• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt
Ana səhifə

ADR Hökümətinin tərkibindəki Gəncəlilər

E-mail Çap PDF

 

I KABİNƏ: 28.05.1918 - 17.06.1918

  1. Maliyyə və Xalq Maarifi naziri - Nəsib bəy Yusifbəyli
  2. Ədliyyə Naziri - Xəlil bəy Xasməmmədov

II KABİNƏ: 17.06.1918 - 07.12.1918

  1. Xalq Maarifi və Dini Etiqad naziri - Nəsib bəy Yusifbəyli
  2. Səhiyyə və Sosial Təminat naziri - Xudadat bəy Rəfibəyli
  3. Portfelsiz Nazir - Xəlil bəy Xasməmmədov
  4. Portfelsiz Nazir - Musa bəy Rəfiyev

1918-ci ilin oktyabr ayının 6-da kabinədaxili
dəyişiklikdən sonra

  1. Xalq Maarifi - Nəsib bəy Yusifbəyli
  2. Xalq Səhiyyə naziri - Xudadat bəy Rəfibəyli
  3. Sosial Təminat və Dini Etiqad naziri - Musa bəy Rəfiyev
  4. Yollar naziri - Xəlil bəy Xasməmmədov
  5. Hərbi işlər üzrə müvəkkil - İsmayıl xan Ziyadxanov
  6. Xarici işlər nazirinin müavini - Adil xan Ziyadxanov

III KABİNƏ: 26.12.1918 - 14.03.1919

  1. Daxili İşlər naziri - Xəlil bəy Xasməmmədov
  2. Xalq Maarifi və Dini Etiqad naziri - Nəsib bəy Yusifbəyli
  3. Poçt - Teleqraf və Əmək naziri - Aslan bəy Səfikürdski
  4. Sosial Təminat naziri - Rüstəm Xan-Xoyski

IV KABİNƏ: 14.03.1919 - 22.12.1919

  1. Nazirlər Şurasının sədri və Daxili İşlər - Nəsib bəy Yusifbəyli
  2. Ədliyyə və Əmək Naziri - Aslan bəy Səfikürdski
  3. Sonralar Daxili İşlər Naziri - Xəlil bəy Xasməmmədov
  4. Milli Təhlükəsizlik naziri - Məmmədbağır bəy Şeyxzamanlı

V KABİNƏ: 24.12.1919 - 30.03.1920

  1. Nazirlər Şurasının sədri - Nəsib bəy Yusifbəyli
  2. Ədliyyə naziri - Xəlil bəy Xasməmmədov
  3. Sosial Təminat və Səhiyyə naziri - Musa bəy Rəfiyev
  4. Milli Təhlükəsizlik naziri - Nağı bəy Şeyxzamanlı
 

İmamzadə türbəsi

E-mail Çap PDF

 

XVII əsr İmamzadə türbəsi və ətrafındakı qəbirlər

“İmamzadə” və ya “Göy İmam” türbəsi VIII əsrə aid tarixi abidədir. Orta əsrlərə aid edilən bu memarlıq abidəsi Gəncə şəhərinin təqribən 7 kilometrliyində, qədim Gəncənin xarabalıqları yaxınlığındadır. Kərpicdən tikilmiş Göy İmam türbəsinin ətrafında məscid, sərdabə, türbələr, karvansaraya oxşar evlər, yardımçı tikililərdən, həmçinin 18-19-cu əsr bədii daşyonma sənəti ustalarının-xəttat-həkkak, nəqqaş-şairlərin əsərlərini, dünyagörüşünü əks etdirən məzarüstü abidələri özündə qoruyub saxlamış böyük qəbristanlıqdan ibarət dini kompleks yaradılmış, ətrafında isə daş və kərpicdən hasar çəkilmişdir. Kompleksin ən qiymətli abidəsi olan düzbucaqlı plana malik İmamzadə türbəsi rəngarəng kaşılı, kərpic örtüklü künbəzlə tamamlanır. Künbəz silindirvari kürsülüyə oturdurulmuşdur. Türbəyə cənub-şərq fasadından başqa, qalan digər tərəflərdən binalar ilhaq edilmişdir. Bütün bu tikililərə əsasən demək olar ki, İmamzadə binası ayrı-ayrı vaxtlarda yenidən qurulmuş, bərpa və təmir edilmişdir.

1878-ci ildə naməlum şəxs tərəfindən çəkilmiş abidənin fotoşəklindən aydın olur ki, İmamzadə türbəsinin künbəz və silindir hissəsinin örtüyü təmir işləri zamanı xeyli dəyişdirilmişdir. Silindir hissəsinin şərq yarısını kufi xətlə kitabə motivi tamam örtmüşdür. Bu da türbənin bina olunma tarixinin 12-13-cü əsrin əvvəlinə aid edənlərin fkrini bir daha təsdiqləyir.

Türbənin birinci mərtəbədə, iç divarına hörülmüş kiçik mərmər lövhədə ərəbcə yazılmış kitabənin məzmunu belədir: “O, Allah əbədidir. Bu imam Məhəmməd Baqirin-ona salam olsun-oğlu mövlana İbrahimin müqəddəs məkanı yerləşmiş şərəfli cənnət bağıdır. Öz babasının köçməsindən 120 il sonra vəfat etmişdir.-Allahın ona salavatı olsun və ona görə də bu yüksək məqamlı yerin bərpa olunmasına tiflisli general-mayor İsrafil bəy Yadigarzadə hicri 1296-cı ildə əmr etmişdir”.

Kitabədə adı çəkilən general-mayor İsrafil bəy Yadigarzadə rus ordusunun ikinci atlı müsalman polkunun sərkərdəsi olmuşdur. Tiflisli İsrafil bəy İmamzadə kompleksində öz hesabına 1878-ci ildə təmir və bərpa işləri aparmışdır. O, Rusiyada təhsil almasına, rus ordusu sıralarında yüksək rütbəli hərbi vəzifədə işləməsinə baxmayaraq, islam əqidəsinə, ata-babalarımızın adət-ənənəsinə sadiq qalan, mədəni irsimizə sonsuz dərəcədə hörmət və etimad göstərən azərbaycanlı ziyalılarından biri olmuşdur.

İmamzadə kompleksində İsrafil bəy Yadigarzadənin yaxın qohumları da dəfn edilmişdir. Onların sırasında rus ordusunun hərbi sərkərdələrindən, tiflisli olan Cəlal bəy və onun oğlu İsmayıl bəy Vəzirzadələri göstərmək olar.

Azərbaycan ərazisindəki digər imamzadələrdə olduğu kimi Gəncə imamzadəsində də 5-ci imamın övladı İbrahimin dəfn olunma tarixini göstərən ilkin kitabə yoxdur.

Türbə yaxınlığında 19-cu əsrdə Gəncədə yaşayıb-yaratmış, tanınmış təbib, şair, xəttat Mirzə Mehdi də dəfn olunmuşdur. İmamzadə kompleksində onun sağlığında özü üçün düzəltdiyi və başqalarına yazdığı başdaşılara rast gəlmək mümkündür. İmamzadə kompleksində Mirzə Mehdidən başqa digər bir xəttatın-Şeyx Zamanın da işləri qalmışdır. Bunlardan biri axund mövlana Hüseynin abidəsidir. Başdaşının haşiyəsində 14 məsuməyə Allahın salamından sonra xəttat haqqında kiçik bir qeyd var: “həkkak, günahkar bəndə Zaman ibn Məhəmməd Əli”.

Daha sonra mərhumun haqqında verilən məlumatda deyilir: “1279-cu il rəcəb ayında Gəncədə məskunlaşmış, əsli Lahıcanlı rəhmətlik Hacı Məhəmmədin oğlu əzəmətli, mərhəmətli və ləyaqətli alimlərin ən biliklisi, nəcib, ali şəriət qanunlarının əsasını yaradan, sadiq xalqların əsasını təmin edən, məscid və mənbələrin yaraşığı, ən böyük, ən şöhrətlilərin fəxri peyğəmbərin hər iki dünyaya aid təlimini yayan, mövlana, pişnamaz, axund, molla Hüseyn puç dünyadan köçdü. Onun torpağı pak olsun, yeri cənnətdə yüksəlsin”.

Kitabədən göründüyü kimi, 19-cu əsrdə Gəncədə yaşamış böyük alim, fiqh elmləri ilə yanaşı başqa elmləri də dərindən mənimsəyən və xüsusi hörmət qazanmışdır. Çox güman ki, Gəncə camesində onun mədrəsəsi də mövcud imiş. Axund, molla Hüseynin fəaliyyəti Gəncə camesi ilə yanaşı İmamzadə ilə sıx bağlı olmuşdur.

İmamzadənin karvan-ticarət yolu üzərində yerləşməsi, oradakı fəxri məzarların nəinki Azərbaycandan, eləcə də başqa ölkələrdən gəlmiş azərbaycanlıların müqəddəs ziyarətgahına çevrilməsi, buranın-Azərbaycanın İslam dünyası ilə mədəni-ideoloji əlaqələri möhkəmlədən mərkəz olduğunu göstərir.

Aynur Həsənova

 

Pişnamaz-zadələr

E-mail Çap PDF


0001_yeni

"Difai" Təşkilatının Gəncə şöbəsinin sədri Axund Molla Məhəmməd Əli oğlu Pişnamaz-zadə

Gence_medresesinin_ilk_buraxilishi._1912

Gəncə Mədrəsəsinin müəllim və tələbə heyəti (1905-1912-ci illər). Müdir - Axund Məhəmməd Pişnamaz-zadə, müəllimlər - Həmid bəy Yusifzadə, Abdulla Tofiq Sur, Hüseyn Cavid, Rza bəy Qaraşarov, İdris Axundzadə və Mirzə Abbas Abbaszadə. Tələbələr-Qasim, Şəmsəddin, Əlizadə, İsmayıl, Məhəmmədzadə, Əli Zülfi və s.  

Pishnamazzade

1

0003

shemkir_dfni

Şəmkir döyüşü şəhidlərinin Gəncədə dəfn mərasimi, yanvar 1918-ci il.

Elekber_bey.

cumhurriyyet_gencede_1918

Gəncədə "Azərbaycan Xalq Cümhuriyyəti Liderləri"ni Şeyxülislam Axund Məhəmməd ağa Pişnamaz-zadə Qurani-Kərimlə qarşılayır. 16 iyul 1918-ci il. Əsərin müəllifi rəssam Arif Yunis oğlu Məmmədov

pishnamazzade mehemmed

Şeyxülislam Axund Məhəmməd ağa Pişnamaz-zadə (1853-1938).

Mehemmed20Pisnamazzadenin20imzasi

Axund Molla Məhəmməd ağa Pişnamaz-zadənin imzası

mirzeali_mirzehasan          Şeyx Məhəmməd ağa Pişnamaz-zadənin övladları. Mirzə-Əli Pişnamaz-zadə, ortada Mirzə-Həsən Pişnamaz-zadə və Rəziyyə xanım Pişnamaz-zadə. Arxada duran isə Pişnamaz-zadələrin xidmətçisi Hidayət. 1911-ci il.


Rəziyyə xanım Pişnamaz-zadə

mirzeali                                                                                                                                                                        Mirzə-Əli Pişnamaz-zadə

 

Gəncənin Şatırçılar (Fəttahlılar) məhəlləsi

E-mail Çap PDF

 

Şatır (Su-satan) Abbas Hüseyn

Gəncənin Şatırçılar (Fəttahlılar) məhəlləsi “Dörd yol” məhəlləsinin günbatan hissəsində yerləşir. Bu gün küçə Nağı bəy Şeyxzamanlının adını daşıyır. Şatır oğuz türklərində tayfa adıdır. XVI əsrdə şəhər köhnə yerindən indiki yerinə köçürüləndə ilk olaraq burada şatır arxı çəkildi. I Şah Abbasın göstərişi ilə arxın yanında bu günkü məscid (Came məscidi) tikildi. Məscidin quzeyində, arxın sağ sahilində isə bazar salındı.

Orta əsrlərdən məlum olan idman növlərindən biri də, məhz “Şatırçılıq”dır. Şatırçılıq o zamanlar qaçış növü idi. Orta əsrlərdə idmanın bu növü ilə məşğul olanlar müxtəlif adlar daşımış və hərdən də müxtəlif işlərin icraçısı olmuşlar. Bunlar qasid, xidmətçi, oyunbaz, gözətçi, fəxri qaravul və s. işlərdə çalışmışlar. Bunların içərisində “şatır” sözü ən çox yayılmış termin olmuşdur.

“Eramızdan əvvəl belə bir adət geniş yayılmışdır ki, zadəgan və varlılar atla gedərkən mehtərlərdən iki nəfər şöhrət və hörmət əlaməti olaraq hərəsi bir tərəfdən onu müşayiət edərdilər.

X-XI əsrlərə aid tarixi mənbələrdə saray və zadəganların xidmətçilər sistemində xüsusi zamanların tərbiyəsi haqqında verilən məlumat “Şatır”ların ilk tərbiyəsinə uyğun gəlir”.

“Mərdomşünasi” jurnalı1

Şatırçılar haqqında bir qədər ətraflı məlumata Səfəvilər dövrünə aid edilən materiallarda təsadüf edilir. Bu dövrdə keçmiş dövrlərdən fərqli olaraq varlı süvari şəxsləri müşayiət edənlər mehtər deyil, şatır adı ilə tanınmışlar. Həm də onlar süvarinin sağ və sol tərəfində deyil, atın qabağınca qaça-qaça hərəkət edərdilər.

Məmməd Dadaşzadə “Azərbaycan xalqının orta əsr mənəvi mədəniyyəti”, Bakı, 1985, səh.177.

Səfəvilər dövründə “şatır”lıq xüsusi bir mədəniyyət sahəsi kimi məlumdur. Bu dövrdə “şatır”lıq bir peşə kimi nəsildən-nəsilə, atadan-oğula keçirdi.

“Mərdomşünasi” jurnalı 4

Dövlət aparatında “şatır”lıq işlərini idarə edən xüsusi təşkilat yaradılmışdı. Səfəvilər dövründə bu təşkilatın başçısı “Şatır başı” adlanırdı. Şatır tərbiyə edib yetişdirmək işinə hələ uşaqlıqdan, 6-7 yaşlarından başlanırdı. İlk dəfə yolu yeyin yerimə qaydaları öyrədilirdi. Birinci ildən sürətlə qaçmaq işinə keçirilir və ilin sonuna qədər 4 km məsafəni bir nəfəsə qaçmaq öyrədilirdi. “Şatır”lıq təliminə başlayan gənc 18 yaşına qədər hər il əvvəlki ilə nisbətən qaçış sürətini artırırdı. Nəhayət, “şatır”lığa tamamilə yiyələndikdən sonra idmançı şatırlıq adını almaq üçün xüsusi, həm də çox çətin yoxlamalardan keçməli olur. Şatırların xüsusi geyimləri olurdu.

Səyyah Şarden Səfəvi dövründə olan şatırların təsvirini belə vermişdi: “Şatırlar silindirə oxşar lakin kənarları bir qədər dərin enli dəri papaq qoyurmuşlar. Bu cür papaq onun üzünü günəşdən qoruyurdu. Papağın sol tərəfinə rəngli, bəzəkli lələk sancırdılar. Bu lələk bəzək olmaqla bərabər, həm də şatırların xüsusi əlaməti idi. Dizə qədər uzanan alt köynəyinin toxunma haşiyəli yaxası onun üstündən geyindiyi koftanın altından görünürdü. Hərəkət zamanı maneçilik törətməsin deyə koftanın ətəkləri qaldırılıb, beldəki qurşaqda bərkidilirdi. Dar şalvarın balaqlarının üstündən ağ parçadan hazırlanmış dolaq dolanırdı. Şatırların məsə oxşar yüngül ayaqqabısı olurdu. Şatırların qurşağına bir neçə zınqırov da bağlanılırdı”.

XIX əsrin ortalarında şatırlar öz funksiyalarını itirdilər. Onlar əhalinin çox olduğu meydanlarda, bazarlarda tuluqla içməli su satırdılar. Gəncədə də bu dövrdə içməli su satanlara “Şatır”lar deyirdilər. Onlar kəhrizlərdən və ya axar arxlardan tuluqlara su doldurub, “Ay ürəyi yanan, sərin su” deyə car çəkərdilər. Su satanların evi bazara yaxın olduğu üçün bu küçəyə “Şatırçılar” məhəlləsi deyilirdi.

XIX əsrin üçüncü rübündə məhəllədə xeyirxah ağsaqqal Hacı Fəttah baba yaşayırdı. Onun şərəfinə isə yerli əhali həmin məhəlləyə “Fəttahlılar” deməyə başladılar.

Məhəllədə həmçinin Hacı Ələsgərlilər, Hacı Qədimlilər, Şeyxzamanlılar və Həsən Fəttah oğlunun törəmələri indi də yaşayırlar. Bu məhəllədə “Şatır” arxından əlavə Hacı Qədimlilərin kəhrizi də var idi. Bu gün “Şatır” arxı və kəhriz məhəllə sakinlərinin həyətyanı sahələrinin içindədir.

“Şatırçılar” məhəlləsində Azərbaycan Demokratik Respublikanın qurulmasında fəal iştirak etmiş “Difai” təşkilatının üzvü Məhəmməd Bağır və Nağı bəy Şeyxzamanlı qardaşlarının və əmisi oğlu Cabbar bəy Şeyxzamanlının evi də bu məhəllədə yerləşir.

1904-1919-cu illərdə fəaliyyət göstərmiş Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin fəxri üzvlərindən biri məhz Həsən Fəttah oğlu idi. Məhəmməd Bağır bəy Şeyxzamanlı da Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin Təftiş-Komissiyasının üzvü olmuşdur.

Məhəmməd Bağır bəy Şeyxzamanlı (1880-1920) Azərbaycan Xalq Cümhuriyyətinin ilk illərində Azərbaycan Hökumətinin Əks-Kəşfiyyat İdarəsinə rəis təyin olunmuşdu. 1919-cu ilin avqust ayında isə öz xahişi ilə vəzifəsindən azad olunmuşdur. Məhəmməd Bağır bəy Şeyxzamanlı 1920-ci ildə bolşeviklər tərəfindən güllələnmişdir.

Nağı bəy Şeyxzamanlı (1883-1967) 1919-cu ilin avqust ayından 1920-ci ilin aprel ayına kimi qardaşının tutduğu vəzifədə işləməklə bərabər, “Difai” təşkilatında çalışmış və Gəncə Müsəlman Milli Komitəsinin Gənclik təşkilatının sədri olmuşdur. Gəncə Üsyanından sonra yəni, 1920-ci ildə Nağı bəy Şeyxzamanlı Türkiyəyə mühacirət edərək, 1969-cu ildə Türkiyədə vəfat etmişdir. Nəvəsi Tomris Azəri hazırda ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin sədridir.

Şeyxzamanlı qardaşlarının ortancılı İsrafil bəy Saleh bəy oğlu (1882-1956) mühasib olmuşdur. Heç bir siyasi partiyaya mənsub olmayıb. Buna baxmayaraq, dəfələrlə təqiblərə məruz qalan İsrafil bəyi Qazaxıstana sürgün edirlər. Oğlu Nizami Şeyxzamanlı isə SSRİ Kənd Təsərrüfatı Nazirliyində subtropik meyvə və üzümçülük şöbəsinin uzun müddət müdiri vəzifəsində çalışmışdır.

Hamlet Əli oğlu Allahverdiyev

 

Pravoslav kilsəsi

E-mail Çap PDF

 

DSCN3479

Gəncənin "Toyuqçular" məhəlləsinin ərazisində yerləşən Rus-Pravoslav kilsəsi 1887-ci ildə məhşur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına, Gəncənin "Haxlı" məhəlləsinin sakini Usta Cavad Məhəmmədoğlu və Usta Behbud tərəfindən tikilmişdir. Kilsənin tikintisi zamanı əsasən, gil-palçıqla yerli çay daşlarından və Gəncə memarlığı üçün ənənəvi olan qırmızı bişmiş kərpicdən istifadə olunmuşdur.   

DSCN3481

DSCN3466fotoshop

DSCN3473

DSCN3469

DSCN3470

DSCN3471

 

Fikrət Məşədi Cəmil oğlu Əmirov

E-mail Çap PDF

 

2g

_2d

1a

3a

7c

    Ayaq üstə duranlar - A.Rzayev, B.Zeydman, D.Danilov, M.Əhmədov: Oturanlar - T.Quliyev, F.Əmirov, S.Hacıbəyov, S.Ələsgərov.

Ayaq_st_duranlar_A.RzayevB.Zeydman_D.Danilov_M.hmdov_Oturanlar_T._Quliyev_F.mirovS._Hacbyov_S._lsgrov

                                                             Fikrət Əmirov (ortada) Ədürrəhman Fenişlə (sağdan ikinci) birlikdə.

F._mirov_ortada_drrhman_Fenil_sadan_ikinci_birlikd

                                                                                                           Fikrət Əmirov və Bülbül Koroğlu operasının 400-cü yubiley tamaşasında

f7F._mirov_v_Blbl_Korolu_operasnn_400-c_yubiley_tamaasndan_sonra

f16

 Fikrət Əmirov (sağdan birinci), Rəşid Behbudov, Adil İsgəndərov, Ağasadıq Gəraybəyli, Maestro Niyazi və başqaları, Moskva 1959-cu il.

F._mirov_sadan_birinci_Azrbaycan_dbiyyat_v_incsnti_ongnlynn_itiraklar_il___Moskva_1959

                                         Fikrət Əmirov və latviyalı bəstəkar E.Balsis və meksikalı dostları ilə, 1976-cı il.

F._mirov_v_latviyal_bstkar_E._Balsis_v_meksikal_dostlar_il_1976-c_il

                                                                                                        Fikrət Əmirov həyat yoldaşı Aida xanım, qızı Sevil, oğlu Cəmil. 1960-cı il.

Fikrt_mirov_hyat_yolda_Aida_xanm_qz_Sevil_olu_Cmil_il_1960

                                                                                                                                                                    Fikrət Əmirov qızı Afətlə. 1950-ci il

Fikrt_mirov_qz_Aftl.1950

                                                                                                                        Min bir gecə baletinin yaradıcıları səhnədə. Moskva 1981-ci il.

Min_bir_gec_baletinin_yaradclar_shnd_Moskva_1981

                                                                                                                              Qurban Pirimov, Fikrət Əmirov, Bəhram Mansurov.

Qurban_Pirimov_Fikrt_mirov_Bhram_Mansurov

              Soldan sağa-Fikrət Əmirov, Gennadi Rojdestvenski, Nina Derman, Riçard Ariell. London 1965-ci il.

Soldan_saa_Fikrt_mirov_Gennadi_Rojdestvenski_Nina_Derman_Riard_Ariell_London_1965

                                                                                                                       İlhamə Quliyeva, gəncəli Şirin Rzayev və Fikrət Əmirov.

Soldan_saa_lham_QuliyevaFkrt_mirov

                                                                                                                                                                                Tələbəlik illəri.

Tlblik_illri

                                                                                                                                                                                       Gəncə 1935-ci il.

Musiqi_mktbind_oxuduu_illr.Gnc_1935

                                                                                                                                                                      Fikrət Əmirov bacısı Yaxşı ilə.

Fikrt_mirov_bacs_Yax_il

                                                                                                                                    Gəncə 1935-ci il.

Gnc_1935

                                                                                                                                Musiqi məktəbində oxuduğu illər. Gəncə 1935-ci il.

Musiqi_mktbind_oxuduu_illr_Gnc_1935

 

Nürəddin bəy Seyidzadə

E-mail Çap PDF

 

(sağda Nürəddin bəy, ayaqüstə qardaşı Mirİsmayıl bəy Seyidzadə və bibisioğlu Abdulla bəy

Seyidzadə Nürəddin bəy Hacı Seyyid Hüseyn oğlu (Gəncə, 8.I.1896-14.IV.1968, Gəncə).

Atası Hacı Seyyid Hüseyn Seyyid İsmayıl oğlu bir müddət Gəncədəki Çökək hamamı işlətmişdir. Şah Abbas məscidində pişnamaz olmuşdur.

Anası Zərnişan xanım Məşədi Hidayət bəy qızı Bakı polismeysteri Rüstəm bəy Mirzəyevin və Müsavatçı Astan bəy Mirzəyevin bacısıdır.

Nürəddin bəy Seyidzadə Gəncədəki Gimnaziyanı bitirmişdir. “Türk Ədəmi-Mərkəziyyət” firqəsinin, sonradan isə Müsavat partiyasının fəal üzvü olmuşdur.

1918-1920-ci illərdə Bakı şəhəri, Səbail rayonunun pristavı işləmişdir.

Nürəddin bəy Sovet hakimiyyəti qurulduqdan sonra daim təqib və təzyiqlərlə üzləşmiş və heç bir yerdə işləyə bilməmişdir.

Qardaşı Mirİsmayıl bəy 1915-ci ildə 16 yaşında olarkən Gəncədə ermənilər tərəfindən qətlə yetirilmişdir. İsmayıl bəydə həmçinin, Gəncədəki Gimnaziyanı bitirmişdir.

Əsli Gəncənin Zərrabi məhəlləsindən olan Nürəddin bəyin qəbri Səbiskar qəbristanlığında yerləşir.

Hazırda Nürəddin bəyin 2 mərtəbəli mülkü Gəncə şəhərində Firuz Məlikov küçəsində yerləşir. 

Vüqar Həsənbəyli

 

Rəfibəylilər

E-mail Çap PDF

 

 Məşədi bəy Məmməd-Rza oğlu, qızı Sara xanım, nəvələri Qəmər (solda) və Səmayə Rəfibəylilər

Elekber_bey

"Difai" Təşkilatının yaradıcılarından biri Ələkbər bəy Rəfibəyli

Ələkbər bəyin bacısı Xədicə xanım Rəfibəyli

8

Azərbaycanın ilk Səhiyyə naziri Xudadat bəy Rəfibəyli

Xudadat bəy Rəfibəyli Tələbəlik illərində, Tiflis 1899-cu il.

Nigarin_babasi_Mirze_bey_ve_atasi_Xudadat_bey_Ref

Xudadat bəy Rəfibəyli və qaynatası Mirzə bəy Mirzə Kərim oğlu

Xudadat bəy Rəfibəylinin ali təhsil haqqında diplomu

Xudadat bəy və Cəvahir xanım Rəfibəyli, 1906-cı il.

9

Xudadat bəy Rəfibəylinin həyat yoldaşı Cəvahir xanım Rəfibəyli

Cəvahir xanım Rəfibəyli

refib

17 yaşlı Cəmil bəy (1894-1981) Bağır bəy oğlu Rəfibəyli, Gəncə Yunker-Zabit Məktəbində oxuduğu zaman, 1911-ci il.

refibeyli

Mikayıl bəy Bağır bəy oğlu Rəfibəyli və həyat yoldaşı Almaz xanım Xasməmmədova

refi

Mikayıl Bağır bəy oğlu Rəfibəyli və ömür-gün yoldaşı Almaz xanım Xasməmmədova, 30 may 1932-ci il.

refibey

Soldan: Nəsib, Almaz xanım Xasməmmədova, Böyükxanım Məhəmmədtağı qızı, qardaşı Maqsud, Firəngiz Məşədi bəy qızı, Ruqiyyə nənə və Xatın xanım. Uşaqlar: Cəmil bəy Rəfibəylinin övladları Turan və Nazim. 

Gəncəli xeyriyyəçi Mirzə Kərim bəy Rəfibəylinin nəticələri Kərim bəyin evi qarşısında.

Hadı bəy Rəfibəyli, 1895-ci il.

İsgəndər bəy Rəfibəyli

Cavad bəy Rəfibəyli

Səməd bəy (Əbdülsəməd Sayqın) Rəfibəyli

Nigar xanım Rəfibəyli

 

Gəncənin Sadan məhəlləsi

E-mail Çap PDF

 

sadan_mehellesi

Qədim Gəncənin “Sadan” məhəlləsi mənbələrdə şəhərin mərkəzində “Sofulu” məhəlləsinin daxilində, “İç Qala”nın altında, “Qaramanlı” məhəlləsinin gün çıxan hissəsində “Qapanlı” basalağının yerində göstərilir.

Tarixi mənbələrdə bu tayfa haqqında Mausey Kalankatuklu Albaniyanın bir tayfasının adının “Savdey” olduğunu yazır

(Alban tarixi I kitab, IV fəsil).

 

sadan_mehellesi_1

Azərbaycan alimləri bu tayfanın adının “Sadak” olub, erməni alimlərinin onu təhrif edib, “Savdey” kimi yazdıqlarını deyirlər. Tarixçilər bu tayfanın Qafqaz mənşəli olduğunu yazırlar. Çox güman ki, qədim türk tayfası olan “Sadak” bu gün bizim dilimizdə “Sadan” kimi tələffüz olunur. Bu tayfanın adı e.ə. 519-cu ilə aid “Bisutin” qaya yazılarında “Saklar”la yanaşı çəkilir. Belə bir tayfa vaxtilə Hunların da tərkibində olubdur.

Ehtimal ki, Albaniyadakı “Sadaklar” da e.ə. VII əsrdə Orta Asiyadan “Saklar”la birlikdə gəlmişlər, çünki, cənub-şərqi Avropada II əsrdən məlum olan Hunların içərisindəki “Sadaklar” I əsrdən Albaniyada ola bilməzdi.

(Q.Qeybullayev “Azərbaycan türklərinin təşəkkül tarixi, Bakı 1994, səh. 203”).

“Saklar”ın Orta Asiyadan gəlmələrinin marşurutunu bəzi alimlər belə qeyd edirlər:

  1. Şimali Qafqazdan cənuba doğru. 
  2. Xəzər dənizinin cənubundan şimala doğru. 

“Saklar” Albaniyanın şimal-qərbində məskunlaşdılar və adlarını sakini olduqları vilayətə verdilər. Bu vilayət tarixdə “Sakasena” adlanırdı. Yəni ki, “Saklar”ın vətəni.

“Sakasena”nın mərkəzi şəhəri bu günki qədim Gəncə şəhəri idi. Çox güman ki, “Sadan”lar Saklar qədər nüfuzlu və qüdrətli olmayıb, köç zamanı onlarla bərabər Qafqaza gəliblər.

“Sadan”ların bir hissəsi Gəncədə qalaraq, yerli tayfalarla təmasda olub, onlarla əlaqələr qurmuşlar.

Bu gün Azərbaycanın Qazax bölgəsində “Sadıxlı”, Gürcüstanın Marneuli bölgəsində “Sadaxlı” kəndləri ola bilsin ki, “Sadan” tayfasının adı ilə bağlıdır. Təəssüflər olsun ki, məlumatın azlığı ucbatından “Sadan” tayfasının varlıqları və məskunlaşdıqları məhəllə haqqında heç bir söz demək olmur. Düzünü Allah bilir.

Hamlet Əli oğlu Allahverdiyev  

 

Nizami Gəncəvinin yaradıcılığında zəhmət, əmək və əməkçi insanların tərənnümü

E-mail Çap PDF

 

 Nizami Gəncəvi çay kənarında düşünərkən. Naməlum rəssam öz əsərini Gəncədəki Nizami Gəncəvi kitabxanasına bağışlayıb.

Şərəfli əmək insanı ucaldar prinsipi əsas tutaraq Nizami Gəncəvi yaradıcılığının əsas süjet xətlərindən birini zəhmət, sənətkarlıq, ustalıq, yaradıcılıq təşkil edir. Şair bütün əsərlərində zəhmətə və əməkçi insanların yaratdıqları hər bir işi alqışlamış və bu qərara gəlmişdir ki, insan tutduğu hər bir vəzifədən asılı olmayaraq: “Vəzifə insana şan-şöhrət deyil, İnsan vəzifəyə şöhrət olmalı” devizini əsas tutmuşdur.

Nizami Gəncəvi şeirinin parçasında oxuyuruq:

İnsan yem dalınca qaçmasın gərək,

Quşdan ayıq olsun zirəkdən-zirək.

Çalış zəhmətinlə xalqının işinə yara,

Geysin əməlinlə dünya zər-xara.

Nizami Gəncəvi “Xəmsə”sinin birinci əsəri “Sirlər Xəzinəsi” bu baxımdan diqqəti cəlb edir. Əsərdəki qoca, yaşlı bir kişinin kərpic kəsərək öz əməyi və zəhməti ilə çörək pulunu qazanması, başqalarına əl açmaqdan daha üstün tutulur.

“Kərpickəsən kişi və cavan” hekayəsində bu fikri daha aydın görürük:

Şam şəhərində xeyli qoca bir kişi vardı,

Pəri kimi, cin kimi camaatdan qaçardı.

Toxuyardı özünə yaşıl otlardan köynək,

O, ruzi qazanardı hər gün kərpic kəsərək.

Cavan bir oğlanın kənardan buna diqqət yetirib, onun əziyyətinə qatlaşması qocaya acıması kimi səciyyələnir. Cavan qocaya deyir ki, səndən bir qarın çörəyi heç kəs əsirgəməz, özünə bu qədər əziyyət vermə. Müdrik qoca cavab verir ki, əlimi bu zəhmətə öyrətdim ki, heç kəsə əl açıb möhtac olmayım. Bu, əlbəttə şairin özünün ideyasıdır ki, insan öz zəhməti ilə ucalmalı və onun nəticəsində yaşayışını təmin edib, özgələrdən asılı olmamalıdır.

Nizami Gəncəvi “Xəmsə”sinin ikinci əsəri “Xosrov və Şirin” bu baxımdan daha da maraqlıdır. Filosof şair göstərir ki, sənətə, işə adi yanaşmaq olmaz. Əvvəlcə gərək onu sevib, onun sirlərini öyrənəsən sonra isə onu özünə meyar seçəsən. Şair əsərdə qeyd edir ki, Fərhad adi bir külüngü götürüb dağ çapan insan deyil, o, bu sənətin sirlərini Çində öyrənmişdir. Nizami Gəncəvi yazır:

Çində öyrəndik biz bu sənəti,

Şapur qələm götürdü, mənsə tişəni.

Şairə görə rəssamlıq və fəhləlik hər ikisi zəhmət tələb etdiyindən şərəflidir.

Nizami Gəncəvi “Xəmsə”sinin üçüncü böyük əsəri “Leyli və Məcnun”dur ki, şair burada ərəb şifahi xalq ədəbiyyatından bəhrələnmişdir. O, insanların əkinçi-biçinçiliyindən, böyük zəhmət hesabına səhra torpaqlarında min bir əziyyət çəkib məhsul yetişdirib öz yaşayışlarını təmin etməkdən qürur duyduqlarını böyük həvəslə qələmə almışdır. Bu sadə iş adamlarının işə münasibətini yüksək qiymətləndirmişdir. Ümumiyyətlə, qeyd etmək yerinə düşər ki, bu hal Nizami Gəncəvi “Xəmsə”sinin bütün əsərlərində özünü bariz şəkildə göstərir.

“Yeddi gözəl” poemasına nəzər salsaq görərik ki, Şah camaatı cəzalandırmaq üçün yırtıcı itlər saxlatdırır. İtlərin baxıcısı bir gün düşünür ki, şahın qəzəbi məni tutsa, məni də bu itlərə yem etdirəcəkdir. Bu üzdən o, itlərə əlavə yemək verir, onlara yaxınlaşıb onları tumarlayırdı. Günlərin birində şahın öz it baxıcısına acığı tutur və əmr edir ki, onu itlərə atsınlar. Nökərlər belə də edirlər. Ancaq nökərlər baxıb görürlər ki, itlər baxıcıya dəymir və dövrəsində fırlanıb quyruq bulayırlar. Hamısı məəttəl qalıb bu xəbəri şaha çatdırırlar. Şah çaşıb qalaraq əmr edir ki, cavan oğlanı onun yanına gətirsinlər görək bu necə işdir? Oğlanı gətirirlər, şah soruşur indiyə qədər bu itlərin dəymədiyi yeganə adam sənsən. Necə oldu ki, bu itlər səni parçalamadılar? Oğlan cavab verir ki, mən onlara əlavə zəhmət çəkdim, qayğı göstərdim, onlar da bunu hiss edib mənə dəymədilər. Siz isə illərlə zəhmət çəkib sizə sidq ürəklə çalışdığıma baxmayaraq, mənim əməyimə qiymət verə bilmədiniz. Şah, zəhmət və əməyin insan həyatındakı mühüm yerini görüb oğlanı bağışlayır.

Nizami Gəncəvinin dahiliyi ondadır ki, öz öyüd, nəsihətləri ilə əmək və əməli işin insan həyatında xüsusi bir önəm təşkil etdiyini şeriyyətin cilvələnmiş gözəlliyi ilə verilməsidir.

Şairin sonuncu fəlsəfi əsəri “İsgəndərnamə” də bu nöqteyi-nəzərdən maraqlıdır. Nizami Gəncəvi yunan sərkərdəsi, dünyanın xeyli hissəsini fəth etmiş bir tanınmış şahı Azərbaycana gətirməklə bu yerlərdə yaşayan insanların vətəninə, torpağa, zəhmətə necə vurulduğunu göstərməyə nail olmuşdur. İsgəndər Azərbaycana gəlib buradakı insanların əkinçilik, maldarlıq, sənətkarlıq işləri ilə necə uğraşdığının şahidi olur. O, yolboyu insanların əmək cəbhəsində necə cəfakeşliklə işlədiklərini görür və bu ölkə haqqında tam müsbət fikirdə olmaq ideyasını özündə təsdiqləyir. Hər şeydən əvvəl Nizami Gəncəvi vətəni və vətəndaşlarını daim belə görmək istəyir. Atalarımızdan qalma bir misal var ki, “İş insanın cövhəridir” prinsipinə Nizami Gəncəvi çox dəqiq və həssas yanaşır. Elə “Xəmsə”sindəki misallar buna bariz nümunədir. Nizami Gəncəvi poeziyasının ana xəttini humaniz və əmək təşkil edir. Onun hər söz, kəlam, misra və beytində buna təsadüf edirik:

Eşqinlə atəşə dön, nifrətinlə buza dön,

Elm yolunda külə dön, aya dön, ulduza dön!

 

Hər əməlin üstündən sanma keçəndi dövran,

Hər yaxşını, yamanı gözəl seçəndi dövran!

 

Qana qəltan etsə də səni zəhmət tikanı,

Çalışmaqdan usanma, işə alışdır canı.

 

Bu nə tənbəllikdir, giriş bir işə,

Bekarlıq insanı sıxar həmişə.

Beytlərdən də göründüyü kimi Nizami Gəncəvi fəlsəfəsinin əsasını zəhmət, əmək təşkil edir. Şairə görə bu işdə çətinlik varsa, sonunda rahatlıq da mövcuddur. Bir sözlə Nizami Gəncəvi bəşəriyyətin rifahını çalışqanlıq, onu əmək və zəhmətsiz təsəvvür etmir.

Cahan Ağamirov

GDU-nun fars dili müəllimi, Nizamişünas

 


AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort