• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt
Ana səhifə

Hüseynov Mehdi Teyyub oğlu

E-mail Çap PDF

 

autoportret

 

0

003

m2

m3

m4

m5

m6

m8

m9

m10

m11

_MEHDI

 

Comərdi Qəssab türbəsi

E-mail Çap PDF

 

comrd_qssab_trbsi

VII-VIII əsrlərə aid edilən ev məqbərəsi tədqiqatçılar arasında mübahisəli məsələyə çevrilib. Problem Comərdi Qəssab adlı bir şəxsiyyətin mövcudluğunu təsdiq edən heç bir yazılı mənbənin olmaması ilə əlaqədardır. Bizə gəlib çatan məlumatlar isə az miqdarda olmaqla, yalnız rəvayətlərdə öz əksini tapır. Yerli əhali arasında yayılmış rəvayətə görə ”Comərdi Qəssab” məqbərəsi Məhəmməd (s.a.a.) peyğəmbərin əmisi oğlu IV xəlifə Əli İbn Əbu Talibin dövründə yaşamış həddən artıq namuslu, ədalətli, insaflı və doğruçu bir qəssabın qəbri üstə tikilibdir. ”Obrozeniye Rossiyskix vladeniy za Kafkazom v statisticeskom etnoqrafiçeskom, topoqrafiçeskom i finanskom otnoşeniyax” jurnalının verdiyi məlumata görə, Gəncənin qədim sakinləri bütpərəst olub. Onların içərisində Comərd Həsən adlı şəxs Məhəmmədin dininə etiqat etməklə, islama olan inamını gizli saxlamışdır. Jurnalda həmçinin adı çəkilən bu şəxsin Comərdi Qəssabın özü istiqamətində apardığı araşdırmalara və istinad etdiyi mənbələrə görə isə Comərdi Qəssab Həzrəti Əlinin hələ xəlifə olmadığı vaxtda karvanla Ərəbistana gedərək ondan dərs almış, islam dinini qəbul etmiş və qayıdarkən Gəncənin ilk müsəlmanı kimi əhali arasında islam dininin yayılması ilə məşğul olmuşdur. O, Qıpçaqların Gəncəyə hücumu zamanı şəhərin müdafiəsində şəhid olur. Əsl adı məlum deyil, amma başqa bir mənbədə onun adının Əliyar olduğu bildirilir. XII əsrdə Gəncədə “Əxi”liyin inkişafı Əliyar Qəssabın adının əvvəlinə bir “Comərd” sözünü də əlavə edir. Bu Gəncənin ən düzgün, ən layiqli, ən müqəddəs adı olaraq “Əxi”liyi özünə örnək seçdiyi bir şəxsin adı üzərində qalmaqla, Comərdi Qəssab kimi də tarixə düşüb. Həmin mənbə, Gəncədə bütpərəstlərin olmasınıda inkar edir. Beləliklə, şəhərin əsas sakinləri olmuş Oğuz türkləri totenizimlə qarışıq saldığından bu fikir yalnış olaraq formalaşıb. Comərdi Qəssabın qəbri Gəncə çayının sağ sahilində “İmamzadə” kompleksinin cənubuna doğru 1500 m. məsafədə yerləşir. Məhz ilk dəfə məqbərə orada olub. Həmin məqbərə XX əsrin 60-cı illərində dağıdılıb. Bu iş keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin hazırladığı çirkin plan əsasında o vaxt ki, Kirovabad Partiya Komitəsinin məsul vəzifələrində çalışan ermənilər və zəif iradəli, milli əqidəsi olmayan sapı özümüzdən olan baltalar tərəfindən həyata keçirilib. Məqbərə guya ki, Ət-Süd Kombinatına çəkilən istilik xətlərinin altına düşür deyə, sökülüb məhv edilir. 1992 ci ildə isə müasir ərazidə “Comərdi Qəssab” türbəsi yenidən inşa edilib. Bunu Gəncənin o vaxt ki icra başçısı rəhmətlik Mürşüd Məmmədovun təşəbbüsü ilə şəhər əhalisi arasında xeyriyyəçi kimi tanınan doktor Saləddin öz vəsaiti hesabına tikdirib. Düzdür sonradan bu abidənin öz yerində deyil, şəhərin mərkəzində bərpa olunması müəyyən iradlarla qarşılanmışdır.

comerd

Comərdi Qəssab məqbərəsinin yenidən tikilməsi məsələsi son 15 ildə daim gündəmdə olub. Bununla əlaqədar olaraq Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğu tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Layihə İnstitutuna yazılı müraciət olunur. 2003-cü ildə isə memar Cəfər Qiyasinin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncəyə ezam olunur və qəbrin ərazisinə baxış keçirilir. Qərara alınır ki, yaxın vaxtlarda qəbirdə qazıntı işləri aparmaqla, məqbərənin tikintisinə başlanılsın. Şəhər rəhbərliyi günü-gündən yubadılan bu işlərin həyata keçirilməsini öz üzərinə götürür. İlk növbədə Comərdi Qəssabın qəbri müəyyənləşdirilir və 20000 dollar həcmində vəsait ayrılır. Həmin vəsait hesabına Naxçıvandan gətirilən materiallarla türbə tikilir. Ətrafı abadlaşdırılaraq, yola asfalt örtüyü döşənir. 2004-cü ilin avqust ayında başlanan təmir işləri sentyabrın sonunda yekunlaşmalı olur.

Nəhayət, 2004-cü ilin dekabr ayının 2-də “Comərdi Qəssab” türbəsinin açılış mərasimi olur. Türbə kərpicdən tikilmişdir.

                                                        Nuranə Qurbanova

 

Nizami Gəncəvi yaradıcılığında qadın surətlərinin səciyyəsi

E-mail Çap PDF

 

nizamigencevi

Dahi Azərbaycan şairi və mütəfəkkiri, böyük filosof Nizami Gəncəvinin yaradıcılıq meyarlarının əsasını qadın obrazları təşkil edir. Nizami Gəncəviyə qədər qadına bu qədər yüksək qiymət verən şəxs tapmaq mümkün deyil. Şairin yaradıcılığının ilk qəzəlindən tutmuş ta “Xəmsə”sinin bütün poemalarında bu məsələ öz əksini tapmışdır. Qəribə burasıdır ki, çox şair və yazıçıların həyat tərzi ilə yazdıqları üst-üstə düşmür, tamamilə əkslik, ziddiyət təşkil edir. Bu sahədə də Nizami Gəncəvi ən qabaqcıl yerlərdən birini tutur. Beləki, Dərbənd şahı Afaqı kəniz kimi Nizami Gəncəviyə hədiyyə edir. Nizami Gəncəvi Afaqın çox saf və təmiz olduğunu görür, ona nəinki qulluqçu kimi, onu özünə ömür-gün yoldaşı edir. Şair, Afaqla çox xoş günlər keçirdiyini daim öz əsərlərində xatırlayır. Oğlu Məhəmmədə də ananı, vətəni, qadını sevməyi tövsiyyə edir. Afaqın ölümü Nizami Gəncəvini çox sarsıdır. Şair bunu dönə-dönə etiraf edir. Nizami Gəncəvi sevgisinə sadiq qalaraq yazır:

Bircə arvad al ki, olasan əziz,

Çox arvadlı kişi qalar kimsəsiz.

Nizami Gəncəvinin özünün yazdığı kimi o, “Xosrov və Şirin” əsərini yazdıqda Afaqı nəzərdə tutmuşdur. İlk poeması “Sirlər Xəzinəsi”ndə qadın surəti və onun cəmiyyətin aparıcı qüvvəsi kimi öz haqq və hüququnu tələb etməsi “Sultan Səncər və dul qadın” mənzuməsində çox inandırıcı bir şəkildə verilmişdir:

Zülm edib bir dul qarıya çox uddurmuşdular qan,

O da Sultan Səncərin tutaraq yaxasından,

Dedi: “Səndə zülm az görməmişəm qulaq as,

Səndə gördüyüm zülm əsla hesaba sığmaz.

Bir kefli darğa gəlib evimdə məni döydü-döydü,

Salıb təpik altına məni doyunca söydü-söydü.

Mən günahsız qarının saçlarına atıb əl,

Üzü üstə sürüdü evdən çölə əlbəəl”.

Göründüyü kimi Nizami Gəncəvi dul və yaşlı qadının dili ilə hüquqlarını qorumaq üçün “məmur” özbaşınalığını, şahın ölkəni idarə etməyinin tərzi-hərəkətini söyləyir. Ölkəyə və qadına düzgün münasibətin bərqərar olacağına çağırır. Əlbəttə, bu şairin sözüdür.

Nizami Gəncəvinin ikinci poeması “Xosrov və Şirin”də qadın azadlığı, onun sevib-sevilməsi, haqqını tələb etməsi, ana kimi yüksək bir ada layiq olması və cəmiyyətin aparıcı qüvvə olması bəşəriyyətin onsuz yetim qalması ideyası çox bariz bir şəkildə göstərilmişdir. Əlbəttə, bu şairin öz amalından doğan ideyalarla bağlıdır. Nizami Gəncəvi bəşəriyyətin bütün təbəqələrini, o cümlədən qadını daim azad görmək istəmişdir. Əsərdə Şirinin bibisi Məhinbanunun dili ilə qardaşı qızına verdiyi nəsihətlər qadın qürurunun və onun sevgidə yanılmamasının əsas rolunu təşkil edir. Məhinbanu Şirinə belə tövsiyyə edir:

Əgər o aydırsa, biz də günəşik,

O Keyxosrovdursa, biz Əfrasiyabıq!

Bibisi, Şirini eşqində alçalmamağa və məğrurluğunu sındırmamağa çağırır. Əsərin sonunda eyş-işrətlə məşğul olub Şirinə qədər Məryəm və Şəkərlə evlənən Xosrov ölüm ayağında belə Şirini oyadıb ona bir içim su ver deməyə qıymır. Demək ki, qadın öz sevgi və dürüstlüyü ilə Xosrov kimi bir insanı öz ecazkar gücü ilə tərbiyələndirə bilmişdir. Bu, hər şeydən əvvəl şairin özünün arzusu kimi səciyyələndirilməlidir.

Nizami Gəncəvinin üçüncü poemasındakı Leyli surəti Şərq qadınının fədakarlığı, analıq qayğısı, onun evinə bağlılığı, məişətdəki rolunu, sevgiyə sədaqətini əks etdirir. Şair hər cür qadın zorakılığına son qoyulması ideyasını tərənnüm etdirir. Bu baxımdan da Nizami Gəncəvi, bəşəriyyətin yaşam tərzində qadının necə rol oynayacağını min il bundan əvvəl görüb onu qələmə almışdır.

Şair dördüncü əsəri “Yeddi Gözəl”də bir yerdə dayanmayaraq dünya arenasına çıxıb qadın problemini planetimiz çərçivəsində həll etməyə çalışmışdır. Onun əsərdəki çin, rus, fars, türk, hind, ərəb və s. qadın nümayəndələri öz milli adət və ənənələri ilə analıq qayğısı ilə yaşayırlar.

Şairin beşinci əsəri “İsgəndərnamə”dəki Nüşabə surəti xüsusilə diqqəti cəlb edir. Nizami Gəncəvi tarixdən hamıya yaxşı məlum olan hökmdar Makedoniyalı İsgəndəri gətirib o zaman Azərbaycanın paytaxtı olmuş Bərdə şəhərinə çıxarır. Görüş zamanı Nüşabə öz qadın müdrikliyini qarşıya qoyur. Beləki, boşqabda yemək əvəzinə ləl-cəvahirat gətizdirib İsgəndərin qarşısına qoydurur. İsgəndər təəccüblə boşqaba baxıb soruşur ki, bu nədir? Nüşabə xanım təmkinlə deyir ki, sən çörək üçün deyil, var-dövlət üçün gəlmisən. İsgəndər türk qadınının dəyanətini görüb bu qənaətə gəlir ki, “Aslanın erkəyi, dişisi olmaz”. Nəticə belədir:

Qadındır müqəddəs, qadındır yüksək,

Həyata anadır, ömürə bəzək.

Qadını sevməyib onu incitmək,

Duyğusuz insanın qəbahətidir.

Cahan Ağamirov

GDU-nun fars dili müəllimi, Nizamişünas

 

Gəncənin Aşıqlar məhəlləsi

E-mail Çap PDF

 

 

Aşıqlar məhəlləsi M.Müşfiq küçəsinin Vatutin küçəsi ilə kəsişməsindən başlayıb, Eminbəyli küçəsinin kəsişməsində qurtarır. Məhəlləyə Şərəfxanlı küçəsinin bir hissəsi və I-dölmə aiddir. Məhəllə güneydən Mahrasa bağı, quzeydən Şahsevənlər, gün batandan Şahsevənlər məhəlləsinin VIII-dölməsi (Noraşen), gün çıxandan da Şahsevənlər məhəlləsi ilə əhatəyə alınıb. Məhəllənin yerləşdiyi ərazi vaxtilə Şahsevənlərin torpaqları olub. Məhəllə 1930-cu ildən sonra Toğana və ətraf kəndlərdən gələnlərin yığcam yaşadığı bir yerə çevrilib. Burada Şahsevənlər məhəlləsindən gələnlər də var. Məhəllənin ilk adı “Toğana”, “Qala” sonra “Aşıqlar” olub. 1956-cı ildən isə məhəllə Mikayıl Müşfiqin adını daşıyır.

“Toğana” sözünün mənasını araşdırarkən isə bunun aşağıdakı mənanı verdiyinin şahidi oluruq. “...Sultan Məsuda tabe olmayan Toğan Yürək oğlu Əbdürrəhmanın aradan götürülməsində mühüm rol oynamışdır”.

Qeyd: “Tonqa məlum olduğu kimi, “qaplan” cinsindən olan olan bir heyvanın adıdır. Bu ad insanlara da verilirdi. Tonqa Tikin, Alp Tonqa və s. Bu ad mətnlərdə Toğa Yürək şəklindədir. Burada “NĞ”-nın “F” şəklində tələffüzündən başqa bir şey deyil. Tanğrı-Tağrı və s. kimi”.

Faruq Sümer. “Oğuzlar” kitabı, səh 143.

Xorasanın bir hissəsinə hakim olan Ay-Aba oğlu Toğan şaha Səraxsı Bistan ilə dəyişməyi təklif edir. Toğan şah bu təklifi qəbul edir. Ancaq Toğan şah şəhəri müdafiə edə bilmədi. 1181-ci ildə (576 h/q) baş verən toqquşmada Sultan şah Toğan şahı məğlubiyyətə uğradır. Nişapur mərkəz olmaq üzrə Xorasanın bir hissəsinə hakim olan Ay-Aba oğlu Toğan şah 1185-ci ildə (581 h/q) vəfat etmişdir.

Faruq Sümer. “Oğuzlar” kitabı, səh 134-137.

Sözün Tuğan şahı girib meydana,

Qılınc verdi qələm Qaraxanına.

Nizami Gəncəvi. “Xosrov və Şirin”. səh 31.

Qeyd etdiyimiz bu misallardan görünür ki, “Toğan” igid, şücaətli, qorxmaz mənasını verdiyi üçün onu ad kimi insanlara da verirdilər. Pələng cinsindən olan “Toğan”ın (“Tonqa”nın) meşələrdə, cəngəlliklərdə məskən salması təbiidir. Dağlarda, səfalı meşələrdə yerləşən “Toğana” kəndi də çox güman ki, “Tonqan” (Toğan) adlı heyvanın məskəni olduğu üçün oranı belə adlandırıblar.

Gəncənin Aşıqlar məhəlləsində SSRİ-nin əməkdar məşqçisi İsaq Cəfərov yaşamışdır. Onun əsli Toğanalı idi. Məhəllədə aşıqlıqla məşğul olan aşıq Qara, aşıq Zeynal, aşıq Ağa Rza, balaban ifaçısı Bəylər, qaraçı oğlu (qaraca oğlan), aşıq İbrahim də əslən Toğana kəndindən idilər.

Qeyd: XVII yüz illik aşıq ədəbiyyatının qızıl dövrü sayılır. Qaraca oğlan XVII yüz illiyin ən istedadlı saz şairi olmuşdur. Bu dövr aşıqlarının ön sırasında Qaraca oğlan dururdu. Qaraca oğlanın həyatı haqqında ətraflı bilgi yoxdur. Bu istedadlı şairin həyatına dair bir çox rəvayətlər söylənmişdir. Görkəmli araşdırmaçılar aşığın şeirlərinə, xalq rəvayətlərinə, digər bilgilərə əsasən belə nəticəyə gəlmişlər ki, o, 1606-cı ildə anadan olmuş, 1679-cu ildə vəfat etmişdir. Şairin ölüm tarixini 1689-cu il kimi də göstərən bilgilər vardır. Özündən sonra gələn saz şairlərinə güclü təsir edən Qaraca oğlan türk aşıq ədəbiyyatının inkişafında misilsiz rol oynamışdır.

Ziya Göyalp. “Türkçülüyün əsasları” kitabı, səh 149.

Belə aşıqlar nəinki Gəncədə, hətta kənarda da məşhur el sənətkarı kimi şöhrət qazanmışdılar. El sənətkarı olan aşıqlıq Kitabi-Dədə-Qorqud dastanımızda da qeyd olunan Ozan sənətinin davamıdır. Bu sənət vətənimizin bütün bölgələrində özünəməxsus şəkildə inkişaf edibdir. Bu gün də aşıq toylarda, el şənliklərində çalıb-oxuyur, oynayır, dastan söyləyir. Onun musiqi sədaları altında gənc pəhləvanlar güləşir, gürz oynadırlar. Aşıq mahnıları insanları həyatda yaşamağa, ondan zövq almağa çağırır. Azərbaycan aşıqları da qədimdən bu günə kimi Orta Asiyada, Rusiyada, Türküyədə, İranda sevilməkdədir.

Gəncənin M.Müşfiq küçəsi şəhər həbsxanasının qarşısındakı boş ərazinin qərbindən başlayır. Yerli əhali bu bos hissəyə “Qala düzü” deyirlər. Ona görə də, bu küçə bir zamanlar “Qala” adlanıb.

Cəfər Qəmbər oğlu (1890-1973) Qafqaz Türk-İslam Ordusunun əsgəri

Əslən Şahsevənlər məhəlləsindən olub, sonra Aşıqlar məhəlləsinə köçən bir sıra şəxslər 1905-ci il erməni-müsəlman münaqişəsində iştirak ediblər. Şahsevənli olan Cəfər Qəmbər oğlu Qafqaz İslam Ordusunda xidmət edib, Azərbaycanın müstəqilliyi uğrunda döyüşmüşdür.

Məhəllə sakinləri “Tap Qışlaq” məhəlləsində yerləşən “Molla Hüseynqulu”, “Məşədi Məmmədtağı”, “Kərbəlayi Qənbər” dəyirmanlarından da vaxtilə istifadə ediblər. Məhəllə camaatı sənətkarlıqdan başqa fabrik və zavodlarda, habelə Stalin adına kolxozda da işləyirdilər.

Aşıqlar məhəlləsindən keçən “Şahsevənlər” kəhrizindən küçə sakinləri bu gün də istifadə edirlər.

                                                                                                                                                                              Hamlet Əli oğlu Allahverdiyev

 

Şəhər görüntüləri

E-mail Çap PDF

 

ganca orta esr

 

5ganja5050_2

shah_abbas

025

576_thumb

1504_thumb

1701_thumb

2937_thumb

7ganja5050

jvsdjvb

45522

 

26248_thumb

_393

45523

1855_thumb

Ganja

__.__

                                                                                                                                                1966-cı il

__1966_.___

17418_thumb

                                                                                                                                      1967-ci il

__._1967.__

bbbbfdr

52698_thumb

                                                                                                                      1967-ci il Mərkəzi Univermaq

__._1967.__

gence4309.04.2009

                                                                                                                                              1980-ci il

__80-_

                                                                                             1981-ci il Gəncə qəzası, Goran təlim mərkəzi

_____1981_

                                                                                                                                          1985-ci il

_1985_

____

____663

17610_thumb

52699_thumb

532_thumb

                                                                      22 yanvar 1990-cı il. (Silahsız Gəncəlilər tanklara qarşı)

22_yanvar_1990

Azərbaycan Respublikasının xalq artisti Lütfəli Abdullayev Gəncə şəhər Mərkəzi Stadionunda, 1970-ci illər.

1 may Zəhmətkeşlərin nümayişi, Gəncə şəhəri, 1960-cı il

Xan Bağı (Gəncə) 1960-cı il.

Kəpəz Dağı və Göy-gölün təkrarolunmaz mənzərəsi, 1960-cı il.

Gəncə (Kirovabad) Mərkəzi Meydan 1975-ci il.

Gəncə (Kirovabad) 1966-cı il.

Gəncə (Kirovabad) Xalça Fabriki 1965-ci il.

Gəncə (Kirovabad) 1961-ci il

Gəncə (Kirovabad) 1971-ci il. N.Nərimanov və Qatır Məmmədin heykəli, İsrafil Məmmədovun qəbri və 1941-1945-ci il müharibəsinə aid abidə kompleksi.

Gəncə (Kirovabad) 1975-ci il.

 

GREM-in qarşısındakı büstlər

E-mail Çap PDF

 

 

mesheti gencevi

 

nesreddin tusi

 

mirze bazeh

 

sah ismail

 

sheyx bahaaddin

 

 

Şəhər görüntüləri

E-mail Çap PDF

 

dscn1393

dscn1448

dscn2917

dscn2943

dscn2949

dscn2954

dscn2957

dscn3171

dscn3195

dscn3200

dscn3202

dscn3205

dscn3209

dscn3306

dscn2916

 

Şeyxzamanlılar türbəsi

E-mail Çap PDF

 

sheyxzamanli turbesi

sheyxzamanli bash dashi

                                                                                                                                                  İmamzadə qəbristanlığı
 

Zazalıyevlər türbəsi

E-mail Çap PDF

Müseyib Zazalıyev

Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü

zazaliyevler turbesi

                                                                                                                                                                     İmamzadə qəbristanlığı
 

Pişnamazzadələr türbəsi

E-mail Çap PDF

 

pishnamazzade mehemmed

                        "Difai" Partiyasının Gəncə şöbəsinin sədri Şeyx Məhəmməd Pişnamazzadə

pishnamazzadeler turbesi

                                                                                                                                                       İmamzadə qəbristanlığı

Türbədə uyuyanlar:

Pişnamazzadə Mirzə Əli Məhəmməd oğlu

Pişnamazzadə Mirzə Həsən Məhəmməd oğlu

Pişnamazzadə Məhəmməd Əli oğlu

Pişnamazzadə Hüseyn Əli oğlu

Pişnamazzadə Musa Əli oğlu

Pişnamazzadə Ağası Əli oğlu

Pişnamazzadə Əli Hüseyn oğlu

Pişnamazzadə (Mövlanə) Hüseyn Hacı Məhəmməd oğlu

Pişnamazzadə Hacı Məhəmməd

 


AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort