• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt
Ana səhifə

Əlirza Əsgər oğlu Atayev

E-mail Çap PDF

Gəncənin ilk mama-ginekoloqu

Azərbaycan Demokratik Respublikası Parlamenti dəftərxanasının rus dili üzrə redaktoru, həkim, tibb elmləri doktoru, professor Əlirza Əsgər oğlu Atayev 1898-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Gəncədəki Rus-Tatar məktəbində təhsil aldıqdan sonra, 1917-ci ildə Tiflis ali kurslarında təhsilini davam etdirmişdir.

Əlirza Atayev ADR dövründə hökumət tərəfindən gənc mütəxəssislərdən ibarət qrupun tərkibində ixtisasını təkmilləşdirmək üçün Almaniya Federativ Respublikasına göndərilmiş və 2 il Leypsiq Universitetinin mamalıq-ginekologiya kafedrasında çalışmışdır.

Əlirza Atayev 1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti dəftərxanasının rus dili üzrə redaktoru olmuşdur.

ADR süqut etdikdən sonra Atayev 1921-ci ildə Moskva Dövlət Universitetinin tibb fakültəsinə daxil olaraq, Universiteti müvəffəqiyyətlə bitirmişdir.

Əlirza Atayev 1925-ci ildə Bakıya qayıdaraq qadın, ana və uşaqların sağlamlığının mühafizəsinə dair Azərbaycan dilində ilk dəfə məqalələr yazmış, 1000 sözdən ibarət mamalıq-ginekologiya terminləri lüğətini nəşr etdirmişdir. 1930-cu ildə tibb elmləri doktoru olan Əlirza Atayev 1936-cı ildə Azərbaycan Tibb İnstitutunun mamalıq və ginekologiya kafedrasının professoru seçilmiş, bir müddət Caparidze adına xəstəxanada, sonra isə Xalq Səhiyyə Komissarlığı Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasında müdir vəzifəsində çalışmışdır.

Əlirza Əsgər oğlu Atayev 1937-ci ildə repressiyaya məruz qalır. O, 8 il müddətinə azadlıqdan məhrum olunaraq Maqadana sürgün edilir. Cəzaçəkmə müddəti tez başa çatdığından 1944-cü il dekabrın 12-də Maqadan Şəhər Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinin müdiri vəzifəsinə təyin edilir. Bu vəzifədə işlədiyi müddətdə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.

1948-ci ildə SSRİ Səhiyyə Nazirliyi tərəfindən Penza vilayət xəstəxanasına göndərilən Atayev tezliklə Penza vilayətinin baş mama-ginekoloqu seçilir və burada onun təşəbbüsü ilə Ümumittifaq mamalıq  və ginekoloqlar elmi cəmiyyətinin filialı yaradılır. 1956-cı ildə Atayevə bəraət verilmiş, lakin o, ağır xəstəliyə tutulduğundan elmi fəaliyyətini dayandırmalı olmuşdur

Əlirza Atayevin Oqtay və Rəna adlı iki övladı olmuşdur.

Əlirza Əsgər oğlu Atayev 1962-ci ildə Bakı şəhərində vəfat etmişdir.

 

Gəncə Atabəylər hakimiyyəti illərində

E-mail Çap PDF

 

Gəncə şəhəri Azərbaycan Eldənizlər sülaləsinin hökmranlığı dövründə (1136-1225) sürətlə inkişaf edirdi. Mərkəzi dövlətin möhkəmləndirilməsi, feodal ara müharibələrinin xeyli səngiməsi, nisbi əmin-amanlığın hökm sürməsi ölkədə məhsuldar qüvvələrin inkişafına, şəhərlərin genişlənməsinə, sənətkarlıq və ticarətin artmasına, mədəniyyətin çiçəklənməsinə şərait yaratdı. XII-ci əsrdə Gəncə Yaxın Şərqin ən möhtəşəm şəhərlərindən birinə çevrildi

Belə bir əzəmət və şöhrətə malik olan, iqtisadi-ictimai, mədəni həyat səviyyəsinin yüksək inkişafına görə ərəb tarixçisi İbn Əl-Əsir (1160-1223) tərəfindən “Arranın anası”, İran tarixçi-alimi Rəşidəddin (1247-1318) tərəfindən “Arranın ən böyük şəhəri” hesab edilən Gəncə şəhəri XII əsrin 1-ci yarısında, daha doğrusu 1139-cu il sentyabrın 30-da dəhşətli zəlzələyə məruz qaldı. İbn Əl-Əsir yazırdı ki, “Hicri 534 (1139)-cü ildə Gəncədə, Azərbaycan və Arranın başqa vilayətlərində zəlzələ baş verdi. Lakin ən güclü zəlzələ Gəncədə baş verdi. Orada çoxlu evlər dağıldı, saysız-hesabsız adamlar tələf oldu. Deyirlər ki, ölənlərin sayı 230 min nəfər idi”.

Gəncəli Kirakos (1200-1272) yazırdı: “dəhşətli zəlzələ baş verdi, Gəncə şəhəri dağıldı, onun tikililəri əhalinin üstünə töküldü, zəlzələdən həmçinin Kəpəz dağı uçdu və dağın arasındakı dərəni bağladı, nəticədə Göygöl əmələ gəldi”. Onun verdiyi məlumata görə, zəlzələdən sonra gürcü çarı I Demetre (1125-1156) şəhərə hücum etdi və şəhər darvazasını hərbi qənimət kimi öz ölkəsinə apardı. Bu, Şəddadi hökmdarı I Şavurun (1049-1067) hakimiyyəti dövründə 1063-cü ildə usta İbrahimin hazırladığı darvaza idi. Onun bir tayı XVIII əsrdə Helat monastrının örtüyü təmir olunarkən istifadə edilib, ikinci tayı isə həmin monastırda saxlanılır.

Zəlzələ baş verən dövrdə Arranın hakimi Atabəy Qarasonqur idi. Onun iqamətgahı Gəncədə yerləşirdi. Zəlzələ baş verəndə Qarasonqur Arranda yox idi. Mənbə yazır ki, “Atabəy Qarasonqur Səlcuq şahının köməyinə getmək istəyirdi ki, Gəncədə güclü zəlzələ baş verdiyini eşsidib öz paytaxtına-Gəncəyə qayıtdı”. Bu vaxt Gəncədə kiçik zəlzələlər davam edirdi. Qarasonqurun bütün ailəsi Gəncə zəlzələsi nəticəsində həlak olmuşdu. Qarasonqur şəhəri bərpa etdirərkən xəstələnərək hicri 535 (1140-1141)-ci ildə orada vəfat etmişdir. O, ölümündən qabaq Əmir Çavlı Ət-Toğrulu öz yerinə Azərbaycana və Arrana hakim təyin etmişdir. Sultan Çavlının Azərbaycan və Arranda canişinlik hüququ Səlcuq hökmdarı Sultan Məsud (1132-1156) tərəfindən təsdiq edildi. Gəncə yenə də Gürcü feodallarının basqınlarına məruz qaldı. 1161-ci ilin avqust ayında Gürcü qoşunları çar III Georginin (1156-1184) başçılığı ilə Azərbaycana hücum edib, ətraf yaşayış yerlərini qarət və talan etdikdən sonra Gəncə şəhərini işğal edib, əhalisinin xeyli hissəsini əsir alaraq, çoxlu qənimətlə geri qayıtmışdır. Buna cavab olaraq Atabəy Eldəgəz (1136-1174) 1163-cü ilin yanvarında 50 min nəfərlik qoşunla Gürcüstana hücum etdi. Qısa müqavimətdən sonra III Georgi ağır məğlubiyyətə uğradı.

1166-cı ildə Gürcü feodallarının qoşunları Azərbaycana soxularaq Gəncəyə qədər gəlib çatmış, orada qətllər və talanlar törətmişdilər.

1194-cü ilin iyunun 1-də qurucu David Soslanın qoşunu və onun qoşununun tərkibində olan Atabəy Əbubəkirin (1191-1210) qardaşı Əmiran Ömər dəstəsi ilə Gəncəyə yaxınlaşdılar. Gəncə əhalisi var qüvvələri ilə müqavimət göstərsədə, şəhəri təslim etməli oldular. Şəmkir və Beyləqan ətrafında məğlubiyyətə uğramış Əbubəkirin qoşunlarının bir hissəsi müqavimət göstərən Gəncəlilərin sırasında idi. Gürcülər qenidən 1213-1214-cü ildə çar IV Georgi Laşanın başçılığı ilə Gəncəni zəbt etdilər və səlnaməçinin verdiyi məlumata görə, əllərinə çoxlu miqdarda xəzinə keçirərək Tiflisə qayıtdılar.

Feodal müharibələrinin və təbii fəlakətin vurduğu ağır zərbə, ziyanlara baxmayaraq XII əsrin sonu-XIII əsrin əvvəllərində bərpa işlərindən sonra Gəncə Azərbaycanın iri şəhərlərindən birinə çevrildi. Şəhərdə əhalinin sayı artdı. Görünür elə, bu dövrdə də şəhərdə Gəncə çayın hasara alınması və ya yenidən möhkəmləndirilməsi ilə başa çatdı. Gəncə qalasında inzibati binaların, mədrəsə, karvansara, digər ictimai və mədəni əhəmiyyətli binalar mövcud idi. Binaların tikilməsində çaydaşı, bişmiş kərpic və kirəcdən istifadə olunurdu. Qazıntılar zamanı belə binaların özülləri, uçmuş hissələri, memarlıq bəzəkləri aşkara çıxarılmışdır. Aşkara çıxarılmış müxtəlif maddi-mədəniyyət qalıqları vaxtı ilə Gəncədə peşəkar bənnaların, dəmirçilərin, dülgərlərin, duluzçuların, toxucuların yüksək sənətini nümayiş etdirir.

İpəkçilik Gəncədə xüsusi ilə inkişaf etmişdir. Burada əla növ ipək istehsal olunurdu. Gəncə ustaları pambıq parça və zərif ipəkdən müxtəlif geyim paltarları hazırlayırdılar. Belə növ paltarlar “Əl-Gənci” adlanırdı. Gəncədə hazırlanmış yüksək keyfiyyətli paltarlar dövrün hökmdarları tərəfindən hədiyyə kimi verilirdi. Təsədüfi deyil ki, monqollar ilk dəfə 1221-ci ildə Gəncə şəhərinə hücum edərkən əhalinin sayca çox və şəhərin alınmaz olduğunu bilib, bac alaraq pul ilə yanaşı ipək paltar almaqla kifayətlənmişlər. Hələ XI əsrdə Nizam əl-Mülk (1019-1092) yazırdı ki, Gəncə ipəyindən tikilən paltar Səlcuq imperiyasında rütbədə olan hərbi işçilərə hədiyyə olaraq verilirdi. XIII əsrin müəllifi Zəkəriyyə Qəzvini (1203-1283) isə qeyd edirdi ki, “Gəncə ipəyi gözəlliyinə görə başqa ölkələrin ipəyindən üstün idi”. Bir gürcü mənbəsində çar David Soslanın (1187-1208) Gəncəyə gəldiyi vaxt darvazadan saraya qədər küçəyə ipək döşəndiyi qeyd edilmişdir.

Eldəgəzlərin hakimiyyəti dövründə Gəncədə yüksək keyfiyyətli saxsı qablar istehsal olunurdu. Onların içərisində qırmızı boya və möhürlə naxışlanmış küplər, küpə, bardaq, sərnic, çıraq və s. qablar geniş yayılmışdır. Orta əsr duluzçularının yüksək ustalıq və bacarığını nümayiş etdirən, saxsısı daş kimi möhkəm şar-konusvari qablar xüsusi yer tutur. Belə qablardan birinin üstündə basma üsulu ilə suvari və heyvan təsvirləri çəkilmiş, zəngin həndəsi naxışlar vurulmuş və Atabəy Cahan Pəhləvanla Qutluq İnancın adları yazılmışdır.

Gəncədə bişmiş kərpic istehsalı geniş vüsət almışdır, şəhərdə rəngbərəng kaşı istehsal olunurdu. Gəncə yaxınlığında gəc yataqlarının olması, tikintidə gəcdən istifadə üçün böyük imkanlar yaradırdı. Bu dövrdə Gəncədə, ümumiyyətlə bədii əşya sənətkarlığı çox böyük səviyyədə inkişaf etmişdir. Gəncə sənətkarları yerli xammaldan istifadə edirdilər. Gəncə yaxınlığında dəmir, mis, gümüş, zəy mədənlərinin olması burada metal emalı və metalişləmə sənatkarlığının inkişafında mühüm rol oynamışdır. Şəhər yerində külli miqdarda Eldəgəz sikkələrinin tapılması şəhərdə zərbxananın olmasını bir daha sübut edir.

Gəncə sənətkarları başqa Yaxın Şərq şəhərlərində olduğu kimi, “Əxi” adlanan təşkilatın ətrafında birləşmişdilər. Bu təşkilat XII-XIII əsrlərdə Gəncə şəhərinin həyatında mühüm rol oynamışdır. “Əxi” təşkilatı ilk növbədə sənətkarların hüquqlarını müdafiə edirdi. Təşkilatın rəhbərləri “Comərd” (farsca-cavan, mərd) adlanırdı. Gəncə ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılmış şirli qabların oturacağına vurulan möhürlər Gəncədə sənətkarlar təşkilatının mövcud olduğuna müəyyən dərəcədə dəlalət edir. Mütəxəssislər Gəncədəki “Comərdi-Qəssab” mavzoleyenin “Əxi” təşkilatının rəhbərlərindən biri ilə bağlı olduğunu göstərirlər. Onun cənazəsi həmin yerdə gizli şəkildə dəfn olunduğu üçün əsl adı məxfi saxlanılmış və buna görə dünyasını “Comərd” kimi dəyişmişdir. Bununla belə, Azərbaycanda bir çox baş daşlarında “Əxi” sözünə təsadüf edilir: Şeyx Əxi Əmir, Əxi Fərəc Zəncani, Əxi Xeyrəddin Təbrizi və s. “Əxi” ərəb sözü olub, türkcə “qardaş” deməkdir. Təsadüfi deyildir ki, əxilərin birliyi “qardaşlıq təşkilatı” adlanırdı.

XII-XIII əsrlərdə Gəncə şəhərində memarlıq sənəti də özünün yüksək inkişaf mərhələsini keçmişdir. Gəncədə XI-XIII əsrlərdə bürclər, məqbərələr, qala divarları, məscidlər, mədrəsələr, karvansaralar, bazar və s. inşa edilmişdir. Belə tikintilərin meydana gəlməsi Gəncədə mahir, təcrübəli memarların, bənnaların, daş yonanların, dəmirçilərin və s. fəaliyyət göstərdiyindən xəbər verir. Bu dövrdə Azərbaycanda yaşamış Arran memarlıq məktəbinin formalaşmasında Gəncə memarları aparıcı rol oynamışlar. Onlar memarlıqla “Gəncə hörgüsü” adlanan xüsusi hörgü üslubu işləyib hazırlamışdılar.

XI-XIII əsrlərdə Gəncə xarici ticarəti əsasən Tiflis yolu vasitəsi ilə aparırdı. Gəncə eyni zamanda Gürcüstan və Ermənistanı Xəzər dənizi limanları ilə birləşdirən yolun düyün nöqtəsi idi. Ərəb tarixçisi Yaqut Həməvinin (1179-1229) məlumatına görə, Gəncədən Gürcüstan, Ermənistan, İraq, Orta Asiya və başqa yerə ipək parça aparılırdı. Gəncə həm də Hindistan, Qərbi Avropa və Rusiya ilə ticarət əlaqələri saxlayırdı. Gəncədə əldə edilən Eldəgəzlərin zərb etdiyi sikkələr və habelə bir çox xarici ölkə pulları burada vaxtilə qızğın ticarətin aparılmasını sübut edir.

Bu dövrdə Gəncə Azərbaycanın mədəniyyət mərkəzlərindən biri idi. Gəncə dünya ədəbiyyatı xəzinəsinə Əbül-Üla Gəncəvi, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Qivami Mütərrizi və başqaları kimi böyük şəxsiyyətlər bəxş etmişdir. Mədəniyyət baxımından inkişaf etmiş Gəncə şəhərində X əsr ərəb coğrafiyaşünası İbn Hövqəlin (?-977) sözləri ilə desək, ”Əcnəbiləri və alimləri sevirdilər. Gəncədən xeyli elm adamı çıxmışdır”. Hələ XI əsrdə Səlcuq Sultanı Məlikşahın (1072-1092) vəziri Nizam Əl-Mülk 1066-cı ildə Bağdad da təsis etdiyi “Nizamiyyə” adlı Akademiya tipli mədrəsədə təhsil almaq üçün Gəncədən xeyli cavan getmiş, mükəmməl təhsil və bilik aldıqdan sonra yenidən Gəncəyə qayıtmışdır.

XII-XIII əsrin əvvəllərində Gəncə şəhəri həmçinin elm və incəsənət mərkəzi olmuşdur. Azərbaycan Atabəyləri xüsusən Cahan Pəhləvan (1174-1186) və Qızıl Arslan (1186-1191) şairələrə, musiqişünaslara, memarlara, həkim və elm nümayəndələrinə hamilik edirdilər.

Lakin bir çox Azərbaycan şəhərləri kimi XII-XIII əsrin əvvəllərində Gəncənin sürətlə inkişaf etməsi çox çəkmir. Belə ki, XIII əsrin əvvəllərində (1206-ci ildə) Uzaq Şərqdə Çingiz xanın (1156-1227) başçılığı altında böyük Moğol dövləti yarandı və Monqolların geniş istilaları başlandı. 1221-ci ildə Azərbaycan torpaqlarına daxil olmuş Monqol qoşunları Beyləqanı ələ keçirib yandırdıqdan sonra Gəncə üzərinə yürüş etdilər. Lakin möhkəm qala divarları arasında müdafiə olunan gəncəlilər bac verməklə şəhərin darmadağın olmasının qarşısını ala bildilər. Gəncəlilər Monqol qoşunlarının sərkərdələri olan Cebe və Subutaya qiymətli mallar, o cümlədən ipək parça, paltarlar və xeyli pul verdilər.

Monqollar uzaqlaşdıqdan sonra 1223-cü ildə Şimaldan 50 minlik Qıpçaq ordusu Gəncəyə basqın etdi. Atabəy Özbəyin (1210-1225) Gəncədəki canişini Kuşxəra (Qaşqara) bacarıqlı rəhbərlik etməklə Qıpçaqların hücumunun qarşısını ala bildi. Gəncəni fəth edə bilməyən Qıpçaqlar belə bir şaiyə yaydılar ki, guya onlar gəncəlilərin köməyinə gəlmişdilər. Bu uydurmaya inanan Kuşxəra Atabəy Özbəyin razılığı ilə onlara Gəncə ətrafında məskən salmağa icazə verdi. Özbək eyni zamanda Qıpçaq rəhbərlərini yaxşı paltarlarla mükafatlandırdı və Gilgün dağı yaxınlığında yerləşmələri barədə əmr verdi. Bu vaxt gürcü feodallarının Gəncəyə hücum etmək təhlükəsi var idi. Kuşxəra Qıpçaqları şəhərə topladı, lakin onlar şəhərin bəzi yerlərində pozğunluq törətməyə başladılar. Bu hadisə isə şəhər əhalisinin narazılığına səbəb oldu. Əmr Kuşxəra onların çoxunu Gəncədən qovdu. Lakin vəziyyətdən istifadə edən gürcü feodalları 1225-ci ildə Gəncəyə hücum etdilər və şəhər yenidən qarət olundu. Elə həmin ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Azərbaycana qoşun yeritdi. Cəlaləddin Təbrizdə olan vaxt əmir Urxanın başçılığı ilə Gəncəyə böyük qoşun qüvvəsi göndərdi. Atabəy Özbək Gəncədən qaçaraq Əlincə qalasında gizləndi. 1225-ci ildə onun ölümü ilə Eldəgəzlər-Atabəylər dövləti öz mövcudluğunu tamamilə itirmiş oldu.

 

İsax Əli oğlu Cəfərov

E-mail Çap PDF

 

Görkəmli idman ustası, SSRİ-in əməkdar məşqçisi, Gəncədə güləşin əsasını qoyan İsax Əli oğlu Cəfərov 1928-ci ildə Gəncənin qədim Şahsevənlər məhəlləsində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra İsax Cəfərov, o vaxtlar şəhərimizdə fəaliyyət göstərən Bədən Tərbiyəsi Texnikumunda təhsil almışdır.

1946-cı ildə idman həyatına qədəm qoyan gənc İsax həmin il Azərbaycan güləşi üzrə Gəncə çempionu adını alıb. Bir qədər sonra isə respublika yarışlarında iştirak etməyə başlayıb. 1947-ci ildə sərbəst güləş üzrə respublika birinciliyində bütün döyüşlərdə qalib gələn İsax Cəfərov yalnız, böyük təcrübəyə malik olan Rəşid Məmmədbəyova uduzub 2-ci yeri əldə etdi.

İsax müəllim güləşi çox sevirdi. Məhz buna görə də, həm sərbəst, həm də klassik güləşin texnikasına mükəmməl yiyələnməyə çalışırdı. 1948-ci ildən başlayaraq İsax Cəfərov 3 il dalbadal klassik güləş üzrə, 1951-ci ildən başlayaraq yenə də üç il dalbadal sərbəst güləş üzrə respublikanın çempionu adını alıb.

Bu istedadlı güləşçi respublikanın yığma komandası heyətinə daxil edilib, ölkə birinciliyi yarışlarında respublikamızın idman şərəfini qoruyub. Ümumiyyətlə, Respublika üzrə keçirilən Milli güləş yarışında mərdliklə güləşən ikinci bir güləşçini nəzərə gətirmək olmur.

1950-ci ildə Leninqradda Azərbaycan komandası 4-cü yeri tutduğu zaman İsax Cəfərov da kollektivimizin heyətində idi. İsax müəllim ölkə birinciliyində iştirak etdiyi illər ərzində bir çox görkəmli ustalarla görüşüb, öz təcrübəsini artırıb. Onun Estoniya nümayəndəsi, idman ustası Loara, Leninqradlı usta Kulikova, əməkdar idman ustası olan erməni Karaçetyana, Zimcenko, Kaub, Baskarov, Meyus, Musa Babayev kimi güclü pəhləvanlara qalib gəlməsi ustad güləşçinin peşəkar güləşçilik fəaliyyətindən xəbər verirdi.

İdmanla məşğul olmaq İsax Cəfərovu elmdən, təhsilə yiyələnməkdən yayındırmayıb. Əksinə idman ziyalımıza yaxşı oxumaqda da kömək edib. 1950-ci ildə AKTİ-na daxil olan görkəmli idmançı 1955-ci ildə bu təhsil ocağını müvəffəqiyyətlə bitirir. Eyni zamanda ziyalımız Kirov adına Azərbaycan Bədən Tərbiyəsi İnstitutunun qiyabi şöbəsində oxuyur. İsax müəllim öz çalışqanlığı sayəsində bu institutu da əla qiymətlərlə bitirir.

Güləşçilik fəaliyyətilə yetərincə uğura imza atan İsax müəllim hələ tələbəlik illərində məşqçilik fəaliyyətinə başlayır. Və bu fəaliyyəti onun növbəti uğurlarının təməli olur. İdmançı nailiyyətləri ilə Azərbaycan güləş sənətinə töhvəsini lazımınca verən İsax müəllim bu dəfə məşqçi kimi öz yetişdirdiyi tələbələrinin uğuruna sevinir. Ard-arda gələn qələbələr onu peşəkar məşqçi kimi də xalqın gözündə ucaldır.

İsax müəllim özü məşqçilik fəaliyyətinə başlamasını belə xatırlayır:

“1950-ci ildə AKTİ-na daxil olduğum vaxt burada güləşmə bölməsi yaradıb həvəskar gəncləri məşqlərə cəlb etdim. Bölmədə işlər yaxşı gedirdi. Gənclər həvəslə məşğul olur, güləşmənin müxtəlif fəndlərini mənimsəməyə cəhd edirdilər. Üç il ərzində bu bölmədə bir məşqçi kimi öz ixtisasımı artırdım. 1953-cü ildən isə “Dinamo”cəmiyyətində məşqçi vəzifəsinə təyin olundum".

Yeri gəlmişkən onu da qeyd edək ki, İsax müəllim Gəncə şəhərində yeganə SSRİ-nin əməkdar məşqçisi olub.

Ziyalımız Gəncədə gənclərin asudə vaxtlarını sağlamlıqları naminə keçirmələri üçün idman məktəblərinin yaranmasını zəruri hesab edib və bu yolda yorulmaz fəaliyyətlə məşğul olub. Əbəs yerə deyil ki, şəhərimizdə açılan yeni tipli idman məktəblərindən birinin yaradıcısı və rəhbəri də məhz İsax Cəfərov olub. 1980-ci ildən ömrünün sonunadək Gəncə şəhər 2 saylı Uşaq İdman məktəbinin direktoru olmuşdur.

Sevindirici haldır ki, hər il şəhərimizdə əməkdar məşqçi, idman ustası İsax Cəfərovun xatirəsini yad etmək, qonşu ölkələrlə idman əlaqələrini möhkəmləndirmək və idmançıların ustalıq səviyyəsini artırmaq üçün sərbəst güləş üzrə beynəlxalq turnirlər təşkil edilir. Bu gün İsax Cəfərov turnirində ölkəmizin adından güləş idman növündə ilk addımlarını atan gənclərimiz əminliklə söyləmək olar ki, sonralar Azərbaycan güləş tarixinə öz töhvələrini veriblər.

İsax Cəfərov Azərbaycan SSRİ-nin yığma komandası tərkibində 1951-ci ildə Gürcüstanın paytaxtı Tiflis şəhərində SSRİ çempionatında iştirak edib. O, respublikanın şərəfini layiqincə qoruyaraq mükafata layiq yer tutub.

O, məşqçilik illərində bir çox qəhrəmanlar yetişdirib. Dünya, Avropa və Olimpiya oyunlarının mükafatçısı Aydın İbrahimov, SSRİ çempionları Rəhim İsmayılov, Arif Həsənov, Kamal Cəmilov, Kəyan Abbasov, Fazil Həsənov, Çingiz Quliyev, Könül Cəfərov, Azərbaycanın əməkdar məşqçilərindən Səməd Şahniyarov, Ziyabil Abbasov, Nadir Rəhimov, Elçin Zeynalov, Azərbaycan Respublikasının Vergilər naziri, Güləş Federasiyasının prezidenti Fazil Məmmədov və yüzlərlə idman ustaları, Azərbaycan milli qəhrəmanı İsmət Qayıbov, milli qəhrəman Mədət Quliyev və 100-lərlə idman ustaları İsax Cəfərov məktəbinin yetirmələridir.

İsax Cəfərov Gəncənin ictimai həyatında da fəal iştirak edib. İki çağırış Şəhər Deputatları Sovetinin deputatı olmuşdur. İdmanın inkişafındakı göstərdiyi nailiyyətlərinə görə Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Görkəmli idman ustası ömrünün 53-cü baharında, 1985-ci ildə dünyasını dəyişir və Gəncənin Fəxri Xiyabanında dəfn edilir.

 

Gəncənin Sofulu məhəlləsi

E-mail Çap PDF

 

Sofulu məhəlləsi güneydən Ozan, Şah Abbas meydanı, gün çıxandan Əttarlar, Şatırçılar, Dəmirçilər, Dörd yol, gün batandan Sadan, Səfərabad, Haxlı, Tatabad, quzeydən Dəmirçilər, Qacarlar məhəllələri ilə dövrələnib. Məhəllə çox güman ki, Gəncənin yeni yerə köçməsindən əvvəl mövcud olmuşdur. Mərhum F. Əhmədov "Gəncənin tarix yaddaşı" kitabında Sofulu məhəlləsinin adı haqqında yazır: ".... azəri türklərinin etnogenezində iştirak etmiş Kəngərli tayfasının bir qolunun adı ilə bağlıdır". 1.140.

Bu fikir tamamilə səhvdir. Kəngərli eli Bəydilli, Qaracadağlı, Yurdçu, Qaradolaq, Sarvanlar, Xal - Xal, Pir Həsənli, Qızılcalı, Ağabəyli, Salahlı, Həmən, Qaraxanbəyli, Hacılar, Cəmşidli, Bilici, Qızılqışlaq, Hacatay, Qaracallı, Kəlfirli, Ərəfsəlli, Əlixanlı, Qarabulaqlı, Qara Həsənli, Rəiyyətli, Tatarlı, Bulqarlı, Divbarlı, Ələkbərli, Kərəmpa, Kürdmahmudlu qollarına bölünür.

Bizim göstərdiyimiz siyahıdan da görünür ki, Kəngərli tayfa birliyində Sofulu eli olmamışdır.

Sofulu sözü "Sufi" sözündən götürülub.

1. Sufi təriqətinə mənsub olan adam.

2. Zahid - kobud yun parçadan xirgə geyib tərki dünya olmuş dərvişlər bu cərəyana mənsub idilər.

Dərvişlər hər zaman özlərini Allah - təala, peyğəmbər və əhli-beytin mədhiyyəçiləri sayıblar. "Dərviş öz evini çiynində gəzdirər" deyimi onların laməkan olmasına işarədir. Araşdırmalar göstərir ki, dərvişlik orta əsrlərdə yayılmağa başlayıb. Diyarbədiyar gəzən dərvişlər əsasən Allahın şəninə, peyğəmbərimiz və onun əhli-beytinin şərəfinə qəzəllər oxuyub, müqəddəsləri təbliğ edən mərsiyyələr deyərmişlər.

İslam ölkələrinin çoxunda dərvişlik ayrıca təriqət hesab olunur. "Dərviş" fars sözü olub mənası qapı-qapı gəzən, sədəqə toplayan adam deməkdir. Amma əslində onlar sədəqə toplayan dilənçilər, dərvişlər tamam fərqli həyat və düşüncə tərzinə malik olublar.

"Dərviş" sözü zaman-zaman geniş coğrafi məkanda uzun müddət istifadə edilməsi səbəbiylə dəyişik və daha geniş mənalar qazanıb. Məsələn, dərvişliyin bir mənası yoxsulluq və könül zənginliyi olubsa, ikinci mənası faniliyi ifadə edib.

Dərvişlər evlənməz, ailə həyatı qurmazdılar. Özlərini islamın, Allahın təbliğinə həsr edib şəhərbəşəhər, kəndbəkənd gəzər, Tanrıya, peyğəmbərə və imamlara həsr olunan ilahi mahnılar oxuyardılar. Belə mahnılar el arasında məhz dərvişlər vasitəsilə yayılıb və yaşadılıb. Həmin mahnıların bir çoxu bu gündə ifa olunmaqdadır.

Dərvişlər özləri də müxtəlif qruplara bölünür. Müxtəlif dərviş qardaşlıqlarında ayinlər, dini hərəkətlər, qəzəl, qəsidə, mərsiyyələrin oxunma tərzi fərqli idi.

Məsələn, rifailər oxumağa, mövləvilər dövrə vurmağa, isəvilər tullanma hərəkətlərinə, şuabilər isə rəqsə üstünlük verirdilər.

Orta əsrlərdə mənəvi və ruhani həyata yönələn müsəlmanlar arasında iki qüvvətli təmayül meydana çıxıb. Bu dərviş tiplərindən birinin mərkəzi İraq, digərinin mərkəzi İranın Xorasan şəhəri olub. Cəmiyyətdə fərqli bir zümrə kimi görünən bu dərviş qardaşlıqları dindarlığın mənəvi əsaslarına həssaslıqla yanaşdıqlarını iddia etməklə özlərinə məxsus ədəb-ərkan qaydaları nümayiş etdiriblər.

Onlar özlərini camaatdan fərqli göstərən davranışlara malik idilər. Həm İraq sufilərinin, həm də Xorasan məlamilərinin dərvişliyi hər dövrdə varlığını davam etdirib və tədricən xaricə - Orta Asiya, Əfqanıstan, Pakistan, Qərbi Hindistan, Anadolu bölgələrinə yayılıb.

Müxtəlif adlar altında toplanan dərviş zümrələri bəzi fərqliliklər göstərsələr də, onların təməl qanunları eyni olub. Təməl qanunlarına görə, onlar nəfsin arzularına hakim olmağı, ölçülü və intizamlı yaşamağı, ruhi yetkinlik və mənəvi oğlunluğa çatmağı bacarmalı idilər. Dərvişlərin çətinliklərinə söykənməsi, muradına çatması üçün səbrli və dözümlü olması şərt idi.

Dərvişlərin bir xüsusiyyəti də səyyah olmalarıdır. Məscidlər, imarətxanalar, xaraba və viranələr, hətta mağaralar səyyah dərvişlərin yerləşdikləri və gecələdikləri yerlər olub. Bəzi dərvişlər isə tapdıqları yeri tərk etməyiblər. Dərviş səfərinin məqsədi əziyyət çəkmək, nəfsi çətinliklərə alışdırıb öyrətmək, məlumatlı və yaxşı hal sahibi olan kəslərlə görüşüb onlardan faydalanmaq, Allahın böyüklüyünü göstərən dəyişik şeylər görüb ibrət götürməkdir. Bəzi alimlər dərvişliyi maddi aləmdən ruhi aləmə doğru atılan mənəvi bir addım kimi də qiymətləndirirlər.

Sufi rəqslərini oynayan dərvişlər adətən saat əqrəbinin əksinə fırlanmaqla başlayıb bir növ cisimlərinin hərəkətini təqlid edirlər. Bəzi alimlər bildirirlər ki, hal-hazırda Kəbə daşının ətrafında zəvvarların dolanması mərasiminin əsasında dərviş rəqslərinin fəlsəfi əsası durur.

Dərvişlər həmişə xarici görkəmlərinə görə seçiliblər. Qılıq və paltarlarına əhəmiyyət verməyən bu adamların üst-başları toz-torpaq içində, paltarları çirkli, saç və saqqalları uzundur. Onlara görə iç üzlərinin yaxşı olması üçün xarici üzlərinin çirkin görünməsi lazımdır.

IX əsrdən etibarən xarici təsirlərlə və İslamın özü ilə uyğunlaşmayan bəzi inanc, düşüncə və davranışlara sahib dərviş birlikləri yaranıb. Məsələn, sünnilər tərəfindən qəbul edilən həqiqi və rədd edilən suru dərviş tipi buna misal ola bilər.

Sünniliyin qəbul etdiyi həqiqi dərviş yoxsuldur. Onlar bir paltar və bir loxma çörəklə açıq olmalı, hər kəsə kömək etməli, haqsızlıqlara dözüm göstərilməli, bütün insanlar sevilməlidir. Onlar yaradandan ötrü yaradılanı xoş görür, günahkar insanlardan üz çevirməzdilər.

Klassik şair Sədi Şirazi bu tip dərvişlər barədə belə deyib: "Dərviş könül əhlidir, Allah adamıdır. Tapdalandıqca, daha yaxşı məhsul verən torpağa bənzər. Dərvişin əli, könülü və bədəni boşdur, əlində mal əldə etmə arzusu olmaz, bədəniylə günaha girməz".

Böyük türk şairi Yunus İmrə isə "Sən dərviş ola bilməzsən" adlı şeirində dərvişliyin çox çətin bir yol olduğunu vəsf edib. "Bu çətinlik haqqıyla bilinsəydi, kimsə dərvişliyi istəyən olmazdı" - deyə o, yazıb.

Zaman dəyişdikcə yeni-yeni təriqətləri yaranıb. Uzun müddət dastan, lətifə, nağıl və deyimə mövzu olan dərvişlər, əsrlər boyunca ictimai və dini həyatın əhəmiyyətli bi parçası olaraq varlıqlarını davam etdiriblər.

Bu gün də İslam ölkələrində dəyişik dərviş tiplərinə rast gəlinməkdədir. Hazırda Mərkəzi Asiya və Yaxın Şərqin bəzi ölkələrində sufi dərvişlərin müvəqqəti yaşamaları üçün xanəgahlar da var.

Azərbaycan da İslam dininə ibadət edildiyi bir ölkə olduğu üçün burada da zümrələri mövcud olub, indi də var. Orta əsr Azərbaycan miniatürlərində dərviş rəqslərini təsvir edən səhifələr var. Vaxtilə İran, Türkiyə, Orta Asiyadan dərvişlər həmişə böyük ürfan alimi, Şəms Təbrizinin müəllimi Şeyx Yəhya Bakuvinin Şirvanşahlar saray kompleksindəki türbəsini ziyarətə gəlirmişlər. Bəzi araşdırmaçılar tanınmış rəssam Səttar Bəhlulzadəni Azərbaycanda yaşayıb-yaratmış ən məşhur dərviş hesab edirlər. Rəvayətə görə, vaxtı ilə Şeyx Yəhya Bakuvinin Şirvanşahlar saray kompleksindəki türbəsini ziyarətə gələn dərvişlərdən biri burada kiçik yaşlı Səttar Bəhlulzadə ilə rastlaşır və onunla bir müddət söhbət edir. Deyilənlərə görə, Səttara dərvişliyi təlqin edən həmin şəxs ona dərviş fəlsəfəsini aşılaya bilib.

Azərbaycanda Sufilik cərəyanı haqqında ilk dəfə Fuad Qasımzadə, Zümrüd Quluzadə, Solmaz Rzaquluzadə yazmışlar. Azərbaycanda orta əsrlərdə sufilik təriqətinin İran təsəvvüf rolu çox inkişaf etmişdir. Sufilik təriqətinin islam prinsiplərinə daha doğrusu şiə məzhəbinə uyğunlaşdırılıb sistem halına salan böyük islam alimi Tuslu Məhəmməd Qəzali (1059-1111) olmuşdur. O, sağlığında müasiri olduğu və şiə məzhəbinə bağlı olan böyük alim Əbu Əli ibn Sina və zəmanəmizin böyük filosofu cığatay türkü Əl Fərabi ilə elmi mübahisələr aparmış inam və etiqadı fəlsəfəyə qarşı qoymuşdur. O, sübüt etməyə çalışırdı ki, məbud olan Allah insan əqlindən kənarda olan uca bir həqiqətdir. Bu həqiqətə çatmaq üçün zəka ilə yox, məhəbbətlə qovuşmaq olar. Bu məhəbbət sufi məhəbbətidir.

O, sübut edirdi ki, kainatda görülən nə varsa Allaha məxsusdur. Ondan kənarda heç nə yoxdur. Qəzali yazırdı: "Təsəvvüf qəlbini yalnız Allaha bağlamaq və Allahdan kənarda olanlarla əlaqəni kəsməkdir." 3.32.

Şiə məzhəb sufi şairi Şeyx Fəridəddin Əttar (1137-1220) zəmanəsinin tanınmış sufi şairi idi. O, Mənsur Həllacı özünə rəhbər bilib, onun "Ənəlhəq" kəlamına mistik məna verirdi. O, özünü yaradanda yox-yaradanı özündə (cismində) bilirdi. Onun bu fikrini düzgün anlamayanlar ən nəhayət onu "Ənəlhəq"- "Mənəm Allah" kəlamına görə edam etdilər." Edam qabağı bura yığılanlar sənin qullarındır. Dinlərinə olan bağlılıq özündən və sənin rizanı qazanmaq ümidilə məni öldürmək üçün toplaşıblar. Onları əvf et. Yaxşı bilirəm ki, mənə açdığın sirləri onlara açsan, yaxud onlardan gizlətdiyin şeyləri məndən də gizlətsən bu hal başına gəlməzdi. Düzəltdiyin şeylər üçün sənə həmd olsun, dilədiyin şeylər üçün də yenə sənə həmd olsun Allahım". 4.335.

Şərq təsəvvüf (sufilik) cərəyanının ən böyük simalarından biri də Mövlanə Cəlaləddin Rumidir (1207-1273). O, Allaha qovuşmağın bir yolu olduğunu yazırdı. Bu yol ilahi eşq yolu idi. Allaha qovuşmaq ən böyük xoşbəxtlikdir. Buna çatmaq üçün Quranın daxili mənasını açmaq, Qurana Məhəmməd (s.ə.) peyğəmbərin hədislərinə müraciət etməyi əsas tutur. Qurani-Kərimin "Bəqara" sürəsinin 29-cu ayəsində buyrulur: "Hər şeyi bilən Odur".

Bu göstəriş başqa şərq sufiləri kimi Cəlaləddin Rumi üçün bir mütləq dayaqdır. "Onun"- hər şeyi bilməsi belə anlaşılır ki, "O" hər vaxt insanların qəlbindədir. Allahı hər an anmaq, yəni "dua" etmək, onu hər an "Zikr" etmək zikrin vasitələrindən biridə "Səma" - Allahı rəqs və musiqi ilə anmaqdır. Cəlaləddindən sordular:

-Eşq nədir?

Dedi: "Mən ol da bil"

İslamı qəbul etmiş Türklər təsəvvüfi (Sufiliyi) ilk olaraq dünya malında gözü olmayan, ilahi məqsədə çatmağa can atan dərvişlərdən təsəbbüf cərəyanını əkz etdilər. Bu işdə onlara dəvətçi Türk dərvişlərinin qurucusu şair Əhməd Yəsəvi (1075?-1166) olmuşdur. Əhməd Yəsəvi yaratdığı təriqəti şəriətlə uyğunlaşdırmışdı. Onun təriqətində ayin və mərasimlər mövcuddur. Onun təriqəti 10 əsasa (dayağa) söykənir.

1.Şeyxə tabelik.

2. Təriqətin rəmzlərini anlamaq və ona sahib çıxmaq.

3. Şeyxin sözlərinə və tələbinə tabe olmaq.

4. Şeyxə xidmət etmək.

5. Şeyxin etimadını qazanmaq.

6. Əhdə vəfa, anda inanmaq.

7. Müridin mal və mülkünü şeyxə verməyə hazır olmaq.

8. Başını ver - sirrini vermə.

9. Şeyxin bütün öyüd və nəsiyyətlərinə inanıb riayət etmək.

10. Allaha çatmaq üçün şeyx yolunda canını qurban vermək. Şeyx təriqətin başçısıdır. Onun bu on təliminə qeydsiz - şərqsiz əmək etməyən yəsəvi təriqət ola bilməz.

Təsəvvüfliyin isə altı fəlsəfi yolu var:

1. Mərifət - haqqı dərk etmək.

2. Səxavət - mütləq comərdlik.

3. Sidqi-həqiqi doğruluq.

4. Yəqinlik - doğruya can atmaq.

5. Təvəkkül - dolanmağa şükranlıq.

6.Təvəkkülü dərindən və dəqiq düşünmək.

Yəsəvilik türklər arasında təsis edilən ilk müsəlman təriqətidir. Türklər arasında yaranan təriqətlərdən biridə Bektaşilik, Nəqşibəndilik, Mövlanəlik, Xəltvətilikdir.

Bektaşilik təriqətinin yaradıcısı Hacı Vəli Bekdaşdır (1209-1270). O, Əhməd Yəsəvinin və loğman Parəndənin dərvişlərindəndir. Ona görə Allah insana 4 ünsürdən - 1. Su, 2. Günəş, 3. Torpaq, 4. Havadan xəlq edib. İnsanlar da 4 qrupa ayrılır.

Ariflərin əsli sudandır. Onlar mərifət tayfasıdırlar. Ariflər təmiz həmdə təmizləyici olmalıdırlar.

Zahidlər - əsilləri atəşdir. Bunlar gecə - gündüz Allah naminə yanırlar.

Mühiblər - həqiqət tayfasıdırlar. Bunların əsli torpaqdandır.

Abidlər - şəriət tayfasıdırlar. Əsilləri havadandır, hava insana qüvvət və şəfa verir.

Ariflər, Zahidlər, Mühiblər və Abidlər - "Zahir" əhlidirlər.

Sevənlər isə "Batin" əhlidirlər.

Bektaşilər fikirlərini Quran ayələri və peyğəmbərin hədisləri ilə əsaslandırırlar. Onlara görə əsl qüdsi eşq ilahi eşqdir. Eşq canı hərəkətə gətirir, yandırır. Buna "Məhəbbət" atəşi deyilir.

Bektaşilər ramazan ayını matəm ayı kimi qəbul edirlər. Çünki, bu ayın 19-da Həzrət Əli (ə.s.) yaralanıb və ayın 21-də ölüb.

Onlara görə ən gözəl ay-bayram Novruz bayramıdır. Çünki, Əli ibn Əbu Talib bu ayda doğulub. Bektaşilər Əbubəkri, Öməri, Osmanı lənətləyir. Peyğəmbərin arvadı Ayişəni pisləyirlər. Çünki o, Həzrəti Əlinin (ə.s.) əleyhidarı olub. İmam Həsən və İmam Hüseyni qatili olan Yəzidə Əməvilərə lənət yağdırırlar. Ən çox şah İsmayıl Xətainin şerlərini sevirlər.

Xətaiyəm bir haləm

Əlif üstündə dalən

Sufiyəm təriqətdə

Həqiqətdə abdaləm.

Şah İsmayıl Xətai II-ci cild 1976 səh. 5.40.

Şah İsmayıl da şerlərində Vəli Bektaşı hörmətlə xatırlayır. "Xatirə biçarə quldur Şahına Xunkar Hacı Bektaş nəzərgahına".

Əli şiru Xudadur şahi-mərdan

Məhəmməd həqqə peyğəmbər gəlübdur

Ga həqdən Zülfüqar oldu Əliyə,

Əli qulluğuna Qəmbər gəlübdür.

Azərbaycanda ələvi - şiə təlimidə mövcud olmuşdur. Bu təlim öz başlanğıcını Vəli Bektaşın Bektaşilik təlimindən götürmüşdür. Onlar Allahdan başqa yaratdığı (məbud) olmadığını qəbul edirlər. Məhəmməd (s) onun rəsulu, Əli (ə) müsəlmanların valisidir (rəhbəri) deyirlər. Onlara görə "əhli beyt"-ə bu müqəddəs ailədə Məhəmməd (s) Əli (ə), Fatimə (r) Həsən və Hüseyn (ə) daxildir. Onlara görə Hüseyndən törəyənlər və cəmi 12 imam əsasdır, müqəddəsdir.

Ələvilər üç qupa ayrılırlar: şiələr, qızılbaşlar, Bektaşilər.

"Şiələr İran ələviləridir. Tükiyədəki "qızılbaşlar" özlərini bəzən türkmən adlandırırlar. Onlar Azərbaycan türkləridirlər. "Bektaşilər" isə daha çox şəhər ələviləridirlər. Dədə və ya seyid dədə adlandırılan ələvi din başçıları keçmiş türk şamanlarının rəhbəri kimi başına qırmızı papaq qoyaraq ayinləri idarə edirlər.

Odur ki, sünnilər onlara qızılbaşlar deyirlər. 5.47.

İran şiə ələvilərindən ayrılan "Əli Allahilər" - Əlini Allah səviyyəsinə çatdırır və şirkə (günaha) mübtəla olurlar ( türklər onlara da qızılbaşlar deyirlər). Şiə ələvilərdə dünya nemətinə həvəs göstərməyib, tərki dünya həyatı sürürlər. Əllinci illərə qədər Gəncədə dərvişlik edən dindarlar var idi. Dərvişlər təsəvvüf qaydalarını əməli cəhətdən öz gündəlik həyatlarında icra edən insanlardı.

Gəncənin 1804- cü ildə çar ordusu tərəfindən zəbt olunmasndan sonra may ayında aparılmış siyahıya almada Sofulu məhəlləsində 50 ev, 191 nəfər yaşadığı qeydə alınıb. 1916 -cı ilin siyahıya alınması zamanı isə əhalinin sayı 522 nəfər olmuşdur. Yerli əhali tacirlik, papaqçılıq, şirniçilik, şərbaflıqla məşğul olurdular. Varlı ailələrin Sofulu məhəlləsinin quzeyində üzüm bağı və əkin yerləri var idi.

XIX -əsrin ortaları XX- əsrin əvvəllərində həmin bağlar Məhərrəm Kərbəlayi Abış oğlunun, Hacı Qədimin və Qalalıların kəhrizinin və Şatır arxının suyu ilə suvarılardı. Məhəllədə 1870 -ci ildə künbəzsiz məscid inşa olundu. Bu məscidə yerli əhali indi də "Tatlar məscidi" deyirlər. İrandan gələn Azərbaycan türkləri rus ordusunun polkovniki Xanbaba xana məscid tikdirmək üçün onlara köməklik göstərmələrini xahiş etdilər. O, da ona məxsus torpaq sahəsini məscid üçün bağışlayır. Məscid tikilib qurtardıqdan sonra onun qibləsinin gəci düşdüyü aşkar olur. Ona görə də mehrabda namaz qılınan zaman bir az sağa tərəf durmaq qeyd olunub.

Xanbaba xan İran şahı vəliəhd Abbas Mirzənin nəvəsi, Bəhman Mirzənin oğlu, M.F.Axundzadənin kürəkəni idi. O, işi ilə əlaqədər olaraq Tiflis şəhərində yaşayırdı.

Məhəllədə ikinci bir məscid də var idi. Onu Hacı Qədim kişi tikdirmişdi.

Tatlar məscidinin otaqlarının birində Gəncə ziyalı gəncləri 1899-cü ildə Puşkin və Nizami Gəncəvi adına qiraət otağı təşkil etdilər. Gənclərdən Nəsib bəy, qardaşı Həmid bəy, Mirzə Məhəmməd Axundzadə, Xəlil bəy və Məmmədbağır bəy Şeyxzamanov qardaşları, Məmməd bəy Mirabov və başqaları bu işdə qabaqçıl mövqe tuturdular. Onlar sonralar Gəncədə xeyriyyə cəmayətləri və məktəblərinin açılmasında da yaxından iştirak etdilər.

Məhəllədə kümbəzsiz, aynasız qadın hamamı da var idi. Ona "Qaranlıq hamam" deyirdilər. İçəriyə işığın kümbəd də yerləşdirilmiş kiçik pəncərədən düşürdü. Bu hamamın suyu odunla qızdırılırdı.

Hər il məhəllə sakinləri məhərrəm ayına ciddi hazırrlıq görürdülər. Bu ayda toy etmək, şənlik məclisləri keçirmək qəti qadağan idi. Məhəllənin baş bilən ağsaqqalları gözəl səsli mərsiyaxanları əvvəlcədən behləyirdilər. Onları Talışdan, Qarabağdan, Naxçıvandan, hətta İrandan dəvət edərdilər. Mərsiyəxanlar məsciddə Kərbəla vaqiəsini söyləyir, camaatı imam Hüseynə məhəbbət, düşmənlərinə isə lənət yağdırmağa çağırardılar. Mərsiyəxanlar nohə, sinəzən, mərsiyyə söyləyərdilər. Matəmin sonuncu günü "Şəbeh"-lə başa çatırdı. Burda ən çətin iş ondan ibarət olurdu ki, heç kim Zilli Coşən, İbn Ziyad rolunu öz üzərinə götürmürdü. Bir dəfə baş bilənlər bu rolu oynayacaq şəxsi çətinliklə də olsa tapırdılar. Onlar bir kasıb erməni tapıb ona xeyli məbləğdə pul verib, başa salıdırlar ki, kiçik yaşlı uşaqlar sənə yaxınlaşıb su istəyəndə vermə, onları qılıncla hədələ. Erməni pula şirnikib razı olur. Sən demə bu erməni heç şəbeh görməyibmiş. Kiçik yaşlı uşaqlar cırıq paltarda, saçları dağınıq üzlərinə tökülmüş halda ağlaya-ağlaya yalvarıb. "Şümürdən" su istəyəndə erməni rəhmi gəlib ağlayır və deyir: "Gəlin nə qədər istəyirsinizsə için məni öyrətdilər ki, sizə su verməyim.

Şəbeh oyunu pozulur, təşkilatçılar ermənini döyürlər ki, işimizi pozdun. Erməni qorxur ki, onu öldürərlər, yalvarır ki, məni döyməyin gələn il bu cür etmərəm.

Tatlar məscidində keçirilən matəm gecələri başqa məscidlərdə keçirilən matəm gecələrdən daha maraqlı olurdu. Səbəbi bu idi ki, əsas aparıcılar İrandan gələnlər olurdu.

Məhəllənin tanınmış yerli sakinlərindən biri də Ağa Allahverdi olub. 1804-cü ildə Gəncə xanı Cavad xan öldürüldükdən sonra o, 29 nəfər ailə üzvü və yaxın qohumlarını götürüb, qızıllarını torpağa basdırıb İrana qaçır. Özünə sədaqətli bildiyi nökəri Novruza tapşırır: "Oğul mən getdim İrana, sən evdən - eşikdən muğayət ol, gördünki bu kafirlər müsəlmanxanalara dəymir, mənə xəbər göndər gəlim. Gələn kimi sənə toy edəcəm, ev - eşik sahibi olarsan". Bir neçə il keçir. Novruzdan xəbər çıxmır. Amma Gəncədən gələnlər rusların müsəlmanlara dəymədiyini söyləyirlər. Nəhayət, ağa Allahverdi yazın sonunda birinci qiyafəsində vətənə dönür. Təcili dövlətini basırdığı yerə gəlir, görür ki, yer qazılıb boş qala qalıb. Evinin qapısı qıfıllanıb. Nəalac qalıb bəzzaz dükanına gedir, görür ki, dükanında həmişə oturduğu yerdə bir nəfər saqqalı xınalı, başında buxara papaq, qabağında xor - xor qəlyan oturub. Diqqətlə baxanda bunun nökəri Novruz olduğunu görür. Öz başına qapaz vurub deyir: "İndi sən oldun Ağa Allahverdi, mən oldum keçəl Novruz". Bu zərb məsəli Gəncədə qoca kişilərdən eşitmişəm. Onun nəvəsi Allahverdi olub. O, Peterburqda təhsil alıb vətənə dönüb, Gəncə quberniya məhkəməsində andlı icracısı olub. O, 15 fevral 1854-cü ildə gümüş, 1856-ci il 23 noyabrda isə çara vicdanla xidmətinə görə qızıl medalla təltif olunub. Hər iki medalın möhürlü sənədləri məqalə müəllifindədir.

Hacı Həsən kişi də məhəllənin sayılan şəxslərindən biri olub. Onun oğlu Əhməd 1890 -cı ildə Gəncədə mətbəə tikdirib. Həmin mətbəə indi Cavad xan küçəsində yerli tarixi bina kimi qorunur. Onun əmisi oğlu Məmməd bəy Mirabov şəhərdə "İslamiyyə" adlı mehmanxana tikdirib. Bu bina indi Heydər Əliyev küçəsində uşaq poliklinikası kimi fəaliyyət göstərir. Mirabovlar bolşeviklərin gəlişindən sonra soyadlarını dəyişib Həsənov oldular.

Məhəllə sakinlərindən biri də Hacı Əli Molla Həsən oğlu Hüseynzadə (1877-1949) olub. Onun şəhərdə tütün fabiki, ticarət mağazaları olub. Mərhum sağlığında xeyriyyəçiliyi ilə ad qazanmışdı. 1918-ci ildə Zəngəzur, Goyçə, İrəvandan qovulmuş soydaşlarımıza hər cür yardım edərdi. Sağlığında ona "millət atası" deyərdilər. Mərhum 1906-cı ilə yaradılmış Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin ömürlük fəxri üzvü olub, 200 manat üzvülük haqqı verirdi. Çox yumşaq qəlbli, əli açıq imkansızlara əl tutan bir insan olub. Ağsaqqallar söyləyirdilər ki, bolşeviklər gələndə evini, fabrikini, dükanlarını könüllü dövlətə verib Bakıya köçür, kiçik bir köşk açıb qəzet satırmış. Öləndə vəsiyyətinə görə nəşini Gəncəyə gətirib qohumlarının evindən götürüblər. Qəbri "Səbiskar" qəbristanlığındadır. Sağlığında 7 oğul 2 qızı olub. Nəvələri ABŞ-da, Kanada da, Türkiyədə yaşayırlar.

Məhəllənin qocaman sakini şərbəf Nəcəf Hacı Məhəmməd oğlu danışırdı ki, bir gün Hacı Əlini at belində çiynində tüfəng, yəhərin qaşında bir neçə ov quşu gördüm. Salam verib kefini soruşdum və ovunun uğurlu olduğunu bildirdim. Başını yelləyib alçaq səslə dedi: "Qardaş oğlu dostlar üzdən saldı onlarla ova getdim. Bunlarıda mənə onlar pay verdilər. Mən quşa, heyvana güllə atmaram, onunda balası var, yazıqdır. Heç tüfəngimin patronu da yoxdur."

(ŞƏRBƏF NƏCƏF)

Usta Nəcəf Hacı Məhəmməd oğlu (1884-1967) xoş sima, təbəssümlə, asta-asta danışan, zəhmətkeş, əməksevər bir kişi idi. O, qohum-qonşuya yarayan, onların dərdini öz dərdi bilən ağsaqqal idi. Onu Gürcüstanda , Türkmənistanda, Özbəkistanda və Azərbaycanda mahir kəlağayı ustası kimi tanıyırdılar. Gəncədə ona "Şərbəf Nəcəf" deyərdilər. Onlarla şagirdi var idi.

Məhəllənin ağsaqqallarından Seyid Həmzə uşaqlarından Hacı Mir Qasım (1840-1916) olub. Adilxan Ziyad oğlu yazır: "Gəncə əhli əbədi unudulmaz Hacı Mir Qasım Həmzə-zadənin ehsanı və onun ruhuna duaçı olar ki, həmən şəxs vücudunun ali hümməti və zəkavəti səbəbilə həmişəlik dünyaya yaxşılıqla bir ad qoydu. Məzkur Hacı vəfat edib 1916-ci ilin yanvar ayında. İki il vəfatından irəli öz qardaşları ilə bahəm Gəncə şəhərində bir böyük əsaslı çeşmə binasını qoyubdur ki, onun cəmaət ayyundan muzsuz nəfibərdar olur. Bu şəxs əlsiz-ayaqsızların dostu idi". 7.63.

Mərhumun əsli Təbrizdən olub, 9 qardaş idilər. Onların Təbrizdə Seyid Həmzə məscidi indi də durur. Mərhum Hacı Mir Qasımın övladı olmayıb. Qardaşları Mir Xəlil, Mir Hacı və Mir Ağabala kasıblara əltutan səxavətli kişilər olublar.

Sofulu məhəlləsində Cavad xanın nəvəsi Əbülfət xanın (1843-...) iki mərtəbəli kərpicdən tikilmiş evi hazırda Gəncə şəhər Tarix-Diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərir. Atası Əli Qulu xan 1862-ci ildə Şahzadə Bəhman Mirzənin qızı Azər-Humayunla ailə qurub. Bu izdivacdan onların 3 oğlu dünyaya gəlib. İsmayıl xan Şahverdi xan, Adil xan. Oğlu Adil xan atası haqqında yazır: "Atam hər vaxt deyərdi: "Mənim övladlarım bu dünyada hər şey - dünya malı, şan-şohrət, xidmət, hökümət və s. başdan - başa fanidir. Bu dünyada daimi xoşbəxtlik yoxdur. Bu dünyada insana müvəqqəti xoşbəxtlik bəxş etməyə qadir ola bilən bir şey varsa o da mərifət, tərbiyə, elm və əməkdir. Və bu elm ocağının elmi və snəti əsərlər və kitablar şəklində Zahir olan ləzzətli meyvəsidir". 8.19.

İsmayıl xan Ziyadxanov (1867-1920) Gəncədə anadan olub. Atası Əbülfət xan Ziyad oğlu maarifpərvər, ziyalı bir şəxs olub. İsmayıl xan Gəncə Gimnaziyasını bitirib, Moskva Dövlət Universitetinin hüquq fakültəsində oxuyub, təhsilini başa vurduqdan sonra Tiflis Dairə Məhkəməsində prokuror müavini vəzifəsində işləmişdir.

1905 - ci ildə İsmayıl xan Azərbaycanın qərb qəzalarında rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan "Müdafiə" partiyasını yaradıb.

1906-ci ildə aprelin 27-də Peterburqda açılan I Dövlət dumasında Gəncə quberniyasından deputatı seçilən İ. Ziyadxanov "Xalq azadlığı" partiyasının cinahına daxil olmuşdur. Bu partiya Rusiyanın müstəmləkə xalqlarını məhəlli muxtariyyət verilməsi uğrunda mübarizə aparmışdır. Dumadakı sərt çıxışlarına görə həbs edilib 4 ay həbsdə qalmışdır. 1917-ci ildə İsmayıl xan şəhər milis rəisi vəzifəsinə təyin edilmişdir.

1918-ci ilin martın 18-dən 22-nə dək S. Şaumyanın rəhbərliyi ilə bolşeviklər milli məsələnin düzgün həyata keçirilməməsi nəticəsində Bakıda, Şamaxıda, Qubada xeyli müsəlman qətlə yetirilmişdir. S. Lalayan tapşırığı ilə Şamaxıya göndərilən quldur-daşnak qüvvələri Şamaxını xarabəliyə döndərib, əhalisini qırdılar. Bu qırğının qabağını almaq məqsədilə Gəncədən İsmayıl xan Ziyadxanovun rəhbərliyi altında silahlı dəstələr şamaxılıların köməyinə getmişlər. Bu hərbi kömək nəticəsində əhalinin tamam qırılmasının qarşısı alınmışdı. O, habelə Dağlıq Qarabağın daşnaklarının həbs olunub Gəncəyə gətirilməsində fəallıq göstərib. 9.104.

Stepan Şaumyan İsmayıl xanın cəsarət və yenilməzliyindən çəkinərək onu "Ən təhlükəli adam adlandırıb".

1918-ci ilin may ayının 28-də Azərbaycan Demokratik Respublikası elan edildi. 1918-il 6 oktyabrda İsmayıl xan hərbi işlər üzrə müvəkkil təyin edildi və dekabrın 20-ə qədər həmin vəzifəni icra etdi.

1919-cü ildə İranla Azərbaycan arasında xarici əlaqələrin yaradılmasına, səfirlik açılmasına nail olub.

1920-ci ildə Gəncə üsyanın süqutundan sonra yeznəsi Kamil Səfərəliyevin bağ evində həbs olunub və Nargin adasında güllələnib. Mərhumun Cavad adında oğlu 80-ci illərdə Bakı şəhərində yaşayırdı. Onun şəxsi mülkü Gəncə şəhər İcra Hakimiyyətinin binasının arxasında, indiki Atatürk prospektində idi. 1944-cü illərdə uşaq bağçası kimi fəaliyyət göstərirdi.

Şahverdi xan Əbülfət xan oğlu (1871-1920) Gəncə şəhər Gimnaziyasını bitirib, Moskvada Ali hərbi məktəbə daxil olub. Məktəbi qurtardıqdan sonra hərbi suvari qoşun hissələrində xidmət edib. Birinci dünya müharibəsinin iştirakçısı olub. Gəncə üsyanı yatırıldıqdan sonra həbs olunub güllələnib.

Adil xan Əbülfət xan oğlu (1872-1935) Gəncədə anadan olub. İlk təhsilini Gəncə Gimnaziyasında alıb. Sonra Moskva Dövlət Universitetinin hüquq fakultəsində oxuyub. Adil xan Bakıda vəkil işləyən zaman Bakılı Həsənağa Bakıxanovun qızı Reyhanət xanımla ailə qurur. Qardaşı İsmayıl xan ona Gəncədə iki mərtəbəli ev tikdirib. Həmin mülk indiki Veteranlar küçəsindəki Hərbi Məhkəmə binasıdır. 1918-ci ildə o Xarici İşlər naziri vəzifəsini icra edirdi. Mərhum Adil xan 1919-cu ilin aprel ayında Cümhuriyyətin İranda ilk səlahiyyətli səfiri təyin edilib. 1920-ci ilin 28 aprelində istefa verib, İran dəmir yol şirkətinə işə düzəlib. Mərhumun 1919-1920-ci illərdə Azərbaycan Respublikası hökümətinin qeyrətli ziyalılarımızın səyi nəticəsində Türk, Rus, Fransız, İngilis dillərində Azərbaycan haqqında həqiqətləri dünyaya yayan bir sıra kitabları, sənədləri çap edilmişdir. O, yazırdı: "Azərbaycanda yüz il ağalıq etmiş, rus rejimi hər vasitə ilə Azərbaycan türklərini ruslaşdırmağa, onun milli mədəniyyətini, xarakterini aradan qaldırmağa çalışırdı". A. Ziyadxanovun 1919-cu ildə Bakıda rus və fransız dillərində nəşr olunan və Azərbaycan Respublikasının nümayəndə heyyəti vasitəsi ilə Parisdəki sülh Konqresinin iştirakçıları arasında yayılan "Azərbaycan" kitabı da bu niyyətlə qələmə alınıb. A. Ziyadxanov 1934-cü ildə İrandan Türkiyəyə mühacirət edib və ömrünün sonunadək orada universitetdə müəllim işləyib.

Sofulu məhəlləsində adlı - sanlı nəsillərdən biri də Qalalılardı. XVIII-əsrin sonlarında onlar məhəlləyə ehsan məqsədilə kəhriz çəkdirmişdilər. Onların şəhərin müxtəlif məhəllələrində mülkləri indi də durur.

Gəncə üsyanında Sofulu məhəlləsinin sakinləri də yaxından iştirak ediblər. Onlardan biri də "Difai" partiyasının üzvü olmuş çörəkçi Məşədi İsmayıl Məşədi Rza oğlu olub. Onun kürəxanası indiki Univermaq ilə şəhər İcra Hakimiyyətinin arasındakı yerdə idi. Məşədi İsmayıl 1920-ci ildə Gəncə üsyanında həlak olub. Qəbri "Səbiskar" qəbristanlığındadır.

Hacı Paşa da Gəncənin sayılıb - seçilən mülkədarlarından olub. Onun şəhərdə onlarla dükanı var imiş. 1920-ci ilin may ayında Moskvada oxuyan oğlunu qarşılamağa gedəndə yolda öldürülüb.

Tanınmış etnoqraf Qaraqaşlı Qəhrəman, general Hacıbaba Zeynalov, şərqşünas professor Cahangir Nağıyev, dünya şöhrətli metallurq, professor Nadir Qasımzadə də bu məhəllədə anadan olublar.

 Ədəbiyyat:

1. F. Əhmədov. "Gəncənin tarix yaddaşı" Bakı 1998 səh.14.

2. Ərəb və fars sözləri lüğəti Bakı 1967 səh.574.

3. Əl. Qəzali "Əl - münkiz" İstanbul 1978 səh. 32.

4.Yaşar Nuri Öztürk "Kuran və sünnete göre təsəvvuf" İstanbul 1995 səh.335.

5. Şah İsmayıl Xətai II-cild 1976 səh.40.

6. Yusif Rüstəmov "Mövlanə Cəlaləddin Ruminin sufilik fəlsəfəsi" Bakı 2006 səh.47.

7. Adil xan Ziyadxanov " Azərbaycan" Bakı 1993 səh.63.

8. Adil xan Ziyadxanov "Azərbaycan" Bakı 1993 səh. 19.

9. Xanlar Bayramov "Gəncə üsyanı 1920" Bakı 2010 səh.104.

 

Hamlet Əli oğlu Allahverdiyev

 

Nizami Xəmsəsinin yeni, daha yaxşı tərcüməyə ehtiyacı vardır

E-mail Çap PDF

 

Hamıya yaxşı məlumdur ki, orta əsr şeir dili fars dili qəbul edildiyi üçün dahi Azərbaycan şairi, mütəfəkkir, filosof, həkim və şeyx titullarını qazanmış Nizami Gəncəvi də bu ənənədən kənara çıxmamış və öz ölməz Xəmsəsini məhz farsca yazaraq bütün Yaxın və Orta Şərqdə məşhur olub, oradan da Avropaya yol açmışdır.

Onu da qeyd etmək yerinə düşər ki, İran ədəbiyyatı, dünya ədəbiyyatının bir hissəsi olmaqla çox zəngin ədəbi köklərə malikdir. Heç təsadüfi deyil ki, Firdovsi, Xəyyam, Sədi, Hafiz kimi dünya şöhrətli misilsiz şairləri olan bir məmləkət sözün əsl və həqiqi mənasında hər cür təqdirə layiqdir. Digər tərəfdən o dövr farsdilli ədəbiyyatının C.Rumi, Cami, Rudəki, Nəvai, Bakı kimi sənətkarlarını da nəzərə alsaq, heç şübhəsiz bu ədəbiyyatın hansı zirvədə durmasını izah etməyə ehtiyac qalmır.

Fars dili orta əsr ədəbiyyatına o qədər siraət etmişdir ki, təkcə Azərbaycanda Nizami Gəncəvi ilə bir dövrdə yaşamış Xəqani, Əbü-Əla Gəncəvi, Məhsəti Gəncəvi kimi söz ustadları deyil, ondan sonrakı şairlərdən Nəsimi, Füzuli, Xətai də bundan bəhrələnmişlər.

Ümumiyyətlə götürsək, bizim klassik şairlərin hamısı XVIII əsrə qədər fars dilindən bəhrələnmişlər. Lakin, Nizami Gəncəvi bütün bu şairlərin fövqündə dayanmışdır. Onun ölməz Xəmsəsi bütün dünya dillərinə tərcüməsi bizə imkan verir ki, onu söyləyək ki, Nizami Gəncəvi ilə dünyada ikinci bir şair yoxdur ki, onunla müqayisə edək.

Nizami Gəncəvinin əsərlərini böyük ingilis şərqşünası Blend Avropaya çıxarıb tərcümə etmişdir. Məşhur özbək şairi Əlişir Nəvai, Nizami təsiri ilə öz xəmsəsini türkcə yazmışdır. Ancaq Azərbaycanda şairin 800 illiyində bu işlər vüsət almağa başlamışdır. Şairin 800-850 illiyi ərəfəsində ümummilli liderimizin uzaqgörənliyi nəticəsində 1979 və 1981-ci illərdə iki böyük fərman imzalanmışdır ki, bu isə o zamankı sovetlər dövründə akademik Bertelsin ruscaya tərcüməsindən sonrakı dövrə təsadüf edir. Yeri gəlmişkən onu da qeyd etməliyik ki, bütün tərcümələr içərisində və dolğun məlumatlarına görə Bertelsin tərcüməsi ən gözəlidir. Bu, onunla əlaqədardır ki, o, ruslar üçün 1939-cu ildə “Fars dilinin qrammatikası” kitabını yazır. Özü böyük şərqşünas olduğu üçün bu işin öhdəsindən məharətlə gəlir. Bertelsdən sonrakı dövrdə demək olar ki, bütün dünya şərqşünasları ondan faydalanmışlar.

Azərbaycanda Heydər Əliyevin iki fərmanından sonra Nizami Gəncəvi Xəmsəsindəki beş poema tərcümə edilməyə başlandı. O dövrün tanınmış şairlərindən S.Rüstəm, M.Rahim, S.Vurğun, R.Rza, M.Rzaquluzadə, A.Şaiq və A.Sarovlu bu işi öz öhdələrinə götürdülər. Bunlardan ancaq A.Sarovlu şərqşünas alim idi, qalanları fars dilini o qədər də yaxşı bilmədikləri üçün tərcümələrdə xeyli çatışmamazlıqlar mövcuddur. Xəmsənin orijinalını oxuyub bu tərcümələrə nəzər saldıqda hiss edirsən ki, Nizami Gəncəvi kölgədə qalmış, sanki bu poemaları S.Rüstəm, M.Rahim və R.Rza yazmışdır. Ədalət naminə desək, axı bunlar Nizami Gəncəvi ola bilməzlər. Fikrimizi dəqiqləşdirmək üçün bəzi beytlərə nəzər salaq:

Orijinalda: Əz mən qoftən, ze to kar bəstən,

Kəsi bikar nəmitəvan neşəstən.

Tərcümədə: Məndən söyləməkdir, səndən eşitmək,

Bir insan əli boş qalmasın gərək.

Olmalıdır: Məndən söyləməkdir, səndən iş görmək,

Bir insan əli boş qalmasın gərək.

Ümumiyyətlə, orijinalda “eşitmək” feli yoxdur. Mütərcim belə yalnışlığa yol verməklə Nizami Gəncəvi məntiqini pozmuşdur. Nizami Gəncəvi yaxşı bilirdi ki, hər eşidilən sözə əməl edilməz. Ona görə də “işləmək” felini işlətmişdir ki, əgər işləsən əlin boş qalmayacaq və öz ruzini zəhmətinlə qazanacaqsan. Digər bir misala müraciət edək:

Orijinalda: Mikuş behər vərəq ke xani,

Ta mənaye an təmam dani.

Tərcümədə: Bir elmi öyrənmək istədikdə sən,

Çalış ki, onun da mənasını tam biləsən.

Olmalıdır: Bir vərəqi oxuduqda da sən,

Çalış ki, onun da mənasını tam biləsən.

Burada da söhbət vərəqdən gedir. Kamillikdən heç əsər-əlamət yoxdur. Sonrakı beytlərdə də məntiqsiz tərcümələrə rast gəlirik. Elm-kamil, palançı-kamil, pinəçi-kamil və s. Bu tərcümələrlə heç cür razılaşmaq olmaz. Nizami Gəncəvi kimi bir dahi ola bilməz ki, misilsiz bir Xəmsə yaratsın, ancaq sinonim sözlər tapmasın? Əslində şair elmə-kamil, palançıya-mahir, papaqçıya-usta demişdir.

Bəzən də şeir və mövzuların adları belə doğru tərcümə edilməmişdir. “Sultan Səncər və qoca dul qadın” yerinə “Sultan Səncər və qarı” kimi çevrilmişdir.

“Qarı” dialektdə, ləhcədə, şivədə deyilir. Ədəbi dildə isə “qoca qadın” deyilməlidir. Gəlin şeirdən bir neçə misranı müqayisə edək:

Zülm edib bir qarıya çox uddurmuşdular qan,

O da Sultan Səncərin tutaraq yaxasından.

**********************************

Zülm edib bir qoca dul qadına çox uddurmuşdular qan,

O da Sultan Səncərin tutaraq yaxasından.

Gəlin hər iki beyti müqayisə edək:

“Qarı” demək daha güclü və obrazlı alınır, yoxsa “dul qadın”? Əlbətdə, ikinci variant daha münasibdir ki, mütəfəkkir şair də məhz onu deyib. Biz nə karəyik ki, filosofun dediklərini təkzib edək?

Belə nümunələrin sayını artırmaq da olar. Ancaq buna ehtiyac hissi duymuruq. Demək istəyirik ki, yalnız Nizami Gəncəvi kimi fenomenal bir şəxsiyyətin əsərlərinin yalnız yeganə tərcüməsi ilə kifayətlənməz olmaz.

Azərbaycanda akademik Həmid Araslı və professor Rüstəm Əliyevin yazılarından başqa Nizami Gəncəviyə dəqiq yanaşan olmamışdır. Onların güclü şərqşünas olduqları aydındır.

Göstərdiyimiz tərcümələrdən başqa ayrı-ayrı mütəxəssislər Nizami Gəncəvi Xəmsəsindəki poemalardan tərcümə etmişlər. Lakin, Xəlil Rza Ulutürk, M.Zəkiyev və X.Yusiflinin tərcümələri heç də əvvəlki tərcümələrdən fərqlənmir, bəlkə də onlardan bədiilik cəhətdən geri qalır. Yanlışlıqlar da mövcuddur.

Bütün bu yazdıqlarımızın nəticəsi kimi onu demək istəyirik ki, Nizami Gəncəvi kimi dahi bir şəxsiyyəti tək bir nəfərin tərcümə etməsi mümkünsüz görünür. Bura Nizamişünas alimlər, bacarıqlı şərqşünaslar, təcrübəli tərcüməçilər və əruzu yaxşı bilən şairlər lazımdır. Bunun üçün imkan vardır. Respublikamızda belə insanlar vardır. Sadəcə olaraq dövlət səviyyəsində onları bir yerə toplayıb bu işin öhdəsindən gəlmək olar.

Onu demək kifayətdir ki, Nizami Gəncəvi farsca yazmasına baxmayaraq, İranda onu hamı oxuyub anlasa da, elə bir il yoxdur ki, İran alimləri Nizami mövzusuna toxunmasınlar. İranda ən azı 500 müəllif Nizami Gəncəvi və onun əsərlərinin təhlili haqqında yazmışlar. Bu bitməz-tükənməz mövzu bu gün də davam edir.

Böyük İran alimi Vahid Dəstgerdi Nizami Gəncəvini 100 dəfədən çox oxumuş və alimlik ömrünün 30 ilini şairin həyat, yaradıcılığı və əsərlərinə həsr etmişdir. Alimin özünün yazdığına görə, hər dəfə Nizami Gəncəvini oxuduqda yeni fikirlər kəşf etmişdir. Yeri gəlmişkən qeyd etmək yerinə düşər ki, indi İranda Nizami Gəncəvinin 900 illiyinə hələ 30 il qalmış hazırlıq işləri görülür.

Çox nəfis şəkildə şairin Xəmsəsi həm fars, həm də ingilis dilində nəşrə hazırlanıb bütün dünyaya yayılmaq məqsədini güdür. Fikrimcə, biz də qabaqlayıcı tədbirlər görməliyik. Onu da qeyd edək ki, böyük ustadımız, professor Rüstəm Əliyev vaxtilə Nizami Gəncəvi Xəmsəsinin mətnini hazırlamışdı. O mətn indi Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. Onu əsas götürərək respublikamızın görkəmli alim, şərqşünas və güclü şairlərindən ibarət 7 nəfərlik bir heyət seçib bir il müddətinə onların maaşları qədər əlavə mükafat verməklə bu vəzifənin öhdəsindən gəlmək olar. Aşağıdakı alimlər məqsədəuyğun hesab edilir:

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini akademik T.Kərimi, həmin İnstitutun Ədəbiyyat şöbəsinin müdiri professor N.Araslı, AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun fars ədəbiyyatı şöbəsinin müdiri f.e.d. M.Nağısoylu, həmin şöbənin baş elmi işçisi f.e.d. N.Göyüşov, AMEA-nın Tarix İnstitutunun şöbə müdiri t.e.d. şərqşünas-alim, qəzəlxan, professor Ş.Fazil, Nizami Gəncəvi adına Muzeyin beynəlxalq əlaqələr üzrə xarici şöbənin müdiri f.e.d. Ş.Əlibəyli və Gəncə Dövlət Universitetinin Xarici Dillər kafedrasının filologiya üzrə fəlsəfə doktoru, şərqşünas, mütərcim, "Fars dili" dərslik kitabının müəllifi, bizi ilk dəfə BMT və YUNESKO-da tanıdan dünya şöhrətli şairimiz Nizami Gəncəvini Azərbaycan oxucusuna olduğu kimi çatdıra bilərlər.

Nizami Gəncəvi bizim üçün hər şey etmişdir. Biz də ona olan borcumuzu ancaq bu yolla qaytara bilərik.

İstifadə olunan ədəbiyyat:

1. Ağamirov C. Nizami yaradıcılığı. Gəncə 2005.

2. Ağamirov C. Nizami və türklük. Gəncə 2008.

3. Araslı H. Nizami Gəncəvi. Bakı 1947.

4. Araslı H. Şairin həyatı. Bakı 1967.

5. Araslı H. Nizami Gəncəvi "Sirlər Xəzinəsi". Bakı 1981.

6. Bertels Y.E. Nizami Gəncəvinin 5 poeması. Moskva 1968.

7. Dəstgerdi V. Nizami Gəncəvi. Tehran 1318.

8. Əliyev R. Nizami və dünya ədəbiyyatşünaslığı. Bakı 1981.

9. Əhmədov Ə. Nizami elmşünas. Bakı 2001.

10. Nizami Xəmsəsi. Bakı 1981-1982.

 

Cahan Mirbaba oğlu Ağamirov

Nizami Gəncəvi əsərləri yenidən Azərbaycan dilinə tərcümə edilməlidir.

Xülasə:

Məlumdur ki, dahi şair Nizami Gəncəvi öz Xəmsəsini fars dilində yazmış və bu 5 dastan dünyanın əksər dillərinə tərcümə edilmişdir. Onun Azərbaycan tərcüməsi variantında xeyli təhriflərə rast gəlinir. Ona görə də müəllif öz elmi məqaləsində haqlı olaraq məsələ qaldırır ki, şairin əsərlərinin yenidən daha mükəmməl tərcüməyə ehtiyacı vardır.

 

Gəncə Tacirləri

E-mail Çap PDF

Tacir qardaşlar. Gəncənin Sofulu məhəlləsi. Gəncədə üzümçülüklə məşğul olmuşlar.

mehemmed_aqa

                      Məşədi Məhəmməd bəy Qaffar bəy oğlu Mehti-zadə. 1883-1944.

meshedi_mehemmed_ve_suleyman

                                                                                                                         Məşədi Məhəmməd bəy və qardaşı Məşədi Süleyman bəy Qaffar bəy oğlu Mehti-zadə.

 

Gəncə (1981-ci il)

E-mail Çap PDF
 

Cavad Xan (bədii film)

E-mail Çap PDF

Film üzərində işləyənlər
Quruluşçu rejissor : Rövşən Almuradlı
Ssenari müəllifi : Sabir Rüstəmxanlı
Quruluşçu operator : Məhəmməd Məcidi
Bəstəkar : Sərdar Fərəcov
Montaj : Elşad Rəhimov
Quruluşçu rəssam : Rafiz İsmayılov, Rafiq Nəsirov
Geyim üzrə Rəssam : Tahir Tahirov
Rejissor : Ənvər Həsənov, Əliqulu Səmədov
Qrim üzrə Rəssam : Niqora Əhmədova, Nataliya Müslimova
Trüklərin Quruluşçusu : Əli Məmmədov, Nadir Muqbilov
Redaktor : Aydın Qurbanoğlu
İcraçı prodüser : Tofiq Musayev
Prodüser : Heydər Dadaşov
Koordinator :Tərlan Babayev (II)
İnzibatçı : Kamal Almuradlı, İlqar Musayev (II), Fəxri İbrahimov
Rejissor assistenti : Məmməd Paşazadə, Elbrus Ələkbərov, Xədicə Qarayeva, Natiq Şəkərəliyev, İsmayıl Qasımov
Rəssam assistenti : Nigar Babayeva
Əlbəsə Ustası : Füzuli Ağayev
Kostüm : Gülxar Sadıqova, Ramilə Məmmədova
Səs rejissoru : Teymur Kərimov
Səs operatoru : Eldar Şahverdiyev
İşıq ustaları : Əliağa İbrahimov, Şəmsi Qədirov, Qabil Yəhyayev
Pirotexnik : Əlibala Məmmədov
Xüsusi Vizual Effekt Mütəxəssisi : Sergey Toktarov, Boris Lutsyuk

 
 

İsrafil Məmmədov

E-mail Çap PDF

 1-ci hissə                                                                                                                                                                                                                                                                                    

2-ci hissə

 


AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort