• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt
Ana səhifə

Qızıl Hacılı məscidi

E-mail Çap PDF

 

1

2

3

 

Xəlfəli məscidi

E-mail Çap PDF

 

1

2

3

 

Qırıxlı məscidi

E-mail Çap PDF

 

1

 

2

3

 

Bala Bağban məscidi

E-mail Çap PDF

 

1

DSCN2541

 

Ozan məscidi

E-mail Çap PDF

 

1

2

3

 

Hüseyniyyə (Tatlar) məscidi, (XIX-cu əsr)

E-mail Çap PDF

 

1

2

3

4

5

6

7

8

9

 

Tuyuqçu (Mülkədarlılar) məscidi

E-mail Çap PDF

 

1

2

3

4

 

Şahsevənlər məscidi

E-mail Çap PDF

 

1

2

3

 

Zərrabi məscidi

E-mail Çap PDF

 

1

2

3

4

 

İran ədəbiyyatşünaslığında Nizami Gəncəvi irsinin öyrənilməsi

E-mail Çap PDF

 

nizami_gen

Hər bir xalqın kiçikliyindən və böyüklüyündən asılı olmayaraq dünyaya bəxş etdiyi əvəzsiz dahilər vardır. Azərbaycan xalqının da yetişdirdiyi Gəncəli Nizami Gəncəvi bunların arasında öz istedadı ilə ən gözə çarpanıdır. Elmi və zəkasının vurğunu olduğumuz bu şəxsiyyətin ölməz Xəmsəsi bütün dünyaya səs salmış, şairə cahanşümulluq, dahi, mütəfəkkir, həkim, Şeyx kimi yüksək titulları qazandırmışdır.

Nizami Gəncəvi “Xəmsə”si dünyanın təxminən bütün dillərinə tərcümə olunmuş və indi də sevilə-sevilə oxunmaqdadır. Bu, ölməz bir xəzinədir. Elmlə şeriyyatın vəhdətindən yaranan bu poeziya, uzun zaman ayrı-ayrı mütəxəssislərin tədqiqat obyektinə çevrilsədə, bu günə qədər lazımınca öyrənilməmiş, öz həqiqi qiymətini ala bilməmişdir. Nizami Gəncəvi “Xəmsə”sində tarix, ədəbiyyat, dil, fəlsəfə, riyaziyyat, biologiya, astronomiya, rəssamlıq, heykəltəraşlıq sahələrindən də bəhs etmişdir. Nizami Gəncəvi eyni zamanda da poliqlot bir insan kimi özünü göstərmişdir. O, türk, kürd, fars, ərəb və yunan dillərini kamil bilmişdir. Nizami Gəncəvinin farscası çox səlis bir tərzdə öz ifadəsini tapmışdır. Xəmsədə işlətdiyi türk sözləri və Azərbaycan zərbi-məsəlləri nəinki farscaya xələl gətirmir, hətta bu dili daha da rövnəqləşdirmişdir.

Nizami Gəncəvi poeziyasının təsir qüvvəsi bütün Şərq aləminə və Qərb dünyasına öz təsir qüvvəsini göstərmişdir. Dünyanın məhşur şairləri Nizami Gəncəvidən bəhrələnmişdir. Tanınmış özbək şairi Əlişir Nəvai Nizami Gəncəvidən güc alaraq özünün Xəmsəsini türkcə yazmışdır. Alman şair-filosofu Hote Nizami Gəncəvini “poeziyanın allahı” adlandırmışdır. Nizami Gəncəvini tədqiq edən alimlərin arasında ona ən dəyərli fikirləri sözün əsl mənasında böyük rus şərqşünası, akademik Bertels vermişdir: “Nizami Gəncəvi öz poeziyası ilə bəşəriyyətin illərlə arzuladığı ədalət, bərabərlik, humanizm, azadlıq, sülh ideyalarını bizə miras qoyub getmişdir. Biz ondan daha nə istəyə bilərik...?”.

Son illər İran ədəbiyyatşünaslığında Nizami Gəncəviyə daha real yanaşmanın şahidi oluruq. Oxuduğumuz əsərlərin içərisində mütəfəkkir şairimiz Nizami Gəncəvinin Gəncə şəhərində anadan olması, təhsilini də burada alması və Gəncədən də kənara çıxmaması müasir İran alimlərindən Ə.Zərrinkub, B.Zəncani və K.Əhmədnejadın yaradıcılığında öz əksini tapmaqdadır.

Onu da qeyd etmək yerinə düşər ki, böyük rus şərqşünası, akademik Bertels və azərbaycan alimləri Həmid Araslı, Rüstəm Əliyev bu sahədə xeyli iş görmüş, Nizami Gəncəvinin azərbaycan türkü olmasını və xalqımızın böyük şairi olduğunu elmi şəkildə sübut etmişdir.

Nizami Gəncəvi 536-cı ildə (1141) təvəllüd etmiş və 605-ci ildə (1209) dünyasını dəyişmişdir.

«Nizami Gəncəvi əsri»

VI əsrin ikinci yarısında Azərbaycanda (Arran və Azərbaycan) çox rövnəq şeir və şairlər mövcud idi. Ancaq bu şairlərin öz mətləbləri yox idi. Onlar ancaq saraq şairləri olaraq hökmdarları vəsf edir, ya da bir-biriləri ilə yarışa girirdilər. Zindanlara yol tanımayan bu şairlər müəllim-şagird kimi bir-birini tərənnüm edirdilər. Lakin bəzən biri digərinin yazdığı ölümünə səbəb olurdu.

Bu dövrdə Səlcuq qələmindən çıxmış Nizami Gəncəvi meydana gəlmişdi ki, o, başqalarından fərqlənirdi. Bu, elə bir dövr idi ki, Səlcuqların hakimiyyəti sona çatmış və onların hökümətləri kişik məhəlli bölgələrə parçalanmışdı. Bu Səlcuqlar türkmənlərin ğəz (əğəz) tayfalarından olub Seyhun və Ceyhun çaylarının arasında Xəzər və Aral sahillərində çadırlarda həyat sürürdülər. Onların məşğuliyyəti heyvandarlıq idi ki, bu isə onların yaylaqdan qışlağa getməsinə səbəb olurdu. Səlcuqlar yayda Səmərqənddə, qışda isə Buxarada qalmağa üstünlük verirdilər. Mahmud Qəznəvi dövründə onları xərac verməyə cəlb etmişdilər. Mahmudun ölümündən sonra onun oğlanları Məhəmməd və Məsud bir-biriylə çəkişməyə başladılar, nəticədə Məsud məğlub oldu, Abbasi xəlifəsinin Xorasandakı taxtını ələ keçirib, Toğrul Mikayıl oğlunun rəhbərliyi ilə ta Bağdada qədər irəlilədilər, onun canişini Alp Arslan Səlcuqların inkişafında böyük rol oynayırdı.

Bu dövrdə Azərbaycan Atabəylərin hicri-qəməri 531-ci ildə Şəmsəddin Eldəgizin rəhbərliyi ilə qüdrətli bir dövlət yaratmışlar. Onun oğlu Cahan Pəhləvan İraqdan Azərbaycana qədər hicri-qəməri 568-581-ci illərdə hakimiyyət qurdu. Ondan sonra qardaşı Qızıl Arslan onun yerini tutub hicri-qəməri 581-587-ci ilə qədər bu rəhbərlik etmişdi. Bundan sonra isə hakimiyyət Cahan Pəhləvanın oğlu Nüsrəddin Əbubəkrə, nəhayət o biri oğlu Müzəffərəddin Özbəkə keçib davam etmişdir.

Azərbaycan Atabəyləri şairlərə xüsusi maraq göstərirdilər və o zamanın tanınmış şairləri Zəhir Farabi, Mücirəddin Beyləqani, Xaqani Şirvani onların məclislərində iştirak edirdilər. Nizami Gəncəvi də “Xosrov və Şirin”, “İsgəndərnamə” əsərlərini Atabəylər sarayında onlara hədiyyə etmişdir. Nizami Gəncəvi dövründə Şirvanşah Səlcuqların hakimiyyəti zamanı Xaqan Əkbər, Mənüçehr və onun oğlu Axistan şeir, sənət vurğunu idilər. Onlar Əbü-Üla Gəncəvi, Xaqani, Fələki kimi şairlərə qiymət verirdilər. Lakin Nizami Gəncəvi bunların fövqündə dayandığı üçün məhz Axistan İbn Mənüçehr “Leyli və Məcnun”u yazmağı ondan xahiş etmiş, Nizami Gəncəvi də bu xahişə əməl etmişdir. Onu qeyd etmək yerinə düşər ki, əsərin kim tərəfindən və necə sifariş edilməsindən asılı olmayaraq, misilsiz şairlik istedadına malik olan Nizami Gəncəvi ədəbiyyat aləminə gözəl bir əsər bəxş etmişdir. Bu rəvayət hekayə şəklində Ərəbistandan bütün Şərqə keçsə də, Nizami Gəncəvi şeriyyatı bunu daha da rövnəqləndirmişdir. Nizami Gəncəvinin əsərləri qonşu Gürcüstan və Ermənistandan daha çox İranı maraqlandırmışdır. Çünki, bu ölkə şeirə daha çox meyilli idi və şeirin mərkəzi hesab olunurdu. Digər tərəfdən Nizami Gəncəvinin farsca yazması bunu daha real edirdi.

Azərbaycan da bu dövrdə İslamı qəbul etmiş olsa da, sufilik çox yayılmışdır. Nizami Gəncəvi tam sufi olmasa da, onu sufilikdən kənar da tutmaq olmaz. Gəncə o zaman böyük şəhər olaraq inkişafda idi. Nizami Gəncəvi belə bir mühitdə dünyaya göz açmış, əsərlərində bu mühitin siyasi, ictimai və iqtisadi mənzərəsini əks etdirmişdir. Lakin Nizami Gəncəvi nə qədər dəvət alsa da, o saraya gedib “saray şairi” olmaqdan imtina edib, sərbəst olmağa üstünlük vermişdir. O, saraya getməyərək hər şeydəın azad olmuş və istədiklərini daha dəqiq təsvir etmişdir. Bunu Ripka “İran ədəbiyyatı tarixi” əsərində və Bertels “Böyük Azərbaycan şairi” geniş məqaləsində açıq-aydın göstərmişdir. Nəticə etibari ilə belə bir fikrə gəlmək olar ki, Nizami Gəncəvi ideyalarını heç bir təsir almadan həyata keçirməyin üstün olduğunu nəzərdə tutmuşdur.

«Nizami Gəncəvinin söz yaradıcılığı»

Nizami Gəncəvi şerinin səbkisi Xorasan və İraq şeir formaları arasındadır. Əgər fars şeir dilini Xorasan, İraq, Hind məktəbi ilə müqayisə etsək onda belə qənaətə gələrik ki, Nizami Gəncəvi poeziyası İraq şeir nümunələrinin bariz oxşarıdır. Onun məsnəvi, ürəyəyatan, düzülüş qaydası xeyli ərəb kəlmələrinin işlədilməsi buna dəlalət edir. Bununla belə şeirdəki fars üslubu Nizami Gəncəvinin öz dəsti-xətti olması, hətta Qərb təmayüllü və Yunan forması da özünü göstərir. Sokratdan əvvəlki fəlsəfə və islam dəyərləri Nizami Gəncəvi yaradıcılığında özünü büruzə verir. Digər tərəfdən elmi islahatlar, xüsusilə astronomiyaya bələdlik onun əsərlərində özünü tam göstərir. Nizami Gəncəvinin saraydan uzaq olmasına gətirib çıxardır ki, bu da şairin yaradıcılığına müsbət təsirsiz ötüşməmişdir. Bu isə onun şahlara mədh yazmaqdansa da, əxlaq, hikmət və cəmiyyətin real həyatından yazmağa imkan vermişdir. Nizami Gəncəvi şeriyyatının gücü ondadır ki, o acı, mənfi işləri göstərsə də, əsas etibarilə işıqlığa can atan sənətkar kimi özünü göstərmişdir. Əksər vaxt da xeyrin şər üzərindəki qələbəsi, haqqın nahaqqa qalibiyyətini deməklə öz ideyalarını tərənnüm etmişdir. Bunları söyləməyə hünər tapmışdır. Onun ilk əsəri “Sirlər Xəzinəsi”, sonuncu dastanı “İsgəndərnamə”dən fərqlənsə də, öz aralarında bir həmahənglik təşkil edir. Nizami Gəncəvi cavanlıqdan bir əxlaqı götürüb sona qədər də onunla gedir. Bədii şeir təsvirinə gəlincə, Nizami Gəncəvi qədər onu ilahi bir qüvvəyə çevirə biləcək bir şəxs və yaxud bir şairə rast gəlmək müşkül məsələdir.

Araşdırmalar onu göstərir ki, hazırda müasir İran ədəbiyyatşünaslığında gəncəli Nizami Gəncəvinin Azərbaycan şairi olduğu daha çox gündəmə gəlir. Təbiidir ki, bu isə bizi qane edir.

Cahan Mirbaba oğlu Ağamirov

 


AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort