haqqında ilkin məlumatları aldım. Yaddaşlarda qaldığı qədəri ilə ocağın yaranması haqqında belə deyilir: ”XIX əsrdə Gəncə şəhərinin Bağmanlar adlanan yerində yaşayan çox hörmətli Hacı Qayıb kişi vəfat edir. Onun yaxın qohum-qonşuları İslam adət ənənələrinə uyğun olaraq mərhumu qüsullandırıb, kəfənləyirlər. Cənazə namazı qılınması üçün tabut, ağac altına qoyulur. Cənazə namazı qılındıqdan sonra mərhumu son mənzilə yola salmaq üçün tabutu kəcabəyə qoyub yerdən qaldıranda, tabutun yüngül olduğunu hiss edirlər. Bu zaman vidalaşmağa gələn insanlar gözlərinə inana bilmirlər, onlar dəhşətli bir möcüzənin şahidi olurlar. Kəfənlənmiş Hacı Qayıb qeyb olub, tabutun altındakı torpaq isə bir qarış enində yarılıb. Dəhşətə gələn insanlar o gündən görüb şahidi olduqları bu hadisənin baş verdiyi ərazini ziyarətgaha çevirirlər. Ev sahibinin vəfatından sonra bu həyət evini Qasımovlar ailəsi alaraq orada yaşamağa başlayır. Bu ailəyə gəlin gələn Qasımova Aliya Məşədi Məhəmmədəli qızı (1931-2000) burada yaşadığı müddətdə bu müqəddəs ziyarətgahla bağlı bir sıra heyrətamiz möcüzələrin şahidi olub. Mərhum Aliya Məhəmmədəli qızının şahidi olduğu hadisələri övladları qələmə aldıqları kiçik bir dəftərçədə belə yazırlar.:” Ocaq illərdir ki, insanlar tərəfindən ziyarət olunur. Ocaqla bağlı möcüzələr çoxdur. Lakin, yaddaşlarda qaldığı qədəriylə unudulmaması üçün tək-tək hadisələr dəftərçədə qed olunur. Bu mübarək ocağın ətrafında baş verən hər bir hadisə insanlar tərəfindən möcüzə kimi qarşılanır. “Kəsilmiş çinar ağacının birləşməsi”, ”Ocaqda yaşayan ilan”, ”Ev sahibinin çin çıxan yuxuları”, ”Əncir ağacının iniltisi”, ”Uşağın qurtulması ”, “Gecələr qeyibdən yanan şam”, ” Seyidə gəlinin vəfatı ”. Yuxarıda adlarını qeyd etdiyim möcüzələrdən olan “Seyidə gəlinin vəfatı”nı və s. bu ocaq ətrafında baş verən digər möcüzələri qədirbilən oxucularımızın nəzər-diqqətinə çatdırmağı özümə borc bildim.”...

SEYİDƏ GƏLİNİN VƏFATI

Bu hadisə 1994-cü ildə baş vermişdir. Ocaq sahibinin gəlini ağır günlər yaşayır. Onun sağalması üçün Azərbaycanın paytaxtı Bakı şəhərinə aparırlar. Bakıda 7 gün qaldıqdan sonra xəstə yaxınları xoş xəbər gözləyir, hər kəs dualar edir. Seyidə gəlin də əllərini göyə açıb, Ulu Yaradandan bu cür dilək diləyir:”- Ay Allah, Sən özün kömək ol mənə, ey məhləmizdəki HACI QAYIB ocağı, sən mənə nəsib et ki, sağ-salamat ziyarətinə gəlim.” Lakin, bir neçə gün keçdi. Bakıdan zəng gəlir. Hər kəs xoş xəbər gözləyir, nəfəslər durur, sanki həyat bir anlıq dayanır. Telefonun zəngilə həyətdə inilti qopur. Zəngi durmadan çalan telefonun dəstəyini götürdülər. Həyətdə elə bil kimdirsə dərin ah çəkib, bağırırdı. Qonşular bu iniltinin səsinə qaçaraq gəlirlər. Hər kəs elə başa düşür ki, Seyidə gəlin vəfat edib. Öz-özlərinə düşünürlər ki, bəlkə yaxınlarıdı bu cür yanıqlı ah çəkib ağlayan. Gələndə gözlərinə inana bilmirlər:- Ağlayan, adam yox, əncir ağacıdır. İnilti iniltiyə qarışdı. Elə bu an hər kəsi öz iniltisi ilə ətrafına toplayan Ocaq yanındakı, kəsilməsi mümkün olmayan qocaman əncir ağacı inildiyərək kitab kimi tən ortadan ikiyə ayrıldı. Telefonda zəng edən Seyidə gəlinin yoldaşı idi. Boğunuq səslə ağlaya-ağlaya zorla da olsa, dili gəlməsə də bu cür səsləndi: -“ Evi hazırlayın, mağarı qurun, Seyidə vəfat etdi.” Onun ölümünə yaxınları kimi “HACI QAYIB”ocağı ətrafında yerləşən ağaclar da ah çəkdi. Bəlkə də Seyidənin bu nakam həyatına, sonuna çatmadığı diləklərə ocaq da şahid idi. Seyidənin tək diləyi bu ziyarətgahın ziyarətinə gəlməsi idi. Amma yox, Seyidə cismən gəlməsə də, ruhu gəldi ziyarətə. O gün yaddaşlara həkk olundu. Ocaq və onun ətrafında baş verən bu möcüzə şahidi olan insanları heyrətə saldı. Necə oldu ki, Seyidə əbədiyyətə qovuşduğu an Ocağı öz qol-budaqları ilə əhatə edən əncir ağacı inilti ilə iki yerə bölündü. Bu hər kəs kimi mənim də beynimdə sual olaraq qalır. Bu ürək ağrısı ilə qələmə aldığım hadisə hələ də yaddaşlarda bir möcüzə kimi qalmaqdadır...

Murad Cavanşirli

 

Mirzə Abdulla Məhəmmədzadə (Abdulla Sur)

E-mail Çap PDF

 Gəncənin ədəbiyyatşünası və tənqidçisi

Abdulla Tofiq Sur 23 iyul 1877-ci ildə Gəncədə ruhani ailəsində doğulmuşdur. İlk təhsilini 1896-cı ildə Gəncədə Axund Hüseyn Pişnamazzadənin Xeyriyyə məktəbində (mədrəsədə) almış, burada müxtəlif dünyəvi elmlərlə yanaşı ərəb və fars dillərini də mükəmməl öyrənmişdir. Çox gənc yaşda – 1889-cu ildə, təhsil aldığı məktəbin müəllimi olaraq işləməyə başlamışdır. Dərin savadı, ədəbi zövqü və geniş mühakiməsiylə çox qısa zamanda bütün Gəncə ziyalıları arasında tanınmış və şöhrət qazanmışdır.

İlk məqalələri 1903–cü ildə Tiflisdə nəşrə başlayan "Şərqi-Rus"qəzetində çap olunmuşdur. Həmin ildən etibarən Abdulla Sur Tiflisə köçərək, bu qəzetin baş redaktoru işləyir. Onun yazıları qəzetin hər sayında yer alırdı. Abdulla Surun 1903-cü ildə başlayan mətbuat həyatı, qəzetçilik fəaliyyəti onun qısa ömrünün sonuna qədər davam etmişdir.

O, Qafqazın müxtəlif mətbuat orqanlarına A.Sur, Məhəmmədzadə, Qafqasiyalı, A.Tofiq, Gəncəli, Abdulla Məhəmmədzadə, Bir Adam və başqa imzalarla məqalələr yazmışdır. "Şərqi-Rus" qəzeti bağlandıqdan sonra, yenidən Gəncəyə qayıdan Abdulla Sur burada müəllimlik fəaliyyətini davam etdirir. O, eyni zamanda "Həyat" və "İrşad" qəzetlərinə ədəbiyyat və mədəniyyət mövzularında məqalələr yazır.

Çağdaşları bu yorulmaz və istedadlı gənci, həm də gülərüz, xoşxasiyyət, milliyətçi və bütün tələbələrinin sevimli müəllimi olaraq xatırlayacaqlardı.

1906-cı ildə Abdulla Sur İstanbula gedir. İki il yarım burada yaşayaraq, İstanbul Darülfünunda (Universitetində) ədəbiyyat müəllimi kimi çalışır. Türk qəzetlərində məqalələri çap olunur. Həyatının İstanbul vaxtında ən böyük və ən önəmli əsərini "Türk ədəbiyyatına bir baxış" kitabını yazmağa başlayır. Həcmi min səhifədən artıq olan bu kitabı bitirsə də, çap etdirmir. Hal-hazırda əlyazma halındakı kitabın çox hissəsi itmiş, yalnız ayrı-ayrı parçaları qalmışdır.

İstanbulda 1908-ci ilin noyabr ayına qədər yaşayan Abdulla Sur burada Osmanlı ədəbiyyatı haqda araşdırmalar aparmış, İbrahim Şinasinin "Şair evlənməsi" əsərini Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə çevirmişdir. Kərbala vaqiəsinə dair geniş məqalələr yazmışdır. Rus dilində yazılmış olan coğrafiyaya dair bir kitabı da türkcəyə çevirmişdir. Bütün bunlardan əlavə üç cildlik bir antalogiya hazırlamağa da başlamışdır.

Azərbaycana qayıtdıqdan sonra Abdulla Surun vətəninin mədəniyyət həyatına daha böyük töhvəsi olmuşdur. O, 1910-cu ildə Gəncədə "Ədəbiyyat və Sənət" cəmiyyətini qurmuşdur. Bu cəmiyyətin əsas məqsədi istedadlı gəncləri üzə çıxarmaq, onların gələcək təhsillərinə kömək etmək idi. Cəmiyyət yeni ədəbiyyat və sənət əsərlərini ortaya çıxarmaq üçün müsabiqələr də təşkil edirdi.

Klassik və çağdaş Azərbaycan və Osmanlı türk ədəbiyyatının problemleri ilə davamlı şəkildə məşğul olan Abdulla Sur, dilin və üslubun sadəliyi, başa düşülən olması məsələsinə olduqca böyük önəm verirdi. Buna görə də o, əsərlərini ərəb, fars və türk dillərinin sintezindən ibarət bir dildə yazan Əbdülhaq Həmid,Tofiq Fikrət,Məhəmməd Hadi kimi görkəmli şair və yazıçıların yaradıcılığını tənqid atəşinə tutur, onların işlətdikləri süni dilin əsərlərindəki fikrin və düşüncələrin başa düşülməsinə əngəl yaratdığını iddia edirdi.

XX əsrin tanınmış şairlərindən olan Əhməd Cavad Gəncədə Abdulla Surdan ədəbiyyat dərsləri almış və təsirində qalmışdır. Sur isə Firidun bəy Köçərlini özünün müəllimi saymaqla bərabər "Azərbaycan Ədəbiyyatı" əsərinin yazılmasında ona kömək etmişdir.

Abdulla Tofiq Sur 1912-ci il may ayının 8-də “kor bağırsağın” iltibah etməsindən Tiflis xəstəxanasında dünyasını dəyişmiş və ayın 11-də Gəncədəki  Səbiskar qəbristanlığında dəfn olunmuşdur.

 

                                                                                                                                         Abdulla Surun məzarı

 

 

Orxan Gəncəsoy

 

Rəssam Arif Məmmədov

E-mail Çap PDF

Gəncədə "Cümhuriyyət Liderləri"nin qarşılanma əsəri. 16 iyul 1918-ci il


 

Şəkildə 1941-ci ildə müharibə gedən bir dövrdə Sankt-Peterburq (Leninqrad) mühasirədə olduğu bir vaxtda Ermitajın zirzəmisində həmin muzeyin direktoru Orbellinin təşəbbüsü ilə bir qrup ziyalıların Nizami Gəncəvinin 800 illiyini qeyd etmələri şairin həqiqətən dünyəvi şair olmasını təsdiq edir. Şəkildə gördüyünüz ayaqüstə dayanan qadın Olqa Berqolç, onun yanında əli çəkməsində olan şərqşünas Tamilla Trever Vasilovna, onun yanında ayaqüstə duran Sovet Hərbi Dənizçilik Akademiyasının tələbəsi azərbaycanlı Əfrasiyab Vəkilov, arxada duranlar isə hərbi kanspondent və şair Nikolay Tixinovdur.


 

Qədim şəhər görüntüləri

E-mail Çap PDF

                                                                                  Şah Abbas Came Məscidi XVII əsr

               

                                                                                                                                                                             Bıçaqçılar, Gəncə 1890-cı il

index

                                                                                                                                                                                  Gəncə 1890-cı il

index2

                                                                                                           Gəncə Dəmir-Yolu Vağzalı 1891-ci il

                                                               

                                                                                                             Gəncədə Xalçaçılıq məktəbi. XIX əsr

                                                                                                                

                                                                                                                                                                 Gəncədə Xalçaçılıq ticarəti XIX əsr

                                                                                                         Şah Abbas meydanı XIX əsrin sonu

                                                                                                 Bazar meydanı. Ticarət sıraları XIX əsr

                                                                                               

                                                                                   Bazar. Gəncə səbəti, küpə və səngəh ticarəti. XIX əsr

                                                                                                             Gəncədə baqqal dükanı. XIX əsr

                                                                                                                                                                Gəncədə səyyar ticarətçi. XIX əsr                                                                        

                                                                                         Gəncənin Mərkəzi Bazar meydanı. 1909-cu il

                                                                                                                                                                                           1901-ci il

                                                   Azərbaycanın ən qürurlu xanının adını daşıyan Cavad Xan küçəsi. XIX əsr

                                                                                                                  Şəhərin Qərb hissəsi. 1901-ci il. 

                                      Qədim Gəncəni iki hissəyə bölən Gəncə çayının üzərindəki Xan körpü. XIX əsr 

3202_thumb

6ganja5050_2

574_thumb

843_thumb

___XIXgif

 

                                                                                                                                                                                 1900-cü il.

porovoz_1900

Nina adına Gəncə (Yelizavetpol) Qızlar məktəbi. XVIII əsr

Gəncə (Yelizavetpol). Məclis və Quberniya binası. XIX əsrin əvvəli

 

DİFAİ türbəsi

E-mail Çap PDF

                                                                                                                                                                                                              Səbiskar qəbristanlığı - 28 may 2011-ci il

Türbə Hacı Adil Məşədi Polad oğlu tərəfindən şəxsi təşəbbüsü ilə inşa edilmişdir.

 

Mirzə-zadələr sərdabəsi (Səbiskar qəbristanlığı)

E-mail Çap PDF

                                                                                               Rüstəm bəy Hidayət bəy oğlu Mirzə-zadə - Bakı Polismeysteri 1918-1920-ci illər

                                                                                                                                                            Vəfatı - 1920-ci il

zerdabe

                                                                                                                                            Astan bəy Hidayət bəy oğlu Mirzə-zadə - Müsavat zabiti

                                                                                                                                            Məhəmməd bəy Rüstəm bəy oğlu Mirzə-zadə

                                                                                                                                            Əli bəy Rüstəm bəy oğlu Mirzə-zadə

                                                                                                                                            Qulu bəy Rüstəm bəy oğlu Mirzə-zadə

 

                                                                                                                                                                                             Astan bəy Mirzə-zadə

                                                                                                                                                                                 Astan bəy və oğlu Tofiq

 

Seyid Baqir türbəsi (Xəlilovlar)

E-mail Çap PDF

                                                                                                                                                                                                                                                            1908-ci il

                                                                                                                                                                                       Səbiskar Qəbristanlığı.    

2005-ci ildə Cavad Xanın qəbri üstündə ucaldılan türbənin memarlıq elementləri bu türbədən götürülmüşdür.                                                                                                                                                                     

 

Xan-Xoyskilər türbəsi

E-mail Çap PDF

 

Xoyski Fətəli xan İsgəndər xan oğlu
Azərbaycan Demokratik Respublikası Hökumətinin başçısı
ADR-in Daxili İşlər Naziri (28.05.1918 – 17.06.1918)
ADR-in Xarici İşlər Naziri (26.12.1918 - 14.03.1919) - (24.12.1919 - 01.04.1920)
Səbiskar qəbristanlığı
  Fətəli Xan Xoyskinin məzarı ( Tbilisi ) 1875-1920
  Səbiskar qəbristanlığı
 


AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort