• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt
Ana səhifə

İsgəndərov Adil Rza oğlu

E-mail Çap PDF

 

Azərbaycanın görkəmli teatr və kino xadimi, SSRİ xalq artisti (1959-cu il), Azərbaycanın əməkdar incəsənət xadimi (1938-ci il), SSRİ Dövlət mükafatı laureatı (1948-ci il), Azərbaycanın xalq artisti, (1943-cü il) Adil Rza oğlu İsgəndərov 1910-cu ildə Gəncə şəhərində anadan olmuşdur. Gəncə Gimnaziyasında oxuyarkən teatra, incəsənətə böyük həvəs göstərirdi. Bir müddər Gəncə Dram Teatrının səhnəsində çıxış etmişdir.

1931-ci ildə Bakı Teatr Texnikumunu daxil olaraq, ilk əmək fəaliyyətinə Azərbaycan Dövlət Dram Teatrında başlamışdır. 1936-cı ildə Moskva Dövlət Teatr İncəsənəti İnstitutunu bitirmişdir. 1932-1936-cı illərdə Adil İsgəndərov oxumaqla bərabər, E.Vaxtanqov adına Moskva Teatrında rejissorluq təcrübəsində olmuşdur.

1936-1960-cı illərdə Adil İsgəndərov Azərbaycan Dövlət Dram Teatrında rejissor, baş rejissor və direktor olmuşdur. 1966-1974-cü illərdə isə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktor olmuşdur.

Adil İsgəndərovun ilk quruluş verdiyi A. Korneycukun "Platon Krecet" və M.İbrahimovun "Həyat" pyesi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Azərbaycan Dövlət Dram Teatrında işlədiyi 25 il ərzində Səməd Vurğunun "Fərhad və Şirin", "Vaqif", Cəfər Cabbarlının "Aydın", "1905-ci ildə", Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz", Məmmədxanlının "Şərqin şəhəri", Vilyam Şekspirin "Otello", M. Hüseynin "Cavanşir" və başqa əsərlərə quruluş vermişdir.

Adil İsgəndərovun teatrda Səməd Vurğunun "Vaqif" dramına verdiyi quruluş yaradıcılığının zirvəsi olmuşdur. Adil İsgəndərov Azərbaycan Opera və Balet Teatrında və Rus Dram Teatrında da əsərlər tamaşaya qoymuşdur. Adil İsgəndərovun aktyor kimi kinoda da xidmətləri çox böyükdür. “O olmasın bu olsun”, “Bir məhəlləli iki oğlan”, “Qanun naminə”, “Axırıncı aşırım”, "Qara daşlar", "Uzaq sahillərdə", "Məhəbbət dastanı", "Romeo mənim qonşumdur", "Dərviş Parisi partladır", "Məhəbbətim mənim, kədərim mənim" filmlərində yaddaqalan və əvəzolunmaz obrazlar yaratmışdır. Quruluşçu rejissor kimi, "Əhməd haradadır" filmini çəkmişdir. Adil İsgəndərov 1937-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunda işləmiş, 1956-cı ildə professor elmi adına layiq görülmüşdür.

Adil Rza oğlu İsgəndərov dəfələrlə Azərbaycan SSRİ Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur.

İsgəndərov Adil Rza oğlu 1978-ci ildə Bakıda vəfat etmişdir.

 

Əhməd Cəfəroğlu

E-mail Çap PDF

 

Əhməd İsmayıl oğlu Cəfərzadə 1899-cu il aprel ayının 17-də Gəncənin Zərrabi məhəlləsində anadan olmuşdur. Əhməd üç yaşında olarkən atası İsmayıl kişi vəfat edib. 1905-ci ildə anası ilə birlikdə Əhməd Səmərqəndə köçür. İbtidai təhsilini Səmərqənddə alır. Bir müddət sonra Əhməd ailəsi ilə birlikdə Gəncəyə qayıdır və 1909-1916-cı illərdə Gəncə Gimnaziyasında oxuyur. 1916-cı ildə Kiyev Kommersiya İnstitutunun iqtisad fakültəsinə daxil olub, 3-cü kursdan sonra vətənə qayıdaraq 1919 cu ildə ADU-da oxumuşdur.

Rusiyadakı inqilabi hərəkatla bağlı Kiyevdə təhsilini yarımçıq saxlay

an Əhməd Cəfəroğlu Gəncəyə qayıdıb könüllü olaraq Qafqaz müsəlman ordusunda artilleriya zabiti kimi xidmət edir. 1918-ci il sentyabrın 15-də Bakını Azərbaycanın paytaxtı elan edənlərin arasında kiçik topçu zabiti Əhməd də var idi.

1920-ci ildə Bakıda kommunist rejimi qurulduqdan sonra Əhməd Cəfəroğlu Gürcüstana sonra Türkiyəyə getmiş, burada təhsilini davam etdirmişdir.

1925-ci ildə İstanbul Universitetinin dil və ədəbiyyat fakültəsini bitirmişdir. 1929-cu ildə əmək fəaliyyətinə İstanbul universitetində başlamışdır. Uzun illər türk dili tarixi kafedrasına rəhbərlik etmişdir. 50 monoqrafiyanın, 600-dən çox elmi işin müəllifidir.

Əhməd Cəfəroğlu Nizami Gəncəvi, Xaqani Şirvani, Məhəmməd Füzuli, İmaməddin Nəsimi, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Mirzə Cəlil Məmmədquluzadə, Məhəmməd-Əmin Rəsulzadə, Ömər Seyfəddin, Tofiq Fikrət, Rəşad Nuri Güntekin, Xalidə Edip, Aka Gündüz, Yaqub Qədri və başqa Azərbaycan, türk və fars yazıcılarının həyat və yaradıcılığını tədqiq etmişdir.

1932-ci ildə "Yurd bilgisi" jurnalını təsis edərək onun ilk redaktoru olmuşdur. O, öz əsərlərini mükəmməl bildiyi macar, Azərbaycan, alman, fransız, rus, ispan, fars, italyan, polyak və türk dillərində yazmışdır.

Türkiyədə 1942-1943-cü illərdə «Türk amacı» dərgisinin və «Türk dili və ədəbiyyatı məcmuəsinin» redaktoru olub.

Əhməd Cəfərzadə uzun illər Azərbaycan siyasi mühacirətinin fəallarından olub, yazdığı məqalələrin adları hər şeyi deyir: «Azərbaycanın böyük matəmi-27 nisan», «28 mayıs 1920», «Tarixin ilk Türk Cümhuriyyəti Azərbaycan» və s.
Əhməd Cəfəroğlu bu qədər işin içində imkan taparaq Azərbaycan ədəbiyyatı tarixini, folklorunu da araşdırıb. Cəmi 3 əsərinin adını çəkmək olar: «Azərbaycan Xalq ədəbiyyatında Aşıq Qərib dastanı», «XVII əsr Azəri şairi Məlik bəy Avçı», «Böyük Azəri türkçüsü Mirzə Fətəli Axundzadə» və s.
Əhməd bəyin Türk dili tarixi və türk dialektologiyasına dair araşdırmaları bu gün də Türkiyədə təkrar təkrar çap edilərək, dərslik kimi istifadə olunur.
Əhməd Cəfəroğlu bir sıra Avropa və Asiya yazıcı və şairlərinin əsərlərini turk dilinə tərcümə etmişdir.

Əhməd İsmayıl oğlu Cəfərzadə Macarıstanın və Polşanın Elmlər Akademiyalarının müxbir üzvü və bir sıra beynəlxalq türkoloji cəmiyyətlərin fəxri üzvü olmuşdur. O, İspaniyanın "De Alfonso Sabio" və Türkiyənin bir sıra yüksək ordenləri ilə təltif olunmuşdur.

Filologiya elmləri doktoru, professor, türkoloq Əhməd Cəfəroğlu vətən həsrəti ilə 1975-ci ilin yanvar ayının 6-da İstanbulda vəfat etmişdir.

Əhməd Cəfəroğlunun qızı Nazan xanım Ölçər hazırda İstanbuldakı Sabancı Muzeyinin rəhbəridir.

 

Səfərabad məscidi

E-mail Çap PDF

 

DSCN3814

Gəncənin Səfərabad məhəlləsində yerləşən eyni adlı məscid, təəssüflər olsun ki, məscid bu gün sağlamlıq mərkəzi kimi istifadə olunur. 

 

Şah Abbas (Cümə) məscidi

E-mail Çap PDF

 

minare_1

minare_3

minare_4

mescid_1

mescid_2

mescid_3

mescid_4

mescid_arxa_1

mescid_arxa_2

mescid_baliq

 

Molla-Cəlilli məscidi

E-mail Çap PDF

 

Top.mescidi

top.mescidi_2

Gəncənin Molla-Cəlilli məhəlləsində yerləşən eyni adlı məscid 1906-cı ildə məhəllə sakinləri tərəfindən tikilmişdir.

 

Gəncədə büstlər

E-mail Çap PDF

 

Mehemmed_Hadi

M.Hadi

Məhəmməd Hadi

N.Narimanov

Nariman_Narimanov

Nəriman Nərimanov

m.sabir

mirze.sabir

Mirzə Ələkbər Sabir

H.Z.Taqiyev

Haci_Zeynaladidin

Hacı Zeynalabdin Tağıyev

Ruzigar

Ruzigar_bulaq

Gəncənin ilk şəhidi Ruzigar Qasımov

 

Gəncədə ucalan heykəllər

E-mail Çap PDF

 

nizami_2
nizami_1

Nizami Gəncəvi

nizami_Gencevi

nizami_xemse

Nizami Gəncəvi

Fuzulu_1

fuzuli parki1

Məhəmməd Füzuli

 

Gəncənin “Bala Bağban” məhəlləsi

E-mail Çap PDF

 

Bala Bağban məhəlləsi güneydən Todanlı, Böyük Bağban, quzeydən Ozan, gün çıxandan Gəncə çayı, gün batandan Böyük Bağban və Həlvəhəsənli məhəllələri ilə həmsərhəddir. Məhəllədə Rəfibəylilər, Abidlilər, Məşədi Qulular, Qara Namazlılar, Nazaralılar, Hacılar, Müşkillər və s. nəsillər yaşayır.

Məhəllənin quzey hissəsində küçədə gecələr işıqların yanmadığı bir vaxtlar sakinlər gecə itlərini açıb buraxardılar. Yoldan keçən yolçulara itlər narahatçılıq törədərdilər. Elə buna görə də məhəllənin bu hissəsinə “İtli küçə” deyilərdi.

Məhəllə sakini Akif Rəfiyev Rəfibəylilərin ulu babalarının 500 il bundan öncə Cənubi Azərbaycanın Təbriz şəhərindən gəlmələrini və Təbriz üzüm sortunun da onların Gəncəyə gətirdiyini söyləyir. Onun deməsinə görə, ulu babalarının Səfəvilərin hakimiyyətə gəlməsində xidmətləri olub.

Məhəllənin yerli sakinləri çox güman ki, indiki əraziyə qədim Gəncədən gəliblər. Məhəllə sakinləri calaqçılıq, meyvəçilik, tərəvəzçilik və heyvandarlıqla məşğul olublar. El arasında “Bala Bağban” sakinlərinə zarafatla “Calaq oğrusu” da deyirlər.

Tarixi məxəzlərdə Gəncə öz ipəyi ilə məşhur olub. Gəncədə ipəkçiliyin tarixi çox qədimdir. Burada istehsal olunan “Ərəş” ipəyi Yaxın və Orta Şərq dövlətlərində çox məşhur idi. Məhəllədə calaqçı Qədir, İsmayıl kişi məşhur idilər. Məhəllə sakinlərinin əkin yeri Qızıl qaya və Todanlıda olub. Onların üç su dəyirmanı var idi. İki daşlı “Tümən” dəyirmanı, üç daşlı “Söyüdlü”, iki daşlı “Aşırqulu” dəyirmanları Gəncə çayının suyu ilə işləyirdi. “Tümən” dəyirmanının xərabəliyi indi də durur. Məhəllədən Hacı Mir Qasım ağa və “Ozan” kəhrizi keçirdi. Bu kəhrizlərin üstündəki quyular indi də durur. Hacı Mir Qasım ağa kəhrizi hazırda da işləyir. Kəhrizin üstündəki quyular “El yolu” adlı indiki İsmət Qayıbov küçəsində yerləşir. Hacı Mir Qasım ağa kəhrizi 1914-cü ildə, “Aşır Qulu” və “Ozan” kəhrizləri XIX yüzilliyin ortalarında çəkilib.

Məhəllədə yaşayan Rəfibəylilərdən Mirzə bəy Rəfibəyli 1874-cü ildə Sankt-Peterburqda ali təhsil almışdır. Onun atası Mirzə Kərim bəy isə rus ordusunun zabiti idi. Onun təşəbbüsü ilə Bala Bağbanlı Hacı Habil, Məşədi Səfər oğlu Həsənin təşkilatçılığı ilə məhəllə sakinlərinin maddi vəsaiti hesabına 1883-cü ildə Bala Bağban məscidi tikildi. Məscidin axundu Gəncədə gözəl avaza malik, mərsiyaxan Kərbalayi Molla Möhsüm olmuşdur.

Rəfibəylilərin bəxtinə həbslər, sürgünlər yazılsa da onlar hər yerdə nəslin adına layiq yol tutmuşlar. Mahmud bəy Rəfiyev Stalin mükafatına layiq görülüb. Bu nəslin nümayəndələrindən biri də Azərbaycanın xanım şairəsi Nigar xanım Rəfibəyli idi. Bala Bağbanda Ələkbər bəy, Cavad bəy, Bağır bəy Rəfibəylilər kimi şəxsiyyətlər yaşayıblar. Ələkbər bəyə Gəncəlilər “Millət atası” deyərdilər. Mərhum “Difai” partiyasının Gəncədə yaradıcılarından biri idi. Şəhərdə onun xeyirxahlığı haqqında el arasında indi də xoş sözlər söylənilir.

Türk ordusunun zabiti Hüsaməddin Tuğac yazır:

“Gəncənin yaşlı fəqət çox dəyərli və təcrübəli bir Ələkbəri daha vardı. Soyadı Rəfibəyli idi. Dostlarım məni bu zatın evinə apardılar. Elə ilk görüşməmizdən aramızda yaxın və səmimi bir yaxınlıq yarandı. Ən böyük diləyi ölməzdən öncə Türkləri və türk ordusunu görmək olduğunu duyğulu sözlərlə deyirdi: Bu təmiz diləyi gerçəkləşəcəkdi bir neçə ay sonra türk ordusunu Gəncədə gördü, az sonra da öldü”.

1914-cü ildə yaradılmış Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin fəxri üzvləri siyahısında Ələkbər bəy, Bağır bəy, Məşədi Əsgər və Xudadat bəy Rəfibəylinin adları var. Onlar ayda cəmiyyətə 20 manat üzvlük haqqı verirdilər.

“Sovet tarixçiləri Azərbaycan xalqının qəhrəman oğullarının adlarının unudulması üçün əllərindən gələni edirdilər. Bu səbəbdən Azərbaycanda Ələkbər bəy kimi yüzlərlə igidin adları “adsız” şəhidlər siyahısına qarışmış və yox olmuşdur”.

Hüseyn Baykara “İstiqlal mücadiləsi”, İstanbul.

Mərhum Ələkbər bəyin oğlu Xudadat bəy Xarkov Tibb Universitetini bitirib, Gəncədə cərrah işləyirmiş. Deyilənə görə, kasıb xəstələrə öz pulu ilə dərman alarmış. Cümhuriyyət dövründə səhiyyə naziri, sonra isə Gəncənin general qubernatoru oldu. Oğlu Səməd bəy (Sayqın) Türkiyəyə mühacirət etdi və orada türk ordusunda general (paşa) rütbəsinə kimi yüksəldi.

Cavad bəy Hadı bəy oğlu Rəfibəyli isə Gəncə Gimnaziyasını medalla bitirib, 1911-ci ildə Müqəddəs Vladimir adına Kiyev İmperator Universitetinin tarix-filologiya fakültəsinə qəbul olunmuşdur. Müsəlman olduğu üçün onun rus dilindən dərs demək imtiyazı olmur. Ona görə də o, Saratovda tarix-filologiya üzrə Sınaq Komissiyası qarşısında imtahan verib II dərəcəli diploma layiq görülür.

Dövlət İmtahan Komissiyasından Cavad bəylə əlaqədar bir sənəd qalıb: Professor Vixirin imzaladığı qısa xasiyyətnamə: “Он был женат на русской девочке. Азиатская хитрость. Отлично владеет русским, немецким, латинским, французким языком. Жалко не словянин”.

R. Hüseynov. “Rəfibəylilər”. Bakı, 1996, səh. 549.

Bağır bəy Rəfibəyli Gəncə şəhər bələdiyyəsinin qərarı ilə “Mirab”lıq edirmiş. O da xeyirxah, millət sevər bir şəxs imiş, 1927-ci ildə rəhmətə gedib.

Rəfibəylilər nəslinin nümayəndələri Qazaxıstanda, Qırğızıstanda, Rusiyada, İranda, Tür­kiyədə mühacirət həyatı keçiriblər. Onların bəxtinə həbslər, sürgünlər yazılıb.

“Sovet hakimiyyəti dövründə doqquz dəfə sürgünə, həbslərə uğradılmış, dünyanın dörd bucağına səpilməyə məcbur olmuş bu nəslin yetirmələri harada olsalar da, daima soyadlarının yüksək mənəvi keyfiyyətlərinə sadiq qalmış, maarifçilik, millətin dirçəliş yolunda çalışmış, ən dəhşətli dövrlərdə belə ucalıqlarını hifz etmişlər. Bu nəslin taleyi XX yüz il Azərbaycanının təlatümlü taleyinin ayrılmaz və rəmzi bir parçasıdır”.

R. Hüseynov. “Rəfibəylilər”. Bakı, 1996, səh. 2.

“Bala Bağban” məhəlləsində repressiyaya uğrayanlardan biri də Müşkiyevlərdi. Nəslin nümayəndəsi həkim Vaqif Müşkiyevlə söhbət əsnasında öyrəndik ki, onun ulu babası Əkbər bağbanlarda iri torpaq sahibi imiş. Mərhum məşhur bağban olub. Gəncədə yaxşı alma yetişdirmək mümkün deyildi. Almanın vətəni Azərbaycanda Qubadır. Amma Əkbər baba gözəl ətirli almalar yetişdirirdi. Onun yetişdirdiyi yeni alma müşk ətri verirmiş. Elə ona görə də, ona Əkbər yox, Müşk Əkbər deyirlərmiş. XX-ci əsrin əvvəllərində isə soyad tətbiq olunanda bu nəslə “Müşkiyev” deyiblər. Əkbər babanın Əkbər və Cahangir adlı iki oğlu olub. Kiçik oğlu 1893-cü ildə anadan olub, 1923-cü ildə Cəbərrüt Musaqızı ilə evlənib. Bu izdivacdan Cabir adlı bir oğulları olur. 1937-ci ildə isə Cahangiri həbs edirlər və Orta Asiyaya sürürlər. Səbəb mülkədar olması olub. Sonra oğlu Cabiri 1947-ci ildə tuturlar. Guya o, atasını Qazaxıstandan qaçırıb, Gəncədə gizlədir. Sübut tapılmadıqdan sonra Cabiri iki ildən sonra 1949-cu ildə buraxırlar. 1949-cu ildə Cabir atasının Özbəkistanda olduğunu öyrənir və dalınca ora gedir. 1957-ci ildə isə Cahangir bəraət alaraq Gəncəyə gəlir. Bir müddət vətəndə qaldıqdan sonra yenidən Özbəkistana qayıdır. 1975-ci ildə birdəfəlik oğlu Cabirlə birgə Gəncəyə qayıdır. Cabirin böyük oğlu Arif Səmərqənd Kooperativ İnstitutunu bitirir. İkinci oğlu isə Vaqif  Namanqan Tibb Universitetini, qızı Zibeydə Namanqanda pedaqoji institutu bitirib.

1920-ci ildə Gəncə üsyanı yatırıldaqdan sonra Cahangir kişinin qardaşı Əkbəri ermənilər öldürür. İzi itirmək məqsədilə müsəlmanların meyidini yığıb, araba ilə aparıb Çaykənd də xəndəyə tökürlərmiş. Cahangir yaxın qohumu Babakişi ilə gedib Əkbərin meyidini gətirir və “Səbiskar” qəbristanlığında sərdabədə basdırırlar. Sonra Cahangir bir gün yuxuda görür ki, qardaşı Əkbər ona deyir ki, qardaş bura çox dardı. Sən bura gəlmə. Cahangir qardaşının yuxuda ona dediyi bu sözləri oğluna deyir və vəsiyyət edir ki, məni “İmamzadə” qəbristanlığında dəfn edərsiniz. Cahangir kişi 1920-ci illərdə qardaşının intiqamını ermənilərdən alır. O, 1932-ci ilə kimi dağlarda yurd salan qaçaqlarla əlaqə saxlayaraq, erməni alçağını gəbərtdirir. Repressiya illərində Müşkiyevlərin bir qolu İmişlidə gizlənir və soyadlarını Məmmədov yazdırırlar. İmişliyə qaçan Məmməd və Səfər qardaşlarının orada oğlanları və nəvələri var.

Məhəllədə həmçinin Abidlilər nəslindən olan mülkədar tacir Tahir bəy də yaşayırdı. Tahir bəy Sankt-Peterburqda meyvə mağazası işlədirdi. Peterburqla Gəncə arasında meyvəçilik işinə baxırdı. Bala Bağman hamamı ilə üzbəüz olan 2 mərtəbəli mülk o zamanlar Tahir bəyin idi. Tahir bəy dəfələrlə repressiyaya məruz qalmış və 1918-ci ildə vəfat etmişdir. Qəbri “Səbirkar” qəbristanlığındadır.

“Aşır Qulu”, “Ozan” kəhrizləri bu məhəllədən keçir. Məhəllənin güneyində yerləşən “Todanlı” məhəlləsi yeni salınmış məhəllədir. Deyilənə görə, buranın sakinləri Todan kəndindən gəliblər. Hazırda burada yerli əhali də az deyil. Burada “Ağamirzə”, “Cəlil bəy” dəyirmanları olub. Məhəllədə “Qızıl qayalılar” kimi tanınan ailələr də var. Onlar 1934-cü ildə yaradılmış “Şərq qadını” kolxozunda işləyən, sonra məhəllənin içərisinə köçən “Bala Bağban” sakinləridirlər. Səhvən bu termin gah tayfa, gah da küçə kimi işlənir. Ümumiyyətlə, Bala Bağbanın əhalisi bağlarını Gəncə çayı və dəyirman arxı suyu ilə suvarırdılar. Əkin yerləri isə Todanlı, Üç Təpə və Bala Bağbanda yerləşirdi. Məhəllənin sakinləri “Üç Təpə”-də yaradılmış Kirov kolxozunda işləyirdilər.

Hamlet Əli oğlu Allahverdiyev

AMEA GREM-nin “Arxeologiya və Etnoqrafiya” şöbəsinin elmi işçisi

 

Axund Hacı Məhəmməd-Tağı Ərəszadə

E-mail Çap PDF

Dövrünün görkəmli din xadimi, tərcüməçi və publisist Axund Hacı Məhəmməd-Tağı Ərəszadə 1867-ci ildə Gəncə şəhərində ruhani ailəsində anadan olmuşdur. Məhəmməd-Tağı Ərəszadə Nəcəf şəhərində təhsil almışdır. Hacı Məhəmməd-Tağı Ərəszadə zəmanəsinin mükəmməl təhsilli alim-ruhanilərindən biri idi. Axund Hacı Məhəmməd-Tağı Zaqafqaziya Şiə Ruhani İdarəsinin üzvü olmuşdur. O, dövri mətbuatda dini-əxlaqi, şəriət məsələləri ilə bağlı mütəmadi olaraq yazılarla çıxış edirdi. Onun ərəb dilindən etdiyi bəzi tərcümələr və yazdığı “Vəşrihi-fəraiz” adlı kitab bu gündə alimin şəxsi kitabxanasında qorunub saxlanılır. “Vəşrihi-fəraiz” kitabı 1907-ci ildə Tiflis mətbəəsində çap olunmuşdur.

Axund Hacı Məhəmməd-Tağı gəncəli Dürrübəyim xanım ilə ailə qurmuşdu. Dürrübəyim xanım çox savadlı qadın olmuş və daim xalq yaradıcılığına dərin maraq göstərmişdir.

Hacı Məhəmməd-Tağı Ərəszadə açıq fikirli din xadimi olduğu üçün dəfələrlə təqib-təzyiqlərə məruz qalmışdır.

O, 1911-ci ildə Gəncədə vəfat etmişdir.

 

Veysəlov Vüqar Vaqif oğlu

E-mail Çap PDF

Vüqar Vaqif oğlu Veysəlov 1970-ci il fevral ayının 22-də Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi bitirərək, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (ADAU) iqtisadiyyat fakültəsinə qiyabi qəbul olur. Birinci kursu bitirdikdən sonra, Sverdlovsk vilayətinin Yelan şəhərinə əsgəri xidmətə göndərilir. Burada mexanik-sürücü peşəsinə yiyələnir. Əsgəri borcunu qurtardıqdan sonra doğma şəhərinə qayıdır və təhsilini davam etdirir.
Erməni quldurları və rusların törətdikləri vəşhiliklər bir azərbaycanlı kimi Vüqarı da hiddətləndirirdi. Onlardan intiqam almaq üçün təhsilini yarımçıq qoyub Gəncə özünümüdafiə batalyonuna qoşulur. Murovdağ, Qazax, Ağdərə bölgələrində düşmənlərə qarşı vuruşur. 1992-ci il iyulun 3-də Vüqar Veysəlov Ağdərə döyüşündə Vətən uğrunda qəhrəmancasına şəhid olur.

Gəncə şəhər 30 saylı orta məktəb Vüqar Veysəlovun adını daşıyır.

 


AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort